Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə79/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   75   76   77   78   79   80   81   82   ...   269
Azərbaycan tarixi mühazirə

İqtisadi həyat. IX-XII əsrlərə aid mənbələrdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi qeyd edilir. Əkinçilik əhalinin əsas məşğuliyyət sahəsi idi. Mil və Muğanda geniş suvarma şəbəkəsi vardı. Araz və Qızıl Üzən (Səfidrud) çayları boyunca ərazilərdə, Şirvan və Şəkidə dənli bitkilər geniş yayılmışdı, Şirvan və Dərbənddə zəfəran, kətan, Lənkəran və Şəkidə çəltik, Bərdədə ipək və boya istehsal olunur­du. Əmək alətləri daha da mükəmməlləşdirilmişdi. Azərbaycanda bağçı­lıq və bostançılıq da inkişaf etmişdi. Bu zaman Təbrizdə 900 kəhriz var idi. Mal-qara qışlaq və yaylaq şəraitində bəslənilirdi. Çay və dəniz sahilində yaşayan əhali balıqçılıqla məşğul olurdu. Lakin feodal dağınıqlığı, ağır vergilər kənd təsərrüfatının inkifafına mənfi təsir edirdi.
IX-XII əsrlərdə Azərbaycanda sənətkarlıq da inkişaf edir, onun yeni-yeni sahələri yaranırdı.Müstəqil dövlət­lərin yaranması bu sahənin inkişafına müsbət təsir etmişdi.
Ərəb səyyahları öz əsərlərində Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri haqqında məlumat vermişlər. Şiz ətrafında qızıl, qur­ğuşun, gümüş, sarı arsen, Gəncə, Gədəbəy, Savalan ətrafında dəmir filizi yataqları var idi. Təbriz və Naxçıvanda daş duz, Bakı göllərində və Urmiyada yüksək keyfiyyətli duz emal edilirdi. Azərbaycanda boyaq istehsal edilir və onun bir hissəsi xarici ölkələrə ixrac olunurdu. Toxuculuq inkişaf etmiş sahələrdən biri idi.
Şəhərlər. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin geniş­lənməsinə təsir edirdi. Şəhərlər iki hissədən ibarət idi: içəri şəhər və bayır şəhər. Zaman keçdikcə şəhərlər böyüyür, qala divarlarından kənara çıxır, bayır şəhər əmələ gəlirdi. Şəhərin ən gur yeri bazar meydanı idi. Şəhərdə əhalinin əksəriyyətini sənətkarlar təşkil edirdi.
Azərbaycanının şimalında “Aranın anası” adlanan Bərdə daha çox inkişaf etmişdi. Xilafətin canişinlərinin iqamətgahı burada yerləşirdi. Ərəb tarixçiləri Əl-İstəxri, ibn Havgəl və başqaları Bərdədə istehsal olu­nan məhsullar, onun bazarı haqqında ətraflı məlumat vermişlər. Lakin slavyanların hücumu zamanı şəhər dağıdılmış, qarət edilmiş, qırğınlar törədilmiş və bir daha əvvəlki abadlığına qayıda bilməmişdi.
Bəhs edilən dövrdə Azərbaycanın mühüm şəhərlərindən biri də Gəncə idi. Bərdənin dağılmasından sonra Azərbaycanın şimalında birincilik Gəncəyə keçdi. Şəhərdə 500 min əhali yaşayırdı. Gəncə Cə­nubi Qafqazda və Yaxın Şərqdə ən böyük sənətkarlıq və ticarət mər­kəzi idi. 1139-cu ildə baş verən zəlzələ nəticəsində şəhər tamam dağılmış, 300 minə qədər insan həlak olmuşdu. Kəpəz dağının başının uçması nəticəsində Göygöl gölü yaranmışdı. Bu zaman gürcülər hücum edərək şəhərin xarabalıqlarından həlak olmuş insanların zinət əşyalarını yığ­mış­öyük liman şəhəri Dərbənd idi. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Burada sənətkarlıq, xüsusi ilə dulusçuluq və toxuculuq inkişaf etmişdi. X əsrdə şəhərdə kanalizasiya sistemi var idi.
Bakı IX-XII əsrlərdə Dərbənddən sonra Azərbaycanın ikinci liman şəhəri olub özünün “neft bulaqları“ilə məşhur idi.O sənətkarlıq və ticarət şəhəri sayılırdı. Ərəb müəllifləri burada dünyanın heç bir yerində olmayan ağ neftdən, göylərə yüksələn alovdan, vulkan püskürməsindən bəhs etmişlər. Şabran və Şamaxı şəhərləri də mühüm ticarət və sənət­karlıq mərkəzləri idi. Şamaxıda çoxlu ipək istehsal edilirdi. XI-XIII əsrlərdə Azərbaycanın xam ipəyi Şamaxıdan Şimali İtaliyaya və Fransaya ixrac olunurdu.
Aranda Dərbənd və Bərdədən sonra böyük şəhər Tiflis idi. Mən­bələrdə burada “suyu odsuz qaynayan hamamlar”ın olmasından bəhs edilir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin