Qəbələ sultanlığı.Ərazisi Böyük Qafqaz dağları ilə Əlican çayı və Göyçay arası əraziləri əhatə edirdi.Əhalisi - əsasən Azərbaycan türklərindən ibarət idi. Yaranandan Şəki xanlığına daxil olan sultanlıq 1795-ci ildə ləğv edildi. Əvəzində Qəbələ mahalı adlandırıldı və Şəkinin təyin etdiyi naiblər tərəfindən idarə olunurdu.
Ərəş sultanlığı Səfəvilər dövründə təsis edilmişdir. Ərazisi Ağdaş,Yevlax rayonlarının bəzi ərazilərini və indiki Mingəçevir şəhəri yerləşən əraziləri əhatə edirdi.Səfəvilər dövründə Şirvan bəylərbəyliyinə daxil idi. 1750-ci illərdən Şəki xanlığına tabe etdirilmişdi. 1795-ci ildə sultanlıq titulu ləğv edildi, Ərəş mahalı yaradıldı və bu mahal Şəki xanının təyin etdiyi naib tərəfindən idarə olunurdu.
İlisu sultanlığının tarixi XVI əsrin 30-40-cı illərindən Saxur-İlisu-Sarıbaş camaatlıq ittifaqının yaradılması ilə başlayır. Bu sultanlığın I Əli bəy tərəfindən yaradılması təxmin edilir. 1562-ci ildə İran şahı I Təhmasib tərəfındən I Əli bəyin oğlu I Adıkurkulunun adına və Osmanlı sultanı II Osman tərəfindən I Adıkurkulunun oğlu II Sarı Əli bəyin adına göndərilən fərmanlar bu sultanlığın ilk təşəkkül tarixini göstərən bir faktdır. Sultanlığın mərkəzi İlisu kəndi olmuşdur. Əraziləri şimaldan və şərqdən Böyük Qafqaz dağları ilə, cənubdan Qanıq çayı və cənubi-şərqdən Şəki xanlığı ilə əhatələnmişdi. Əhalisi - Azərbaycan türkləri, saxurlar, avarlar, ingiloylar və s. ibarət idi.1807-ci ildə Rusiyaya birləşdirildi, 1830-cu ildə Car – Balakən inzibati dairəsinə,1840-ci ildə isə Gürcüstan-İmeretiya quberniyasına qatıldı.1844-ci ildə İlisu sultanlığı ləğv edildi.
Məlikliklər.Qarabağ ərazisində xanlığa tabe olan Xacın, Vərəndə, Dizaq, Gülüstan (Talıs), Çiləbörd məliklikləri var idi. Onlarda hakimiyyət irsən kecirdi və xan tərəfindən təsdiq edilirdi. Məlikliklər cox vaxt „xəmsə“ məliklikləri adlanırdı. Onların ancaq biri-Xacın məliyi yerli idi. Dizaq məliyi Loridən, Vərəndə məliyi Göyçədən, Çiləbörd məliyi Macavizdən, Gülüstan (Talıs) məliyi Şirvandan Qarabağa gəlmişdilər. Onlar Nadir şah tərəfindən məlik təyin olunmuşdular. Bu məliklər daim separatçılığa meyl etsələr də, hec bir qurum yarada bilməmis, həmişə Qarabağ xanlıgının tabeliyində olmuşdular.