Azərbaycan tarixi


IX – XIII əsrin əvvəllərində Azərbaycanda iqtisadi oyanış və intibah mədəniyyəti



Yüklə 0,62 Mb.
səhifə78/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   74   75   76   77   78   79   80   81   ...   269
Azərbaycan tarixi mühazirə

8.3. IX – XIII əsrin əvvəllərində Azərbaycanda iqtisadi oyanış və intibah mədəniyyəti.

IX-XII əsrlərdə Azərbaycanda müstəqil dövlətlərin yaranması iqtisadi dirçəlişə şərait yaratdı, yadellilərin təbii sərvətləri talamasının qarşısı alındı. Azərbaycan Yaxın və Orta Şərqin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən birinə çevrildi. XI əsrin ortalarında Səlcuq imperiyası tərkibinə daxil olan Azərbaycanın digər ölkələrlə əlaqələri daha da genişləndi. Bütün imperiyada vahid pul sisteminin tətbiqi, ticarətin inkişafına şərait yarat­dı. XII əsrdə Şirvanşahların müstəqillik qazanması, Eldə­nizlər dövlətinin yaranması ölkənin təsərrüfatını canlandırdı.


Torpaq mülkiyyəti və vergilər. IX-XII əsrlərdə cəmiy­yətin əsas istehsalçıları kəndlilər idi. Kəndlilər iki yerə – uluclara və azad (icmaçı) kəndlilərə bölünürdülər. Uluclar asılı kəndlilər idi. Feodal özbaşına­lığından qurtarmaq üçün kəndlilər ərəb feodallarına sığınmalı olurdular, nəticədə həmin kəndlilərin torpağı həmin feodalın əlinə keçirdi. Bu ilcə ( hami ) torpaqları adlanırdı. Uluc­lar düzənlik ərazidə daha geniş yayıl­mışdı. Azad kəndlilər, əsasən, dağlıq ərazilərdə yaşayırdılar.
IX – XIII əsrin əvvəllərində Azərbaycanda aşağıdakı tor­paq mül­kiy­yət formaları var idi: 1) mülk ( əmlak ) torpaqları; 2) xassə torpaqları; 3) dövlət ( divan ) torpaqları; 4) iqta torpaqları; 5) vəqf torpaqları; 6) camaat ( icma) torpaqları.
Böyük Səlcuq imperiyası yarandıqdan sonra bütün Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda torpaq mülkiyyət forması və vergi sistemində müəyyən dəyişiklik baş verdi. Səlcuq imperiyası dövründə Azərbaycanda iqta başlıca dövlət mülkiyyət formasına çevrildi. Səlcuq sultanları mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün, hərbi-siyasi dayaq yaratmaq məqsədilə imperiyanın bütün ərazisini hərbi xidmət müqabilində iqta şəklində səlcuq əmirləri arasında bölüşdürdü. Məlikşah 46 min səlcuq süvarisinə iqta vermişdi. Sonralar həmin torpaqların mülkə çevrilməsi prosesi başlandı. Səlcuqların dövründə yaranan torpaq mülkiyyət formalarından biri uc torpaqları idi. Bu torpaqlar sərhədlərin qorunması müqabilində verilən torpaqlar idi.
Əsas vergilər xərac, cizyə, xüms, zəkat (sədəqə) idi. Torpaqdan istifadə müqa­bilində kəndlidən xərac alınırdı. Xərac toplamaq üçün ayrı-ayrı şəxslərə verilən icazə sənədi qəbalə adlanırdı. Xərac toplayan vergi məmuru mütəqəbbil və ya amil, maliyə müfəttişi mütəsərrif adlanırdı. Müsəlman olmayanlardan can vergisi - cizyə alınırdı.
Səlcuqların dövründə ənənəvi vergilərlə yanaşı, yeni vergi növləri meydana çıxdı. Mal üs-silah ( silah pulu ), şərab bahası ( şərab pulu ), nal bahası ( nal pulu ) və sair vergilər alınırdı. Bu zaman əhalidən alınan vergilərin sayı 19-a çatırdı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin