Azərbaycan tarixi


Albaniyada Sasani zülmünə qarşı üsyanlar



Yüklə 0,62 Mb.
səhifə39/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   35   36   37   38   39   40   41   42   ...   269
Azərbaycan tarixi mühazirə

Albaniyada Sasani zülmünə qarşı üsyanlar. 395-ci ildə Roma imperiyasının parçalanması nəticəsində iki imperiya meydana gəldi : paytaxtı Roma olmaqla Qərbi Roma imperiyası və paytaxtı Vizantiya (Bizans) şəhəri olmaqla Şərqi Roma imperiyası.Ən baş şəhərinin adı ilə Şərqi Roma imperiyası tarixə Bizans imrepiyası kimi düşdü. Bundan sonra Cənubi Qafqaz uğrunda Sasanilərlə Bizans arasında mübarizə başladı. Bizans xristian dinini şərqə doğru yaymağa cəhd edirdi. Sasani hökmdarı II Yezdəgerd (438-457) xristianlığın Bizansın təsirini artır­mağa xidmət etdiyini görüb xristianlığı sıxışdırmağa başladı. O, Albani­yanın və İberiyanın xristian hakimlərini paytaxt Ktesifona (Mədainə) çağırdı və onları atəşpərəstliyi qəbul etməyə məcbur etdi. Alban hökm­darı II Vaçe də (440-463) atəşpərəstliyi qəbul etdi.
Azərbaycanda mülki və inzibati hakimiyyət Sasani mərzbanlarının nəzarətində idi. Əhalinin üzərinə ağır vergilər qoyulur, bu isə ölkədə narazlığı artırırdı. Sasanilər etnik dayaq yaratmaq məqsədlə Albaniyanın simali-şərq hissəsində çoxlu farsdilli əhali məskun­laşdırdılar. Abşeron, Şamaxı, Dəvəçi, Quba, İsmayıllı və başqa bölgələrdə tat məskənləri meydana çıxdı. İranın Lahıc kəndindən köçürülənlər indiki İsmayıllının Lahıc kəndinin əsasını qoydular.
Cənubi Qafqazda Sasanilərə qarşı dini zəmində narazılıq güclənirdi. Ermənistanda bu hərəkata başçılıq edən Vardan Mamikonyan əhalisi Sasanilərə meyl edən və öz köhnə dinlərini saxlayan vilayətləri tutdu. Albaniya əhalisinin böyük əksəriyyəti, əsasən də atəşpərəstlər və bütpərəstlər bu üsyanı dəstək­ləmədilər. Yalnız Albaniyanın xristian əhalisi üsyançılara qoşuldu. 450-ci ildə üsyançılar Xalxal (Qazax) döyüşündə Sasaniləri məğlub etdilər. Üsyançılar “Hun keçidini” ələ keçirdilər və sasaniləri Albani­yadan sıxışdırdılar. Sasani şahı II Yezdə­gerd Mihr Nerse­yin başçılığı ilə üsyançılara qarşı qoşun göndərdi. 451-ci il mayın 26-da Maku yaxınlığında Avaray düzündə baş verən döyüşdə üsyançılar məğlub oldular. Sasanilərə hunlar, kateşlər, gellər kömək edirdilər.
457-ci ildə II Yezdəgerd öldükdən sonra İranda taxt-tac uğrunda mübarizə başladı. Bundan istifadə edən Albaniya hökmdarı II Vaçe zərdüştlükdən imtina etdi. Sasanilərə qarşı Qafqazın 11 tayfa başçısı ilə ittifaqa girdi, xristianlığı yaymağa başladı. Sasani hökmdarı II Vaçeni dinc yolla tabe edə bilmədikdə haylandur (onoqur) hunlarını ona qarşı qaldırdı. Onlar 462-ci ildə Albaniyaya hücum etdilər. 463-cü ildə II Vaçe Sasani şahı Firuzun təhriki ilə hakimiyyətdən əl çəkdi və öz malika­nəsinə çəkildi. Albaniya 30 il (463-493) hökmdarsız qaldı və bu dövrdə ölkəni Sasani mərzbanı idarə etdi.
481-ci ildə Cənubi Qafqazda Sasanilərə qarşı üsyan baş verdi. Bunun səbəbi xarici siyasətdəki uğursuzluqlar və vergilərin artırılması idi. 485-ci ildə Cənubi Qafqaz xalqları ilə Sasanilər arasında Nvarsak sülhü bağlandı. Sülhə görə Cənubi Qafqaz xalqlarına bir sıra güzəştlər verildi.
493-cü ildə Albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi. II Vaçenin qar­daşı III Mömin Vaçaqan (493-510) hakimiyyətə gəldi. O, sasani feodallarını sıxışdırır, xristian dini­nin təbliğini, genişləndirir, zərdüştlüyü təqib edir, kilsələr tikdirirdi. Onun dini siyasətinin mahiyyəti xristian dinini yaymaq və dini qanunlar qəbul etmək idi. 498-ci ildə Aquen kilsə məclisində xristianlığı möhkəmlətmək üçün bir sıra qanun­lar qəbul edildi. Həmin qanunlara əsasən dünyəvi feodalların kilsə torpaqlarını tutması qadağan edildi, vergilərin miqdarı dəqiq­ləşdirildi. Kilsə və din xadimlərinin hüquqları müəyyənləş­dirildi, xristian­lığa qədərki dini ayinlər qadağan edildi, bir sıra köhnə adətlər: qohumla evlənmək, öləni ağlamaq günah sayılırdı.
510-cu ildə III Mömin Vaçaqanın ölümündən sonra Sasanilər Albaniyada yerli sülalənin hakimiyyətinə son qoydu. Albaniyanın dövlət müstəqilliyi ləğv edildi. Albaniya 510-628-ci illərdə Sasani mərz­banları tərəfindən idarə edildi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin