Azərbaycan tarixi


Azərbaycan milli diviziyaları



Yüklə 0,62 Mb.
səhifə225/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   221   222   223   224   225   226   227   228   ...   269
Azərbaycan tarixi mühazirə

20.2. Azərbaycan milli diviziyaları

Müharibənin birinci həftəsi Azərbaycandan cəbhəyə getmək üçün 40 min oğlan və qız hərbi komissarlıqlara ərizə verdi. 1941-1945-ci illərdə Azərbaycandan orduya 640 min gənc getmişdi və onların 10 mini qadın idi.


Respublikada milli diviziyaların yaradılmasına başlandı. 1941-ci iıin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci milli atıcı diviziyaları təşkil olundu. 1920-ci ildə yaradılmış 77-ci Azərbaycan diviziyası Krımda şəxsi heyətinin əksər hissəsini itirdiyinə görə, 1942-ci ilin mayında yenidən təşkil edildi.
Azərbaycan döyüşçüləri ön cəbhədə. Faşizmə qarşı döyüşlərdə azərbaycanlıların mərdliklə vuruşması haqqında ilk xəbər Brest qalasından gəldi. Brest qalasının müdafiə­sində 44 nəfər azərbaycanlı iştirak etmiş və son nəfəslərinə qədər qəhrəmanlıqla vuruş­muşdur. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka kəndi uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov böyük şücaət göstərərək, azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1941-ci ildə Moskva uğrunda döyüşlərdə tank bölməsinin komandiri Həzi Aslanov əsgəri xidmətinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif edildi.
Leninqradın 900 günlük mühasirəsində təyyarəçi Hüseynbala Əliyev 1942-ci ilin iyulun 13-də 6 düşmən təyyarəsi vurmuş, özü 17 ölümcül yara almasına baxmayaraq təyyarəni yerə endirə bilmişdi.
1942 – ci il mayın əvvəllərində faşistlər Kerçi, Sevas­topolu, Xarkovu tutdular və Qafqaza hücuma hazırlaşdılar. 1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respub-lika­larında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan edildi. Bakının ətrafında isteh­kamlar qurulmuş, düşmən 1942-ci ildə 71, 1943-cü ildə isə üç dəfə Bakının səmasına söxulmağa cəhd etmişdir.
Qafqaz uğrunda döyüşlər başlandı. 402, 416, 223-cü Azərbaycan diviziyaları zərbə qüvvəsi sayılır və Mozdok rayonunda döyüşürdülər. 416 və 223-cü atıcı diviziya­larının döyüş yolu Qafqaz dağlarının ətəklərindən başlanmışdır. 77-ci diviziya Kerç, Rostov, Stavropol və digər yaşayış məntəqələrini azad etdi. (1975-ci ildə 77-ci Azərbaycan diviziyasına Krımda, Sapun Qorada abidə qoyulmuşdur.) 1942-ci ildə Qafqaz və Krım uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Qafur Məmmədov və İdris Süley­manov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Qafur Məmmədov Tuapse uğrunda gedən döyüşlərdə 13 faşist öldürülmüş, sinəsini komandirinə sipər edib, özü həlak olmuşdu.
1942-1943-cü illərdə Stalinqrad uğrunda gedən döyüşlərdə azərbaycanlılar qəhrəmanlıqla vuruşurdular. Təyyarəçi qız Züleyxa Seyidməmmədova Stalinqrad səma­sında 40 uçuş keçirmişdir. 1942-ci il dekabrın 22-də H.Aslanov Stalinqrad uğrunda döyüş­lərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Stalinqrad vuruşması nəticəsində müharibənin gedişində əsaslı dönüş yarandı.
1943-cü il iyunun 5-də Oryol-Kursk vuruşması başladı. M.Bağı­rov və İ.İsmayılov Kurtoy-luç kəndi rayonunda göstər­dikləri igidliyə görə Sovet İttifaqı Qəhramanı adına layiq görüldülər. Oryol şəhər üzərində qələbə bayrağını Hüseyn Əjdərov qaldırdı. 1943-cü il avqustun 30-da 416-cı diviziya Taqanroq şəhərini tutdu. Ona fəxri “Taqanroq diviziyası” adı verildi.
Dnepr çayının keçilməsində M.Məhhərrəmovun tağımı rəşadət göstərdi. Məhər­rəmov və onun 18 nəfər əsgəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Kiyev uğrunda döyüşlərdə Sovet İttifaqı Qəhrə­manı X.Mustafayev fərqlənmişdi. 416-cı diviziya Nikolayev, Odessa və Kişinyovu, 77, 227-ci diviziyalar Krımı, 77-ci diviziya Simferopolu azad etdilər. 271-ci diviziya “Qorlovka diviziyası”, 77-ci diviziya isə “Simferopol diviziyası” adını almışdılar. H.Aslanovun 35-ci qvardiya tank briqadası 1944-cü il iyunun 23-30-da Berezna çayını keçdi, düşməni 508 yaşayış məntəqəsindən qovdu. H.Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edildi. Onun haqqında fərman 1991-ci ildə həyata keçirildi. H.Aslanov 1945-ci il yanvarın 24-də döyüş əməliyyatı getməyən yerdə həlak oldu. Təyyarəçi Adil Quliyev 265 döyüş uçuşu keçirmiş, 18 düşmən təyyarəsini vurmuşdu. 1945-ci ilin fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Sovet Ordusu ölkənin ərazisini düşməndən təmizləyəndən sonra Şərqi Avropa ölkələrini azad etməyə başladı və burada kommunist rejimləri yaradıldı. 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində iştirak etmiş və “Belqrad diviziyası” adı almış, Vyana şəhərinin faşistlərdən təmizlənməsində də iştirak etmiş, Qırmızı bayraq ordeni ilə təltif edilmişdir.
271-ci diviziya Polşa və Çexoslavakiyanın azad edilmə­sində rəşadət göstərmiş, bu döyüşlərdə Z.Bünyadov, A.Vəzirov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
416-cı diviziya 1945-ci ilin fevralında Oder çayı sahilinə çıxaraq, Berlinə yol açan diviziyalardam biri oldu. Həmin ilin fevral-mart aylarında Berlinin qapısı sayılan Küstrinin alınmasında iştirak etdi, 1945-ci il mayın 2-də Berlinin Branden­burq darvazası üzərində qələbə bayrağı sancdı. Berlinin küçə döyüşlərində Yusif Sadıqov Reyxstaqın alınmasında böyük rəşadət göstərdiyinə görə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin