Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə133/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   129   130   131   132   133   134   135   136   ...   269
Azərbaycan tarixi mühazirə

Urmiya xanlığı. XVIII əsrin ortalarında Urmiya gölünün cənubi-qərbində Urmiya xan­lığı meydana gəldi. Onun əsası Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. O, Təbrizi ələ keçirib paytaxtı bura köçürtdü və Nadir şahın görkəmli sərkərdələrindən biri Azad xanı öz tərəfinə çəkdi. Xoy hakimi Şahbaz xanla ittifaqa girdi. Qaradağ, Marağa və Sərab xanlıqlarını hərbi yolla özündən asılı vəziyyətə saldı. O, 1751-ci il də İrəvan üzərinə hücum etdi, lakin müvəffəqiyyət qazanmadı.
XVIII əsrin 50-ci illərində İranda taxt-tac uğrunda mübarizədə zənd tayfa­sından olan Kərim xan Zənd daha fəal idi. O, 1752-ci ildə Cənubi Azərbay­cana yürüş etdi. Lakin Fətəli xan Əfşar tərəfindən məğlub edildi, döyüşdə qardaşı İsgəndər öldü­rüldü, özü isə Farsa qaçdı. 1755 - 1756-cı illərdə Məhəm­mədhəsən xan Qacar Kərim xan Zənd üzə­rində qələbə çaldıqdan sonra, Qarabağı, Təbrizi və Urmiyanı ələ keçir­di. La­kin 1759-cu ildə Məhəmmədhəsən xan Qacarın ölümündən sonra Fətəli xan Əfşar Təbrizə qayıdıb hakimiyyətini möhkəmləndirdi. 1759 - cu ildə Qarabağa hücum etdi və Pəna­həli xanı özündən asılı vəziy­yətə saldı. O, Pənahəli xanın oğlu İbrahimxəlil xanı girov apardı. Lakin bu zaman İranda hakimiyyətini möhkəmləndirən Kərim xan Zənd yenidən Cənubi Azərbaycana hücum etdi. 1761-ci ilin yayında Qara­çəməndə baş verən döyüşdə Fətəli xan Əfşar qələbə çaldı, arxayınlaşdı. Kərim xan Zənd qüvvələrini cəm­ləyib Fətəli xan Əfşarı Urmiya qalasına sıxışdırdı, buranı 9 ay mühasirədə saxladı. Kərim xan Zənd digər Azərbaycan hakimlərini, o cümlədən qarabağlı Pənahəli xan da öz tərə­finə çəkdi. Ur­miya qalası təslim oldu və Fətəli xan Əfşar əsir düşdü. Kərim xan Zənd Fətəli xan Əfşarı qardaşı İsgəndər öldürüldüyü yerdə öldürdü. Ona kömək edən xanları qonaqlıq adı ilə Şiraza apardı. Onlar arasında Pənahəli xan, Xoy­lu Şahbaz xan və başqaları da var idi. O, bu yolla xanları öz vətən­lərindən uzaqlaşdırdı. Bu hadisə tarixdə “Şiraz qonaqlığı” adlanır. Xanların bir çoxu, o cümlədən Pənahəli xan orada öldü, bəziləri isə müxtəlif yolla qaçıb canını qurtara bildi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin