Azərbaycan tarixi


Alban - Sasani münasibətləri



Yüklə 0,62 Mb.
səhifə44/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   40   41   42   43   44   45   46   47   ...   269
Azərbaycan tarixi mühazirə

Alban - Sasani münasibətləri. 629-cu ildə müstəqillik qazan­masına baxmayaraq, hələ də Albaniya sasani­lərdən asılı idi. 633-cü ildə ərəblər Sasani­lərə hücum etdi. 634-cü il 25 minlik alban ordusu Cavan­şirin rəhbər­liyi ilə sasanilərə köməyə yollandı. Cavanşir dövrünün uzaqgörən dövlət xadimi, səriştəli, qorxu­bilməz bir sərkərdə idi. Ərəb-Sasani müharibələrində Sasanilər tərəfində vuruşaraq qəhrəmanlıqlar göstərmiş, 636-cı ildə baş vermiş Kadisiyyə döyüşündə şücaətilə seçilmişdi. Hətta sasani şahı III Yezdəgerd ona qiymətli hədiyyələr – qızıl kəmər, qızıl dəstəkli qılınc vermiş, başına gözəl qızıl tac qoy­muşdu.Cavanşir siyasi müttəfiq kimi 638-ci ildə ərəblərin Ktesifonu (Mədaini) mühasirəyə aldığı zaman 6 ay sasanilərin tərəfində Ktesifonun müdafiəsində ərəblərə qarşı vuruşmuşdu.Hər iki döyüş sasanilərin məğlubiyyəti ilə başa çatdı ki, bu da Sasani imperiyasının daxildən çürüməsinin təzahüri idi.Hətta Cavanşir döyüşçüləri ilə sasanilər tərəfdə vuruşduğu zaman, mərkəzi hakimiyyətə tabe olmayan sasani hərbi dəstələri müda­fiəsiz qalan Albaniyaya basqınlar edir, şəhərləri, kəndləri talayır, əhalini əsir aparır­dılar.Belə basqınların birində sasanilər Cavan­şirin ailəsini də əsir aparmışdılar.
Cavanşir siyasi hadisələri düzgün qiymətləndirərək Sasanilərin hakimiyyət günəşinin qürub etdiyini, dünyanın siyasi xəritəsində ərəb­lərin simasında yeni bir qüvvənin səhnəyə çıxdığını anladı. Albaniyanın siyasi müstəqililyini özünün həyat məsələsinə çevirən və özgə maraqlar uğrunda ərəblərə qarşı vuruşmağın faydasız olduğunu dərk edən Cavan­şir 640-cı ildə Girdimana-Albaniyaya qayıtdı. Albani­yaya qayıtdıqdan sonra ilk növbədə Cavanşir sasani feodallarına qarşı mübarizəyə başladı, onları Albaniyadan qovdu, ata-anasını, başqa ailə üzvlərini sasani əsirliyindən azad etdi. Varaz Qriqor 642-ci ildə taxt-tacı oğlu Cavanşirə verdi. Yarandığı ilk vaxtlarda Girdiman knyazlığı kiçik ərazini əhatə etsə də, Cavanşirin hakimiyyəti illərində (642-681) ərazilər genişlənərək İberiya (Gürcüstan) sərhədlərindən Araz çayına və Dərbəndə qədər çatırdı.
Qeyd edək ki, VII yüzilliyin əvvəllərində Albaniya şimaldan xəzərlərin, VII yüzilliyin ortalarına yaxın isə cənubdan ərəblərin hücum­larına məruz qalırdı. Girdiman hökmdarı Cavanşir təlatümlü belə bir dövrdə hakimiyyətə gəldi.Cavanşir hakimiyyətini bütün Albaniyada bərqərar etdi və onun siyasi fəaliyyətinin əsas məqsədi Albaniyanın tam dövlət müstəqilliyinə nail olmaqdan ibarət idi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin