Azərbaycan tarixi


Milli Hökumətin təşkili, fəaliyyət və süqutu



Yüklə 0,62 Mb.
səhifə194/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   190   191   192   193   194   195   196   197   ...   269
Azərbaycan tarixi mühazirə

Milli Hökumətin təşkili, fəaliyyət və süqutu. 1920-ci il iyunun 23-də müvəqqəti icra hakimiyyətı orqanı İİH əsasında Milli Hökumət (MH) təşkil olundu. Azərbaycan «Azadistan» respublikası adlandırıldı. Xiyabani onun sədri seçıldi.Milli Hökumət iyunun 24-də «Təcəddüd» qəzetinin redaksiyasından əvvəl mərkəzi hökumət binası olan Alaqapıya köçürüldü.
MH-in tələbi ilə vali Eynüddövlə və Tehrandan göndərilən digər məmur­lar Təbriz­dən çıxarıldı. Bu hökumət xırda və orta mülkiyyət­çilərin, ziyalıların, ticarət burjuaziyasının nümayəndələrindən ibarət idi. Milli hökumət ingilislərə və daxili irticaya qarşı çıxır, demokratik dəyişiklikləri həyata keçirməyə çağırır­dı. O, demokratik İranın tərki­bində Azərbaycana muxtariyyət verilməsini nəzər­də tuturdu. Milli Hökumət Təbriz üsyanının və azərbaycanlıların İranda xalq nümayən­dələrindən ibarət hökumət yaradılmasında mühüm rol oyna­yacağına inanırdı. Buna görə Xiyabani deyirdi: «Təbriz İrana nicat verəcəkdir». Milli Hökumət yaranandan sonra onun rəhbərləri İranda şah rejiminin ləğvinə və respublika yaradılmasına çalışırdılar.
MH bir sıra tədbirlər gördü. Kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə və s. sahələrdə islahatlar keçirdi. Təbrizdə 100 nəfər yoxsul qız oxuyan məktəb açıldı, jandarm və polis dəstələri təşkil edildi, fabriklər, zavodlar və s. açıldı. Azadistan adını göstərən lövhələr vuruldu. Üzərində İran dövlətinin gerbi Şir-Xurşid olan Azadistan adını əks etdirən blanklar hazırlandı. Cənubi Azərbay­canda baş qaldırmış coşğun millı - azadlıq hərəkatı İran hökumətini və ingilisləri çox cıddi narahat edirdi.
İranın yeni baş naziri Müşirüddövlə ingılisiərin köməyi ilə Təbriz üzərinə hücum hazırladı. İngilislərin razılığı ilə Təbrizə vali təyin edilən Müxbirüs­səltənət Təbrizə gəldi, Xiyabani ilə danışıqlar apardı və eyni zamanda İran kazak briqadasını öz tərəfınə çəkdi, yeni qüvvələr gətirdi şəhərə hücum hazırladı. O, jandarma dəstəsinin rəhbəri Hüseyn Haşimini rüşvətlə ələ aldı, Haşimi jandarm qüvvələrini Təbrizdən çıxartdı.
1920-ci ilin sentyabrın 12-də əksinqilabçı qüvvələr Təbrizə hücum etdi. Əks­inqilabçılar sentyabrın 14-də «Təcəddüd» qəzetinin redaksi­yasını dağıtdılar. Xiyabani vəhşicəsınə öldürüldü və üsyan İran irticası tərəfindən yatırıldı. Bu hərəkat məğlub olsa da, azərbaycanlıların daxili irticaya və xaricilərin ağalığına qarşı mübarizəsində mühüm rol oynadı. Onun mühüm tarixi əhəmiyyəti oldu: azərbaycanhların siyasi mübari­zəsinin əhəmiyyətini göstərdi, Vüsuqüddövlə kabineti hakimiyyətdən kənar edildi, İngiltərə-İran müqaviləsi ləğv olundu.
Təbrizdə demokratlar 5 ay hakimiyyətdə oldular. Bu, Yaxın və Orta Şərq xalqlarını daxili irticaya, özbaşınalığa, xarici dövlətlərin ağalığına qarşı mübarizə aparmağa ruhlandırdı.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin