Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə137/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   133   134   135   136   137   138   139   140   ...   269
Azərbaycan tarixi mühazirə

Şamaxı xanlığı. Nadir şahın ölmündən sonra yaranan xanlıqlardan biri də Şamaxı xanlığı idi. Xanlığın əsasını Hacı Məhəmmədəli və Xancobanı tayfasından olan Məhhəmməd Səid və Ağası qardaşları qoymuşdur. Xanlığın mərkəzi Yeni Şamaxı (Ağsu) olan hissəsini Məhəm­­mədəli xan, mərkəzi Şamaxı olan hissəsini isə Məhəmməd Səid və Ağası qardaşları idarə edirdilər. 1763-cü ildə Məhəmməd Səid Yeni Şamaxını tutdu, Məhəmməd xanı əsir aldı, Yeni Şamaxı Köhnə Şamaxıyla birləşdirildi və ikihakimiy­yətliliyə son qoyuldu.
Qubalı Fətəli xanla Şamaxı xanılığı arasındakı münasibətlər daha da gərginləşdi. Fətəli xan və Şəki xanı Hüseyn xan birləşib 1767-ci ildə Şamaxını tutdular. Xan­lığın bir hissəsi Quba xanlığına, bir hissəsi isə Şəkiyə birləşdirildi. Fətəli xanla Hüseyn xan arasında münasibətlər pisləşdi. Hüseyn xan Ağası xanla yaxınlaşdı, Fətəli xana qarşı müba­rizəyə başladı. 1768-ci ildə onlar məğlub oldular və Şamaxı xanlığının bütün torpaqları Quba xanlığına birləşdirildi. Şamaxı xanlığı yalnız Fətəli xanın ölmündən sonra, 1790-ci ildə müstəqilliyini bərpa etdi.
İrəvan xanlığı. Xanlıq 1747-ci ildə Mirmehdi xan (1747-1764) tərəfindən yaradıl­mışdır. Paytaxtı İrəvan şəhəri olmuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı əraziləri əhatə edirdi. Demək olar ki, bütün əhalisi Azərbaycan türklərindən ibarət idi. 1764-1783-cü illərdə xanlığı Hüseynəli xan idarə etmişdir.Onun dövründə (1756-1769-cu illər) İrəvan xanlığı gürcülərin hücumlarına məruz qaldı. 1779-cu ildə gür­cü çarı II İrakli yenə İrəvana yürüş təşkil etdi. Gürcülər güclü müqavimətlə qarşılaşdılar və II İrakli 1780-ci ildə Hüseyn­əli xanla müqa­vilə bağlamağa məcbur oldu. Bu müqa­viləyə əsa­sən, Hüseynəli xan ildə müəyyən məbləğdə pul ödəməyi vəd edirdi. Hüseynəli xan digər xanlıqlarla əlaqə yaradaraq xərac ödəməkdən imtina etdi. 1783-cü ildə Georgiyevsk traktatından Rusiyanın dəstəyini alan II İrakli İrəvan xanlığına təzyiqləri artırdı. O, Hüseynəli xanı onun qardaşı Məhəmməd­həsən xanla əvəz etmək üçün iki qardaş arasında ixtilaf saldı. 1783-cü ildən İrəvan əhli iki qardaşın mübarizəsindən cana gələrək ikisini də öldürdülər. Hakimiy­yətə Hüseyn­əli xanın oğlu Qulaməli xan gəldi (1783-1785). 1785-ci ildə II İrakli İrəvanda saray çevrilişi təşkil etdi və Qulaməli öldü­rüldü. Hakimiyyətə Məhəmməd xan gətirildi. Bundan sonra 1785-1786-cı illərdə İrəvan xanlığına avar xanı Ümmə xan, 1795-ci ildə isə Ağa Məhəmməd xan Qacar hücum etmişdir. İrəvan xanı Məhəmməd xan Qacarın hakimiyyətini qəbul etdi. Lakin bu onu xilas etmədi. Qacar onu həbs etdirib xanlıqda taxta Əliqulu xanı çıxartdı. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra (1797) İran şahı Fətəli şah Məhəmməd xanı azad etdirib yenə İrəvan xanı təyin etdi. 1827-ci ilin oktyabrın 1-də İrəvan xanlığı Rusiya tərəfindən işğal edildi və ərazisində rus çarı I Alek­sandrın 1828-ci il 21 mart tarixli fərmanı ilə “Erməni vilayəti” yaradıldı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin