Azərbaycan tarixi


Azərbaycan mədəniyyəti 1991-2016-cı illərdə



Yüklə 0,62 Mb.
səhifə263/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   259   260   261   262   263   264   265   266   ...   269
Azərbaycan tarixi mühazirə

22.8. Azərbaycan mədəniyyəti 1991-2016-cı illərdə.

Müstəqillik illərində mədəniyyətin inkişafı daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur və bu dövr ərzində mədəniyyətin bütün sahələrində uğurlar əldə edilmişdir. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən bir neçə gün sonra ilk qəbul olunan qanunlardan biri “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanun oldu. Azərbaycan Prezidentinin 2001-ci 18 iyul tarixli fərmanına əsasən həmin il avqustun 1-dən bütün sahələrdə latın qrafikalı yeni əlifbaya keçildi və Prezidentin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən, avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü oldu.


1991-ci ildə SSRİ-nin parçalanması və süqutu ilə 5 yeni müstəqil türk dövləti (Azər­baycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) yarandı və dünya birliyində öz layiqli yerlərini tutdu. Bir sıra türk xalqları (tatarlar, başqırdlar, çuvaşlar və b.) Rusiya Federasiyası tərkibində qalmaqla milli-ərazi muxtariyyəti hüquqlarını xeyli genişlən­dirdilər. Bu isə, öz növ­bəsində türk dövlət qurumları arasında daha sıx ədəbi-mədəni, elmi, iqtisadi əlaqələrin yaradılması zərurətini irəli sürdü. Yaranmış yeni əlverişli şəraitdə 1993-cü il iyulun 12-də Türk mədəniy­yəti və incəsənətinin inkişafı üzrə Beynəl­xalq Təşkilat (TÜRKSOY) yarandı. Təşkilatın Nizamnaməsinə görə, o, türkdilli dövlətlərin mədə­niyyət nazirlərinin Daimi Şurasının qərarlarına əsasən fəaliyyət göstərir. Sonralar TÜRKSOY haqqında Müqaviləyə müşahidəçi ölkə­lər qismində Başqırdıstan, Tatarıstan respublikaları, Şimali Kipr Türk Respu­blikası, Xakasiya, Tuva, Çuvaşiya və Qaqauz Yeri respublikaları da qoşul­muşlar. Beləliklə, hazırda TÜRKSOY-a 6 üzv və 7 müşahidəçi ölkə daxil­dir. TÜRKSOY təşkilatı türkdilli ölkələrin daxili və xarici siyasətindən, dövlət strukturlarının siyasi yönümündən asılı olmayaraq, onların mədəniyyət və incəsənət sahəsində regional birliyini həyata keçirir.
1998-ci ilin 9 oktyabrda “Şəhidlər xiyabanı”nda “Əbədi məşəl” komplek­sinin acılışı oldu. 1996-cı ildə YUNESKO ilə əməkdaşlıq haqqında memoran­dum imzalandı. 2002-ci ildə ilk dəfə Şirvanşahlar saray kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarix-memarliq kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edildi.
2001-ci ildə Azərbaycan Dünya Turizm Təşkilatının tam üzvü oldu. 2003-cu il 12 dekabrda H.Əliyev vəfat etdi. 2005-ci ildə “Heydər Əliyev ordeni” təsis edildi və Respublika sarayının qarşısında H.Əliyevin heykəli qoyuldu.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin