Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə89/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   85   86   87   88   89   90   91   92   ...   269
Azərbaycan tarixi mühazirə

Məhkəmə islahatı.Məhkəmədə rüşvətxorluğa, özbaşı­nalığa qarşı tədbirlər görüldü. Məhkəmə islahatına görə, qazı vəzifəsinə təyin olunan din xadimlərinin bu vəzifəyə layiqli olmasına xüsusi diqqət yetirilirdi. Qazı vəzifəsinə təyin olunan din xadimindən qanuna ciddi əməl edəcəyi haqqında iltizam alınırdı. 30 illik iddia sənədləri öz qüvvəsini itirdi. Mühakimələr üçün alınan ödənclərin məbləği dəqiqləşdirildi. Qeyd edək ki, məhkəmə islahatı tam şəkildə həyata keçirilə bilmədi.
Rabitə islahatları. Ölkədə vahid rabitə sistemi yaradıldı. Rabitə sistemi əmirlərin idarəsinə verildi. Rabitə sisteminə həm də diplomatik vəzifələri (xarici səfirlərin qarşı­lanması və müşaiyət olunması) yerinə yetirmək həvalə olundu. Əsas yollarda 3 fərsəxdən bir (21 km) yam­lar(rabitə dayanacaqları) quruldu. Yam işçilərinə xidmətə görə əhalidən vəsait almaq qadağan edildi.
Pul islahatı. Ölkədə vahid pul sistemi yaradıldı,vahid ölçü və çəki sistemi bərqə­rar oldu. Mərkəzi hakimiyyət tərəfindən tanınmayan pulların dövriyyəsi qadağan olundu. Vahid pul, ölçü və çəki sistemi yaratmaqda məqsəd ölkədə ticarətin inkişafını əyanları isə ona uğursuz sui-qəsd təşkil etdilər.
Qazan xanın islahatlarının hazırlanmasında və həyata keçirilmə­sində onun vəziri, tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddin böyük rol oynamışdır. İslahatlar müəyyən müddət öz müsbət təsirini göstərdi, ölkədə kənd təsərrüfatı, sənətkarlıq, ticarət canlandı, əhalinin vəziyyəti nisbətən yaxşılaşdı, islam dininin mövqeləri möhkəmləndi. İslahatlar nəticəsində mərkəzi hakimiyyət möhkəmləndi, orduda nizam-intizam artdı, Hülakilər dövləti dağılmaqdan xilas oldu. Bu, Hülakilar dövlətinin ömrünü bir qədər uzatdı, lakin onun tənəzzülünün qarşısını ala bilmədi.
AZƏRBAYCAN XIV ƏSRİN İKİNCİ YARISI -XV ƏSRDƏ

Plan




  1. Azərbaycan XIV əsrin ikinci yarısında

  2. XV əsrin başlanğıcında Azərbay­canda siyasi vəziyyət. Şirvanşahlar döv­ləti.

  3. Azərbaycan Qaraqoyunlu dövləti.

  4. Azərbaycan Ağqoyunlu dövləti.

  5. Səfəvilərin Ərdəbil hakimliyi.

  6. XV əsr Azərbycan dövlətlərinin ictimai – iqtisadi həyatı

  7. XIII – XV əsrlərdə Azərbaycan mədəniyyət



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin