Azərbaycan tarixi


Azərbaycan Əhəmənilər imperiyasının tərkibində



Yüklə 0,62 Mb.
səhifə26/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   22   23   24   25   26   27   28   29   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycan Əhəmənilər imperiyasının tərkibində. Əhəməni­lər dövlətinin ilk hökm­­darı II Kir (e.ə. 550- e.ə. 530 cu illər) fars dövlətinin əsasını qoydu.Bununla yanaşı, Əhəmənilər dövləti Midiya dövlətinin ərazilərinə sahib çıxdı və onun ənənələrini davam etdirdi. Döv­lətin paytaxtı Ekbatan (Həmədan) şəhəri olaraq qaldı. Cənubi Azərbaycan torpaqları (keçmiş Man­na əraziləri) Əhəmənilər imperiyası dövründə Şimali Midiya satraplığı (canişinliyi) kimi adlandırılırdı. II Kir tezliklə işğalçı müharibələrə başladı və ilk olaraq e.ə. 547-ci ildə qərbdə Lidiya dövlətini, sonra isə e.ə. 538-ci ildə Midiya ilə uzun müddət müt­təfiq olmuş Babilistanı işğal etdi. Araz­dan cənubdakı Azərbaycan tor­paq­ları Əhəmənilər impe­riyasına tabe olsa da, öz daxili idarəetmə üsulunu qoruyub saxlaya bilmişdi və zaman –zaman Əhəmənilərə xərac ödəyirdi. Arazdan şimalda – Maskut padşahlığı isə Əhəmənilərə tabe olmamış, lakin strateji nöqteyi-nəzərdən bu imperiya ilə münasi­bətlər saxlamış, ona könüllü olaraq müəyyən bəxşişlər vermişdir. Eramızdan əvvəl VI – IV əsrlərdə, Əhəmənilər dövründə Azər­baycan torpaq­larının etno-siyasi vəziyyəti Makedoniyalı İskən­dərin yürüşünə qədər dəyişilməz qalmışdır.
2.5. Şimali Azərbaycanda Massaget şah­lığı və Azərbaycanda yaşayan tay­­faların Əhəməni – yunan müha­ribə­lərində iştirakı.


Azərbaycan Massaget şahlığı. Tarixi mənbələrdən məlumdur ki, e.ə. VII əsrin birinci rübündə Azərbaycan ərazisində iskit və sak tayfaları məskunlaşmışdılar. Araz çayından şimalda məskunlaşan massagetlər iskit və sak tayfa birliyinə daxil idi. İndiki Cə­nu­bi Azərbaycanın şimal - qərb ərazilərində mövcud olmuş İskit padşahlığı e.ə. 593-cü ildə Midiya tərəfindən ləğv edilsə də, Arazdan şimalda möhtəşəm Massaget pad­şahlığı öz fəaliyyətini davam etdirirdi. Qədim Yunan və Roma mənbələrində massagetlər müxtəlif adlarla qeyd olunmuşlar. E.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodotun (b.e.ə. 484-425) doqquz hissədən ibarət "Tarix" (yun. Ἱστορίαι) əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Herodot "Tarix" əsərində massa­getlərin təsvirinə böyük yer ayır­mışdır.Onun yazdığına görə, massagetlər köçəri həyat tərzi sürür, əsasən maldarlıqla məşğul idilər. Mal-qara, süd, ət, yun, dəri məhsulları istehsal edən massagetlər qonşu xalqlarla ticarət əlaqələri qurur, məhsullarını onlara satır, özlərində olmayan məhsulları isə onlardan alırdılar. Köçəri həyat tərzi sürmələrinə baxmayaraq,onlarda sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Massa­getlər ölülərini torpaq qəbirlərdə dəfn edir, axirət dünyasına, ölümdən sonrakı həyata inan­dıqlarına görə mərhumun yanına qab-qacaq, silah, bəzək əşyaları qoyurdular. Ən hörmətli şəxs­lərin qəbirləri üzərində kurqan ucaldılırdı. Belə kurqan qəbirlərə yüzlərcə müxtəlif bahalı əşyalar - qızıl və gümüş qab-qacaq, daş-qaşlarla bəzə­dilmiş bilərziklər, boyunbağılar, üzüklər, silahlar qoyulurdu. Massa­getlərdə hər bir həddi-büluğa çatmış kişi döyüşçü hesab olunurdu. Həmçinin, qadınlar və yeniyetmələr də silah işlətməyi bacarırdılar. Massagetlərin ordusu təkcə süvarilərdən ibarət idi
Dion Kassi Arazdan şimalda yaşa­yan albanları massaget adlan­dırmışdı. Starabo­nun da əsərlərində qeyd olunur ki, iskitlərin bir qismi massaget və sak adını daşıyırdılar. Hətta, erkən orta əsr mənbələrində Şimali Azərbaycan əhalisinin bir hissəsi, xüsusən, Dər­bənd – Beş­barmaq aralığında yaşayan əhali, massaget (mas­kut) kimi göstərilmişdir. E.ə. VI əsrdə massagetlər yaylaq kimi köç etdikləri şimal torpaqlarında, Xəzər dənizi sahilində yaşayış məntəqəsinin əsasını qoymuşlar ki, burada da sonralar Dərbənd şəhəri salındı.
Bəzi əcnəbi ölkələrin tarixşünaslığında massa­get­­lərin vətəni kimi Mərkəzi Asiya göstərilir. Lakin ən qədim yazılı mənbələrə görə massa­getlərin yaşadığı məkanı ayırd etmək o qədər də çətin deyil. Məsələn, tarixin atası Herodot massagetlər haqqında yazırdı ki, “ bu xalq qədər­siz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində issedonlar ilə üzbəüz yaşayır. Bəzilərinin fikrin­cə bu “skit xalqıdır”. Əhəməni çarı II Kirin massa­getlərə qarşı yürü­şü zamanı onun Araz çayını keçdiyini söyləyən Herodot daha sonra yazır ki, “Araz çayı matiyenlərin ölkəsin­dən axır”. Antik mənbələrdən isə məlumdur ki, matiyenlər Urmiya gölündən qərbdəki torpaqlarda yaşayırdılar.
E.ə. 547-ci ildə qərbdə Lidiya dövlətini və e.ə. 538-ci ildə Babilistanı işğal etdik­dən sonra II Kir şimali – şərq istiqamətində - Araz­dan şimalda mövcud olan Massaget pad­şahlığına qarşı hərbi yürüşə başlayır. E.ə. 530-cu ildə baş tutan bu yürüş zamanı massaget pad­şahlığına Tomiris adında hökmdar-qadın rəhbərlik edirdi.
E.ə 530-cu ildə II Kir Massaget padşahlığına hücum etdi. Massagetlər II Kiri məğlub edib öldürdülər. Onun başını kəsib qanla dolu tuluğa atıb dedilər: “Sən qan istəyirdin doyunca iç”. Beləliklə, Əhəmənilərin Arazdan şimaldakı əraziləri işğal etmək cəhdi boşa çıxdı.
II Kirin oğlu II Kambiz (e.ə. 530 - e.ə. 522-ci illər) e.ə. 525-ci ildə Misiri işğal etdi. II Kambiz Misirdə olarkən özünü II Kirin oğlu Bardi kimi qələmə verən maq Qaumatın başçılığı altında dövlət çevrilişi baş verdi.Mənbələrdə onun əslən midiyalı olması və əsas məqsədinin Midiya dövlətini yenidən bərpa etmək olduğu haqqında məlumatlar vardır. 7 ay hakimiyyəti dövründə Qaumatın Midiyanın bərpası üçün heç bir tədbir görməməsi onun midiyalı olması haqqında məlumatlara şübhə etməyə əsas verir. Qaumatın qiyamı xəbərini alan II Kambiz təcili Misir yürüşündən geri qayıdan zaman yolda müəmmalı şəkildə öldürülmüşdür. Qaumat isə II Kambizin oğlu I Daranın qurduğu sui-qəsd nəticə­sində öldürüldü. Əhəmənilərin hakimiyyəti bərpa olundu və I Daranın haki­miyyəti dövrü (e.ə.522-486-cı illər). başladı. I Dara ölkəni satraplığa (canişinliklərə) böldü. I Daranın dövründə Şimali Azərbaycan torpaqları Əhəmənilər dövlətinə qatılmasa da, ondan asılı olmuşdur. Bu səbəb­dəndir ki, İran-Yunan müharibə­lərində Azərbaycanda yaşayan tayfalar Əhəmənilərin tərəfində iştirak etmişlər.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin