Azərbaycan tarixi


Qaçqın və məcburi köçkün problemi



Yüklə 0,62 Mb.
səhifə204/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   200   201   202   203   204   205   206   207   ...   269
Azərbaycan tarixi mühazirə

Qaçqın və məcburi köçkün problemi. XIX əsrin 30-cu illərindən Şimali Azər­baycan torpaqlarında kütləvi şəkildə yerləşdirilən erməni əhalisi XX əsrin əvvəllərinə yerini möhkəmlətmişdi və onların sayı bu dövrdə artıq 1 milyon 300 minə çatmışdı. “Ermə­nistan” yaratmaq planları cızan daşnaklar XX əsrin əvvəllərindən Azərbaycanın türk-müsəlman əhalisinə qarşı etnik təmizləmə siyasətinə başladılar. 1905-1907-ci illərdən başlayan qanlı aksiyalar 1917-ci ilin oktyabrında çar Rusiysı dağıldıqdan sonra daha geniş miqyas aldı. 1918-1920-ci illərdə mövcud olan Ararat respublikası dövründə Azərbaycan türk əhalisinə qarşı qətliamlar erməni dövlətinin siyasəti kimi planlı şəkildə törədilməyə başladı. Nəticədə, 1918-1920-ci illərdə İrəvan quber­niyasının 575 min əhalisindən 345 mini öldürülmüş və 220 mini qaçqın salınmışdı. Bu rəqəmlər 1932-ci ildə çapdan çıxan Z.Korkodyanın “Sovet Ermənistanının əhalisi (1831-1931-ci illər)” kitabında öz əksini tapmışdır.Ermənistanda bu dövrdə cəmi 10 min azərbaycanlı qalmışdı. Ermənilərin qırğın törətdiyi Zəngəzurdan, Şuşadan, Şamaxıdan da köçkün düşən azərbaycanlıların sayı çox idi.
AXC hökuməti qaçqın və köçkün düşənlərə yardım göstərilməsi məqsədilə təkcə 1918-ci ildə 21 milyon manat pul ayırmışdı. Yerli əhali də qaçqın və köçkünlərə yardım edirdi. 1919-cu ildə Bakı şəhəri və ətraf kəndlərin əhalisi qaçqınlara yardım məqsədilə 308 min manat pul toplamışdı. 1920-ci ilin dekabrından azərbaycanlı qaçqınların Qərbi Azər­baycana, yəni Ermənistan SSR-ə qayıdışı başladı və bu proses 1930-cu illərdə də davam etmişdi.


18.4. AXC-nin xarici siyasəti

Xarici siyasətdə əsas iki istiqamət vardı: 1) beynəlxalq aləmdə AXC-nin tanınma­sına nail olmaq; 2) qonşu dövlətlərlə mehriban münasibətlər yaratmaq.


Birinci istiqamətdə AXC hökuməti ilk günlərdən fəaliyyətə başladı. 1918-ci ilin mayın 29-da dünyanın tanınmış ölkələrinə radioqramma göndərildi və AXC-nin yaranması onların diqqətinə çatdırıldı.
Birinci Dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının cağrılmasına qərar verdilər. 7 Dekabr 1918-ci ildə Azər­baycan parlamentində Paris sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibi seçildi və 28 dekabrda təsdiqləndi. Bu tərkibə Ə.Topçu­başov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Şeyx­ülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu.Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti 1919-cu ilin 08 yanvar tarixində Parisə yola düşdü və ilk olaraq 1919-cu il yanvarın 20-də İstanbula gəldi. Lakin burada Parisə yola düşmək üçün Fransa höku­mətindən üç ay yarım icazə gözləməli oldu. Nümayəndə heyəti yalnız aprelin 22-də ingilislərin köməyi ilə Parisə yola düşə bildi və may ayında Parisə catdı.02 may 1919-cu ildə nümayəndə heyəti Parisə gəldi, ABŞ, Fransa, İngiltərə və İtaliya dövlət başçıları ilə görüşlər keçirdi.
1918–1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstə­qilliyinin tanınması və qorunub saxlan­masında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökuməti Ə.M. Topcubaşovu geniş səlahiyyətli səfir təyin etmişdi. Verilən mandata görə Ə.M.Topcubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda olan müddətdə Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fikir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memo­randumda Qafqazın coğ­ra­fiyası, onun çar Rusiyası dövründə inzibati bölgüsü, regionun demoqrafik vəziyyəti, Azərbaycan respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni prob­leminin mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.
ABŞ prezidenti V.Vilson AXC-nin tanınmasının əleyhinə çıxdı. 28 may 1919-cu il tarixdə AXC-nin nümayəndə heyətinin V.Vilsonla görüşü oldu. Ona memorandum təqdim edildi. Vəziyyəti yerində araşdırmaq üçün general Xarbordun Cənubi Qafqaza göndə­rilməsi qərara alındı. 29 avqust 1919-cu ildə ABŞ-ın Ermənistandakı Ali Komissarı Haskel Naxçıvan, Şərur və Dərələyəzdə ABŞ general – quberna­torluğunun yaradılması fikrini irəli sürdü. 24 oktyabr 1919-cu ildə Naxçıvan general-qubernatorluğu və onun başçısı polkovnik E.Delli elan olundu. AXC hökumətinin və yerli əhalinin sərt mövqeyi nəticəsində ABŞ burada general –qubernatorluq yarada bilmədi.
Azəpbaycan nümayəndələri Paris konfransında Vilsondan Azərbaycanın istiqlaliy­yətinin tanınması, Vilson prinsiplərinin Azər­baycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbay­can arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş edirdilər. Lakin prezident Vilson sülh konfransının dün­yanın kicik hissələrə parcalanmasının əleyhinə olduğunu bildirmiş və Azəpbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmuşdu. Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nüma­yəndə heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət yanaş­dıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi sərhəd məsələsinə daha cox əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq, ermənilər Türkiyənin 7 şərq vilayətini, kecmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol quberniya­larının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə əks-təbliğat işini təşkil etməyə məcbur oldu.
Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir necə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbay­canın tarixi, əhalisinin antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respu­blika­sındakı vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlu­matlar verilirdi.
Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri» adlı kitabın hazır­lanması idi.
Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) sülh konfransı Azərbaycanın müstəqilliyini tanısın; 2) nüma­yəndə heyəti sülh konfransının işinə cəlb olunsun; 3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.
Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliy­yəti nəticə­sində ona olan soyuq münasibət dəyişdi. 1919-cu il 12 noyabrda İngiltərənin baş naziri Lloyd Corc Böyük Britaniya parla­mentində Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstanın müstəqil­liyinin tanın­masını mümkün saydı. 1920-ci il yanvarın 11-də Antanta Ali Şurasına daxil olan ölkələr AXC-nin müstəqilliyini tanıdılar. AXC de-fakto dünya birliyinin üzvü oldu. 1920 – ci ilin baharına Bakıda 20-dən artıq xarici dövlətin diplomatik nümayəndəliyi yaradılmışdı

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin