Azərbaycan tarixi


Monqolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda monqol ağa­lığının başlanması



Yüklə 0,62 Mb.
səhifə85/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   81   82   83   84   85   86   87   88   ...   269
Azərbaycan tarixi mühazirə

9.2.Monqolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda monqol ağa­lığının başlanması.


Monqolların Azərbaycana iknci yürüşü. 1227-ci ildə Çingiz xan vəfat etdi. Onun işğal etdiyi ərazilər də daxil olmaqla dörd ulus (dövlət) yaradıldı. Bunlar Böyük Monqol İmpera­torluğu, Ağ Ordu ulusu, Qızıl Ordu və Çağatay ulusları idi. 1231-ci ildə Azərbay­canın və İranın işğalı Cormoğan noyona tapşırıldı və onun başçılıq etdiyi qoşunlar Azər­bay­cana soxuldu. Bu dəfə monqollar Azərbaycanda daimi möhkəm­lənmək niyyəti ilə işğala başlamışdılar. 1231-1235-ci illər ərzində monqollar Marağanı, Təbrizi, Ərdəbili və sair Cənubi Azərbaycan şəhərlərini ələ keçirdilər.
Cənubi Azərbaycan torpaqalarını ələ keçirdikdən sonra 1235-ci ildə monqollar Gəncəyə hücum etdilər. Monqollar gəncəlilərdən o qədər çəkinirdilər ki, şəhər divarları dağılandan bir həftə sonra monqollar şəhərə daxil olmağa cürət etmədilər. Şəhər sərt müqavimət göstərsə də, tutulub qarət edildi, xara­bazarlığa çevrildi və elə vəziyyətə salındı ki, nəticədə burada 4 il yaşayış olmadı. Monqollara Şəmkirdə, Tovuzda ciddi müqavimət göstərildi. Şəmkir hakimi düşmənə qarşı çıxmaqdan imtina etsə də, şəhər əhalisi özü silaha sarılaraq şəhərin müdafiəsinə qalxdı. Lakin bu şəhərlər də tutulub dağıdıldı.
1239-cu ildə Dərbəndi tutmaqla monqollar Azərbaycanın istilasını başa çatdırdılar. Daxili çəkişmələr və mərkəzləşmiş dövlətin olmaması monqolların Azərbaycanı tutmasına şərait yaratdı. Birinci yürüşdən fərqli olaraq, ikinci yürüş zamanı monqollar Azərbaycanda möhkəm­ləndilər və burada öz hakimiy­yətlərini qurdular. Ancaq 1256-cı ilə qədər Azərbaycan, o cümlədən bütün Cənubi Qafqaz ərazisi, İran, Əcəmi İraq heç bir monqol ulusunun tərkibinə daxil edilməmişdi və Ali Monqol Xaqanlığının təyin etdiyi canişin Arqun ağa tərəfindən idarə olunurdu. Arqun ağanın apardığı siyasət tarixdə “örüş siyasəti” adlan­dırılır. Köçəri monqol əyanlarının heyvan sürülərini otlaqlarla təmin etmək üçün yerli feodalların və kəndlilərin torpaqları zəbt edilir və örüş yerinə çevrilir, köçəri maldarlıq oturaq əkinçi təsərrüfatı mədəniyyətinə və ənənələrinə, həm də şəhər təsərrüfatına qarşı qoyulurdu. “Örüş siyəti”nin həyata keçirilməsi tarixi təcrübədə şəhər və oturaq təsərrüfatların məhv edilməsi ilə yanaşı, dinc əhalinin kütləvi qırğınına gətirib çıxardı.
1239-1256-cı illərdə Azərbaycanın bütün torpaqları 110 iri mon­qol feodalları arasında bölüşdürüldü. Yerli feodallar onların vassa­lına çevrildi və öz malikanələrini idarə etmək üçün monqol canişinindən icazə sənədi - yarlıq almalı idi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin