Azərbaycan tarixi


Səfəvilər dövlətinin ərazisinin genişlənməsi



Yüklə 0,62 Mb.
səhifə108/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   104   105   106   107   108   109   110   111   ...   269
Azərbaycan tarixi mühazirə

Səfəvilər dövlətinin ərazisinin genişlənməsi. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Şah I İsmayıl yalnız tutduğu Azərbaycan torpaqlarını birləşdirməklə kifayətlənə bilməzdi. Ağqoyunlu dövlətinin ikinci hissəsi Sultan Muradın əlində idi və Sultan Murad böyük qoşun toplayaraq qızılbaşlara zərbə vurmağa hazırlaşırdı.

  1. – cü ilin yazında Şah I İsmayıl Murada təklif etdi ki, tabe olsun, əvəzində isə

Ərəb İraqına sahib olsun. Lakin Murad rədd cavabı verdi. Onlar arasında döyüş 1503 – cü il iyunun 21-də Həmədan yaxınlığında Almaqulağı adlanan yerdə baş verdi. Qızılbaşlar Ağqoyunluları məğlub etdi, Sultan Murad Şiraza qaçdı. Tezliklə Şah I İsmayıl Şirazı da ələ keçirdi. Bu qələbə Ağqoyunlu dövlətinin varlığına tamamilə son qoydu. Murad üzərində qələbədən sonra İran və Ərəb İraqının xeyli hissəsi də Səfəvilər dövlətinə birləşdirildi. Şah I İsmayıl 1503 – cü ildə Qumu, Kaşanı, İsfahanı, 1504 – cü ildə Yəzdi və Girmanı ələ keçirdi. 1506-1508 – ci illərdə Bağdad, Diyarbəkir, Xilat, Bitlis, Ərçiş, Ərəb İraqı fəth edildi, səfəvilərin qərb sərhədləri Fərat çayına çatdı.1508-1510-cu illərdə indiki Ermənistan yerləşən ərazilər, bütün Ərəb İraqı və İran (Xorasandan savayı) Səfəvilər dövlətinə qatıldı. Səfəvilər dövlətinin sərhədləri şərqdə Şey­banilər, qərbdə isə Osmanlı dövlətinin sərhədlərinə çatdı.
Şah I İsmayılla özbək hakimi Şeybani xan arasında düşmənçilik münasibətləri var idi. Onlar böyük strateji və iqtisadi əhəmiyyətə malik olan Xorasanı ələ keçirmək uğrunda mübarizə aparırdılar. Qızılbaşların Kiçik Asiyada başlarının qarışmasından istifadə edən Şeybani xan Xorasanı ələ keçirmiş, Şah I İsmayıla məktub göndərərək, hakimiyyətdən əl çəkməsini tələb etmişdi. Şah I İsmayıl böyük qüvvə ilə onun üzərinə hücum etdi. Şeybani xan qüvvələrini birləşdirmək və yeni kömək almaq üçün Mərv şəhərinə çəkildi. Lakin Şah I İsmayıl hərbi hiylə işlədərək, onu kömək gəlməmiş döyüşə cəlb etdi. Onlar arasında döyüş 1510 – cu il dekabrın 1-də Mahmudi adlı yerdə baş verdi. Şeybani xanın qoşunu məğlub oldu, özü isə öldürüldü. Səfəvilər Xorasanı ələ keçirdilər. Bu qələbədən sonra Səfəvilər dövlətinin əraziləri Amu-Dəryadan Fərat çayına qədər uzandı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin