Azərbaycan tarixi


Şirvanşahlar dövləti XII-XIII əsrin əvvəllərində



Yüklə 0,62 Mb.
səhifə76/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   72   73   74   75   76   77   78   79   ...   269
Azərbaycan tarixi mühazirə

Şirvanşahlar dövləti XII-XIII əsrin əvvəllərində

Səlcuq türklərinin hakimiyyəti dövründə Azərbaycanın dövlətçilik ənənələri aradan qalxmadı. Azərbaycanın şimalında Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah Fəriburz (1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiy­yətinə tama­milə son qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahın hakimiyyətinin sonuna yaxın Şirvanşahlar yenidən qüvvətlənməyə başlamışdılar. Bu zaman I Fəriburz, daha sonra isə onun oğulları Mənuçöhr və Afridun ölkəni müstəqil idarə edirdilər.


XII əsrin əvvəllərində Səlcuq imperiyasının zəifləməsindən istifaə edən düşmən qüvvələr baş qaldırdılar. Cənubi Qafqazda Səlcuq türk­lərinə qarşı ittifaqa gürcü çarı IV David (1089-1125) başçılıq edirdi. O, hələ 1096-1099 – cu illərdə müsəlmanlara qarşı I Səlib Xaç yürü­şündə iştirak etmişdi. Səlcuqların zəiflə­məsindən istifadə edərək 1099-cu ildən səlcuqlara xərac ödəməyi dayandırmışdı. Şəki hakimliyi və Bor­çalını işğal edərək Tiflis müsəlman əmirliyi tam mühasirəyə almışdı. Gürcü çarı IV David şirvanşahların da səlcuqlardan azad olub müs­tə­qilliyə can atmasını nəzərə alaraq onlarla müttəfiqlik qurmağa çalışırdı. Bu məq­sədlə O, qızı Tamarı 1117-ci ildə şirvanşah Afridunun oğlu Mənuçöhrə ərə vermişdi . Şirvan­şahlarla qohumluğun digər bir səbəbi də gürcü feodallarının Azərbaycanın qərb torpaq­larını ələ keçirmək istəyi ilə bağlı idi. Geniş xarici siyasət planlarına malik olan gürcü çarı başqa bir qızını Bizans imperatoru Aleksey Komninin oğluna ərə vermişdi. Çar IV Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə qıpçaq türklərinin hökmdarı Ətrəkin qızı Quranduxtla evlənmişdi. O, səlcuq türklərinə qarşı vuruşmaq üçün Qafqazın şimalından Gürcüstana 40 min ailə və ya 225 min qıpçaq-türk əhalisi köçürmüşdü. Bundan başqa IV David Bizans imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə də əlaqə yaratmış, 1118-1119- cu illərdə xeyli sayda frank, alman xaçlı döyüşçülərini Gürcüstanda yerləşdirmişdi. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni qoşun­ları Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman əhalisini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. Bu­nunla belə, ehtiyatlı siyasət yeridən şirvanşah Afridun daha qüdrətli rəqib olan səlcuq türkləri ilə münasibətləri pozmamağı üstün tutdu. Belə olduqda öz qoşunlarını qıpçaq-türk döyüşçüləri hesabına gücləndirmiş gürcü çarı IV David,Şirvanşahların səlcuq türkləri əleyhinə onunla ittifaqa girmədiyini bəhanə edərək 1117-ci ildə Azərbaycanın qərb torpaqlarını işğal etməyə başladı. IV Davidin oğlu Demetre isə Şirvana hücum etdi. O, Şirvan qoşunlarını məğlubiyyətə uğratdı, çoxlu qəni­mət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Davidin özü qüvvətli ordu ilə iki dəfə Şirvana basqın etdi. Şirvanşah qoşunları yenə də məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələni və ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib geri qayıtdı. 1121-ci ildə Tiflis yaxınlığında Didqori vuruşmasında gürcülər, qıpçaq türkləri, alanlar (osetinlər) və Qərbi Avropa səlibçilərinin birləş­miş qüvvələri səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv olundu. Tiflis gürcülərin əlinə keçdi.
Gürcüstanın qüvvətlənməsi Şirvanşahların mövqeyinə təsir gös­tərdi. III Mənuçöhr Şirvan­şahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən üz döndərdi. Nəticədə, Şirvanşahlar dövləti Böyük Səlcuqlu imperatorluğuna 40.000 dinar məbləğində illik bac verməkdən imtina etdi. Buna cavab olaraq, 1123-cü ildə İraq səlcuq sultanı Mahmud Şirvana hücum etdi. Lakin Şirvanşahın, IV Davidin və qıpçaq türklərinin birləşmiş qüvvə­lərinə qalib gələ bilməyən sultan Mahmud, çox keçmədən Azərbaycanı tərk etdi.
Səlcuq qoşunlarının geri çəkilməsi və Şirvanşahlarla Böyük Səl­cuq imperatorluğu arasında münasibətlərin pozulması Azərbaycan üçün ağır nəticələr verdi. Qərbi Azər­baycan və Şirvan torpaqlarını işğal etmək üçün fürsət gözləyən gürcü çarı üçün əlverişli şərait yarandı. IV David Şirvan torpaqlarını bütün­lüklə Gürcüstana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi, Gülüstan və Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Mühüm şəhərlərdə və qalalarda güclü qarnizonlar qoyub geri döndü. Lakin gürcü qarnizonları Şirvanda beş aydan artıq qala bilmədilər: IV Davidin ölümündən (1125) sonra onlar Şirvanı tərk etməyə məcbur oldular. Gürcü çarının Şirvanı işğal etmək planı baş tutmadı. Şirvanşahlar taxtı yenidən III Mənuçöhrün əlinə keçdi.
Gürcüstanda IV Davidin əvəzinə hakimiyyətə oğlu I Demetre gəldi. I Demetrenin hakimiyyəti illərində (1125-1155) Şirvanşahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30-60-cı illərində Şirvanşahlar dövləti özünün güclənmə dövrünü yaşayırdı. Azərbaycan Şirvanşahlar dövləti bütün Cənubi Qafqazda qüdrətli siyasi amilə çevrilmişdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin