Azərbaycan tarixi


AZƏRBAYCAN 1920-1930-CU İLLƏRDƏ



Yüklə 0,62 Mb.
səhifə212/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   208   209   210   211   212   213   214   215   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN 1920-1930-CU İLLƏRDƏ.

Plan




  1. Azərbaycan SSR-nin yaranması və Sovet hakimiyyətinə qarşı üsyanlar

  2. Azərbaycan SSR-nin ZSFSR və SSRİ-nin tərkibinə qatılması, Azər­bay­cana qarşı ərazi qəsdləri.

  3. Azərbaycan SSR-da sosializm quruculuğu planının həyata keçiril­məsi

  4. Azərbaycan SSR-də inzibati-amir­lik sisteminin bərqərar olması, kütləvi repressiyaların başlan­ması.

  5. Azərbaycan SSR-də 1920-1930-cu illərdə mədəniyyət.

  6. Cənubi Azərbaycan 1920-1930-cu illərdə



19.1.Azərbaycan SSR-nın yaranması və Sovet hakimiyyətinə qarşı üsyanlar.

1920-ci il apreliıı 28-də XI Qırmızı Ordunun köməyi ilə Azərbaycan Xalq Cüm­huriyyəti devrildi, bolşeviklər Azərbaycanda hakimiyyəti ələ aldılar.Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradılması elan edildi. Bütün hakimiyyət qanun­verici və icraedici hakimiyyətə malik olan Azərbaycan Müvəqqəti İnqilab Komi­təsinə (AMİK) verildi. Həmin gün Azərbaycan SSR Xalq Komissarlar Soveti (XKS) təşkil edildi. Onun sədri N. Nərimanov oldu.


Müstəqil Azərbaycan Sovet Respublikasının yaradılması şüarı hələ 1919-cu ildə bolşeviklər tərəfindən irəli sürülmüşdü və Azərbaycan kommunistləri bu şüarla da haki­miy­yətə gəldilər. V.İ.Lenin də 1920-ci il mayın 5-də Azərbaycan zəhmətkeşlərinə gön­dərdiyi təbrik teleqramında da Azərbaycan Sovet Respublikasının müstəqilliyini tanıdığını bəyan etmişdi.
Bakı Xalq Komissarları Sovetinin 1918-ci il təcrübəsini nəzər alan bolşeviklər AMİK-nə və XKS-nə daha çox azərbaycanlı kadrları daxil etdilər. Əslində bütün hakimiy­yət Kommunist partiyasının əlində idi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının və Bakı partiya təşkilatının rəhbərliyində isə ruslar və ermənilər üstünlük təşkil edirdilər.
1920-ci il aprelin 28-30-da Gəncə, Lənkəran, Şamaxı, Şuşa. Ağdam və s. yerlərdə nüfuzu güclü olan bolşeviklər hakimiyyəti ələ aldılar. Mayın 1-də XI Qırmızı Ordu Gəncəyə daxil oldu. Qazax, Zaqatala, Şəki, Balakən və digər ərazilər tutuldu. Mayın 3-də Lənkəran, Astara işğal edildi, iyulun 28-də Naxçıvan sovetləşdirildi.
Bolşeviklərin Azərbaycanı müqavimətsiz işğal edə bilməsinin səbəbi iqtisadi və siyasi böhran, milli münaqişə və qarşıdurmadan cana doymuş əhalinin bir hissəsinin bolşeviklərə aldanıb inanması idi.
Azərbaycanda bütün inqilabi dəyişikliklər Rusiyanın nümunəsində həyata keçirilirdi. 1920-ci il mayın 3-də verilmiş dekretə əsasən, qəza, mahal və kənd inqilab komitələri yaradıldı. Müvəqqəti İnqılab Komitə­sinin dekreti ilə polis ləğv edildi, əvəzinə fəhlə-kəndli milisi təşkil edildi.Bundan savayı, xalq məhkəməsi, fəhlə-kəndli müfət­tişliyi və s. yaradıldı. Fövqəladə Komissiya (FK) və Ali İnqilab Tribunalı təsis edildi. 1920-ci ilin mayın 5-də xan, bəy, vəqf torpaqları müsa­dirə edildi və ödə­­niş olmadan kəndlilərə paylanıldı.1920-ci il mayın 7-də Azərbaycan İnqilab Komi­təsi tərəfindən ordunun və donanmanın yenidən təşkili haqqında dekret verildi. 12 may 1920-ci il tarixdə Azərbaycanda bütün silki və dini imtiyazlar, silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, ağa və s.) ləğv edildi. Xalq Maarif Komis­sarlığının 1920-ci il 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, din dövlət və məktəbdən ayrıldı.
1920-ci il sentyabrın 23-də AMİK-nin fərmanı əsasında yoxsul komitələri (bed­komlar) yaradıldı. Yoxsul komitələri Sovetlərə keçmək üçün zəmin hazır­lamalı idi. 1921-ci ilin yazında İnqilab komitələri və Yoxsul komitələrindən sovetlərə keçid başlandı.
1920-ci il mayın 6-da Bakıda Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı işə başladı. Qurultay mayın 19-da Azərbaycan SSR Konstitu­siya­sını təsdiq etdi və AMİK ləğv edildi. Bu Konstitusiya Rusiya Federasiyasının konsti­tu­siyası əsasında hazırlanmışdı. Sovetlər qurul­tayları arasındakı dövrdə respu­blikanın ali qanunverici və nəzarətedici orqanı olan Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) seçildi. MİK-in sədri Muxtar Hacıyev, sədr müavini Səmədağa Ağamalı oğlu seçildi. MİK və Sovetlər qurultayı qarşısında məsuliyyət daşıyan idarəedici ali hakımiyyət orqanı – Xalq Komissarları Soveti (Nazirlər Kabineti) təşkil edildi, onun sədri N.Nərimanov oldu. Azərbaycanda 17 Xalq Komissarlığı yaradıldı.
1920-ci il mayın 24-də neft sənayesi milliləşdirildi və Azərbaycan Neft Komitəsi (“Azneft”) təşkil olundu. Neft Komitəsinə A. Serebrovski rəis təyin edildi. 1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və balıq sənayesi milliləşdirildi.1920-ci il ərzin­də torpaq, meşə, su, yeraltı sərvətlər, fabrik-zavodlar milliləşdirildi və dövlət mülkiy­yətinə verildi. Milliləşdirmə 1920-ci ilin sonunda başa çıtdı. Milliləşdirilmiş sənayeni ida­rə et­mək üçün Azərbaycan Xalq Təsərrüfatı Şurası (AXTŞ) yaradıldı.
Beləliklə, 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı nəticəsində Azərbaycanın dövlət müstəqilliyi itirildi, siyasi asılılığa düşmüş Azərbaycan iqtisadiyyatı Rusiya iqtisadiyyatının əlavəsinə cevrildi, Təkcə 1920-ci ildə Azərbaycandan Rusiyaya 3 mln. ton neft aparıldı. Bu hasil olunan neftin 90% -i demək idi. Elm və milli mədəniyyətin inkişafı üçün maneələr yaradıldı, əhali repressiyalara məruz qaldı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin