Azərbaycan tarixi


Azərbaycan Xalq Cümhuriyyətinin tarixi – coğrafiyası və əhalisi



Yüklə 0,62 Mb.
səhifə199/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   195   196   197   198   199   200   201   202   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi – coğrafiyası və əhalisi. 1916-cı il yanvarın 1-i üçün isə bütün Qaf­qazda 12.266.282 nəfər əhali yaşayırdı. Onların böyük əksəriy­yətini müsəlmanlar təşkil edirdi. 1915-ci ildə bütün Qafqazda müsəlmanlar 6 milyon nəfər idi və burada yaşa­yan əhalinin yarısını təşkil edirdilər. 1915-ci il yanvarın 1-ədək Cənubi Qafqazda 20-ə qə­dər xalq yaşayırdı. Burada əhalinin sayı 6.609.234 nəfər idi. XIX əsrdə və XX əsrin əvvəllərində Cənubi Qafqazın əhalisi 4 dəfə artmışdı və əhali­nin 80%-dən çoxu kənd təsərrüfatı ilə məşğul olurdu. 1918-ci ildə AXC elan edilən dövrdə Cənubi Qafqazda 1,5 milyon erməni, 2 milyon gürcü və 2,5 milyon azər­baycanlı yaşayırdı. Elə bir ərazi, vilayət yox idi ki, orada ermənilər tam çoxluq təşkil etsinlər.
AXC yarananda onun ərazisi azərbaycanlıların kompakt yaşadıqları bütün ərazilərə şamil edilirdi. Bu ərazi 113,9 min kv.km. təşkil edirdi. Buraya indiki Azərbaycan Respublikasının əra­zi­sindən savayı, şimalda – Dərbənd və ətrafı ərazilər, qərbdə - Borçalı və Sığınax, Qaraçöp əraziləri, Göyçə gölü ətrafı ərazilər, Zəngəzur, Sürməli, Böyük Vedi əraziləri daxil idi. Göyçə gölü Ermənistan və AXC arasında sərhədə çevrildi. Gölün Şərq hissəsi – Göyçə dairəsi kimi AXC-nin tərkibinə qatıldı.
1918-ci ilin avqustunda General Qarabəkir paşanın başçılığı ilə türk qoşunları Naxçıvana daxil oldu. Əhalisi azər­baycanlılardan ibarət Araz Türk Respub­lika­sı yarandı. Bu respublikanın mərkəzi əvvəlcə Qəmərli, sonra Naxçıvan şəhəri olmuşdur. Bu respublikaya Nax­çı­­van­dan savayı, Ordubad, Şərur – Dərələyəz, Sərdarabad, Uluxanlı, Qəmərli əraziləri daxil idi. 1919-cu il 28 fevral tarixində - Araz Türk Respu­blikası AXC-nin tərkibinə qatıldı və ərazisi ona birləşdirildi.
1919-cu ildə Qarabağda 400 min azərbaycanlı, 70 min erməni yaşa­­yırdı. İrəvanın güzəştə gedilməsinə baxmayaraq Ermənistanın Qarabağa əsassız iddiaları yenidən gücləndi. Belə bir vəziyyətdə AXC Qarabağ üzərində nəzarəti gücləndirdi və 1919-cu il yanvarın 15-də Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl qəzalarını birləşdirən Qarabağ general-qubernatorluğu təsis edildi. Xosrov bəy Sultanov qubernator təyin edildi və qeyd edək ki, bu fakt Ermənistan tərəfindən rəsmən tanındı. Ümumən, AXC-nin 113,9 min kv.km. ərazinin heç də hamısı birmənalı şəkildə qonşular tərəfindən tanınmadı və bu ərazinin 16,6 mini qonşu ölkələr tərəfindən mübahisə obyektinə çevrildi. Bu ərazirələrdən 7,9 min kv.km. ərazi İrə­van quberniyasında, 8,7 min kv.km.Tiflis quberniyasında yerləşirdi. Ermənis­tanın iddia etdiyi Azərbaycan ərazilərinə Böyük Vedi, Uçmüədzin, İqdır əraziləri daxil idi. Bu ərazilər tarixən Çuxur – Səd bəylərbəyliyinə, sonralar isə İrəvan xanlığına aid olmuşdur.
Gürcüstanın tanımaq istəmədiyi Azərbaycan ərazilərinə Qarayazı, Axalkalaki, Sığınaq daxil idi. Sığınaq əhalisinin 90%-i, Axalkalakinin - 75%-i azərbaycanlılardan ibarət idi. 1920-ci ilin ünvan – təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdur.Cədvəldən görə, Cümhuriyyətin ümumi ərazisi 113,9 min kv. km-ə bərabər idi ki, onlardan da 97,3 min kv. km mübahisəsiz ərazilər idi və Azərbaycan Xalq Cümhuriyyəti bu sərhədlərdə dünya birliyi tərəfindən tanınmışdır.
İnzibati bölgüyə gəldikdə, AXC-yə daxil olan Bakı quberniyası – 6 qəzadan, Gəncə quberniyası – 10 qəzadan, İrəvan quberniyası isə Naxçıvan və Şərur Dərələyəz qəza­ların­dan ibarət idi. AXC-yə 2 dairə - Zaqatala və Göyçə dairələri də daxil idi.
Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövr ərzində ərazisini və sərhəd­lərini qorumaq sahəsində mühüm işlər gördü. Gürcüstan ilə sərhəd məsələsi müzakirə edildi. Zaqatala dairəsi məsələsinin həlli əhalinin ixtiyarına verildi. Yerli əhalinin rəyi ilə bu məsələ Azərbaycanın xeyrinə həll olundu.
Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Höku­məti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını vahid ərazidə birləşdirməyə çalışırdı.
1920-ci ilin baharında Azərbaycan Xalq Cümhuriyyətinin devril­mə­sindən və Azər­bay­­canda sovet hakimiyyətinin qurulmasından sonra Sovet Rusiyasının yeritdiyi ayrı-seçkilik siyasəti nəticəsində Zəngəzur, Şərur-Dərələ­yəz, Göyçə dairəsi Ermənistana hədiyyə edildi. Dərbənd – RSFSR-ə, Borçalı, Sığınaq, Axalkalaki Gürcüstana verildi və Nəticədə, Azərbaycan SSR-də 86,6 min kv.km. ərazi qaldı.Beləliklə, AXC- süqutun­dan sonrakı illərdə Azərbaycan 27,6 min kv.km ərazisini itirdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin