Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə262/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   258   259   260   261   262   263   264   265   ...   269
Azərbaycan tarixi mühazirə

Sosial siyasət.Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verdi. Ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşı­laşdırıl­ması məqsədilə Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində “Əha­linin sosial müdafiə­sinin güclən­diril­məsi və iqtisadiyyatın maliyyə vəziy­yətinin sabitləş­dirilməsi tədbirləri haqqında” Fərman imzaladı. 1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü işlər görüldü, ilbəil çevik xarakter alan sosial siyasət kursunun etibarlı əsası qoyuldu. Heydər Əliyevin tərəfindən imzalanan 60-dan artıq sənəd müstəqil Azər­baycanda sosial sahədə inkişafın təmin olunmasına xidmət etmişdir.
Səhiyyə sistemində islahatlara start verən H.Əliyev ölkəmizdə yeni özəl klinikaların açılmasına dəstək verdi. Bunun nəticəsidir ki, indinin özündə də əhalinin maddi imkanı aşağı olan təbəqələri pulsuz səhiyyə xidmətlərindən yararlanmaqdadırlar. Yeni özəl tibb müəssisə­lərinin yaradılması isə sosial sfe­rada rəqabət bazarının formalaşmasına imkan yaradıb.
Əsası H.Əliyev tərəfindən qoyulmuş soaial siyasət bu gün də öz nəticələrini verməkdədir. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılıb. Ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salınıb. 2003-cü ildə Azərbay­canda yoxsul­luq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirilib. Hazırda Azərbaycanda orta əmək haqqı 500, orta pensiya isə 200 dollardan artıqdır ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir.
“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ildə Azərbaycanda sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri rəhbər tutulur. Nəticədə, Azərbaycan sosial rifah baxımından inkişaf etmiş ölkələrin sırasında əhəmiyyətli yer alacaqdır.
Prezident İ.Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyində öz mövqelərini daha da möhkəmləndirdi, yeni müttəfiq ölkələr qazandı, beynəlxalq və regional təşkilatlarda iştirakını, onlarla əməkdaşlığını daha da intensiv­ləş­dir­di, inkişaf sürətinə, iqtisadi potensialına görə Cənubi Qafqazın lider dövlətinə çevrildi. Bu gün Azərbaycan dünya birliyinin sayılan dövlət­lə­rindən biri olmuş­dur.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin