Azərbaycan tarixi


Azərbaycan ərazisində son tunc və ilk dəmir dövrlərində əmlak bərabər­sizliyinin yaranması və ibtidai icma quruluşunun dağılması



Yüklə 0,62 Mb.
səhifə15/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   11   12   13   14   15   16   17   18   ...   269
Azərbaycan tarixi mühazirə

1.3.Azərbaycan ərazisində son tunc və ilk dəmir dövrlərində əmlak bərabər­sizliyinin yaranması və ibtidai icma quruluşunun dağılması.


Azərbaycan ərazisində tunc və dəmir dövrləri, sinifli cəmiy­yətə keçidin başlanması.Son tunc dövrü e.ə. XIV - XII əsrləri, İlk Dəmir döv­rü e.ə. XIII – XI əsrləri əhatə edir. Bu dövrdə təsər­rüfatda mühüm irəliləyişlər baş verir və ibtidai icma quruluşu dağılmağa başlayır.
Tunca nisbətən daha möhkəm və keyfiyyətli olan dəmirdən hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. Ancaq dəmir­dən e.ə. VIII əsrdən başlayaraq, geniş istifadə edilməyə başlandı. Tarixçilərimiz tərəfindən son tunc və ilk dəmir dövrünə aid yaşayış məskənləri, qəbir abidələri (kur­qanlar, daş qutu qəbirlər, torpaq qəbir­ləri), siklop tikililəri öyrənil­mişdir. Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkirçayın sağ sahilində yerləşən, sahəsi 2 hektardan artıq olan Bitdili yaşayış yerində iki qazıntı aparılmışdır. Birinci qazıntı sahəsində müxtəlif formalı küpə və bardaqların fraqmentləri, düz və dalğalı xətlərlə bəzədilmiş dərin və dayaz kasaların qırıqları, çəlləkvarı və kubformalı qabların parçaları tapılmışdır. İkinci qazıntı sahəsində üç dulus kürəsinin qalıqları aşkarlanıb təmizlənmişdir. Çiy kərpicdən hörülmüş bu kürələr yüksək hərarətin (1000-1200 dərəcə ) alınmasına imkan verən ikiqatlı quruluşa malik olmuşlar. Bu dulus kürələrində iri küplərdən tutmuş kiçik nəfis qablara qədər müxtəlif saxsı məmulat istehsal olunmuşdu. Faktiki materiallar Bitdili yaşayış yerini erkən dəmir dövrünə aid etməyə imkan vermişdir.
Zəyəmçay nekropolu.Şəmkir rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşaatı ılə əlaqədar geniş arxeoloji qazıntılar aparıl­mışdır və tapılan abidələrdən biri son tunc- erkən dəmir dövrünə aid Zəyəmçay nekro­poludur. Qəbir avadanlığı Xocalı-Gədəbəy mədəniyyətinə mənsub saxsı məmulatın­dan, silahlardan və bəzək əşyalarından ibarətdir. Zəyəmçay nekro­polunda tədqiq olunan qəbir­lər e.ə. XIV-X əsrlərə aid edilir.
Son tunc- erkən dəmir dövrünə aid yaşayış məskənləri daha davamlı idi. Binalar möhkəm tikilirdi, onların bünövrəsi çaydaşından, qaya par­ça­sından qoyu­­lur, divarları çiy kərpicdən hörülürdü. Bu dövrdə siklopik tipli qalalar inşa edilməyə başladı. Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön plana keçmiş, atçılıq, dəvəçilik inkişaf etmişdi. Ata sitayiş ayini meydana gəldi.Heyvanlar ən çox yaylaq və qışlaq şəraitində bəslənilirdi. Dağlarda da daimi yaşayış məskən­ləri salınırdı.Bu dövrdə iri suvarma kanalları çəkilir, bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq ayrıca təsərrüfat sahələrinə çevrildi. Sənət­­karlıqda dulusçuluq xüsusi yer tuturdu. Ayaqla hərəkətə gətirilən dulus çarxı məhz bu dövrdə ixtira olundu.Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarx­larından istifadə daha zövqlü saxsı məmulatların hazırlanmasına imkan verdi. Müxtəlif sənət sahələrinin inkişafı nəticə­sində sənətkarların içərisindən sənətkar-tacirlər qrupu formalaşıb ayrıldı və hazır məhsulun satışı ilə məşğul olan peşəkar tacirlər meydana gəldi. Beləliklə, ticarət sənətkarlıqdan ayrıldı, yəni üçüncü böyük ictimai əmək bölgüsü baş verdi. İlk Tunc dövründə əsası qoyulan tayfa Son Tunc döv­ründə təşəkkül tapdı. Tayfa bir ərazidə yaşayan, eyni dildə danışan, ümumi adət-ənənəyə malik olan, bir neçə qəbilənin birləşdiyi insan kollektivi idi.Tayfa başçısını zinət şeyləri, arvadı, kəniz və qulluqçuları, atı ilə birlikdə dəfn edirdilər. Bu, axirət dünyasına inamla bağlı idi. Azərbay­canda oda, suya, müxtəlif ağac və heyvanlara, göy cisimlərinə sitayiş geniş yayılmışdı.Son Tunc və İlk Dəmir dövründə Azərbay­canda yaşa­yan tayfalar Şərq ölkələri ilə xammal və məhsul mübadiləsi edirdilər. Bu ölkələrdən Azərbaycana silah, bəzək əşyaları və s. gətirilirdi. Arxeoloji qa­zın­­tılar zamanı Xocalıda üzərində mixi yazı ilə Assuriya hökmdarı Adad­nira­rinin adı yazılmış muncuq və Assuriyadan gətirilmiş müxtəlif əşyalar tapılmışdır.
Azərbay­canda e.ə. II minilliyin axırı I minilliyin əvvəllərində ibti­dai icma quru­luşunun dağılması sürətləndi, əhali yoxsul və varlı təbəqələrə ayrıldı. Bu dövrdə Azərbaycanın cənubunda dövlət qurum­ları, şimal hissəsində iri tayfa ittifaqları mövcud idi. Bu tayfa ittifaqlarına nüfuzlu tayfa başçıları rəhbərlik edirdi. Var-dövlət tayfa başçılarının və tayfa ağsaqqallarının, icma şurası üzvlərinin, nüfuzlu hərbiçilərin, habelə kahinlərin əlində cəmləşmişdi. Dini və hərbi hakimiyyət tayfa başçılarının əlində cəmləşdi, onlara sitayiş meydana gəldi.
Əhalinin təbəqələşməsini varlı və yoxsul adamlara məxsus qəbir­lər daha əyani şəkildə göstərir. İri tayfa ittifaqlarının yaranması, haki­miy­yətin ayrı-ayrı nüfuzlu adamların əlində cəmləşməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və sairə e.ə. II minil­liyin axırı - I minilliyin əvvələrində Azərbay­canda ibtidai icma quruluşunun dağıl­masını sürətləndirən amillər idi. Nəsli ic­ma­nın dağılması və əvəzində qonşuluq icmasının yaran­ması, icmanın var yoxdan çıxmış üzvlərinin və müharibə zamanı əsir alınmış adamların köləyə çevrilməsi, kölələrin varlı icma başçılarının təsərrüfatlarında işlədilməsi-bütün bunlar sosial təbəqələşməni dərinləşdirdi. Beləliklə, cəmiyyət varlı və yoxsullara bölündü. Varlı tayfa başçıları tabeliklərində olanları itaətdə saxlamaq üçün məcburetmə strukturları – məmurlardan ibarət idarəetmə orqanları, mühafizə, ordu, həbsxana və sair güc strukturları yaratdılar.Bu isə artıq primitiv bərabər­liyə əsaslanan ibtidai icma quruluşunun dağılmasını və dövlətin yarandığını göstərən əlamətlər idi.
AZƏRBAYCAN ƏRAZİSİNDƏ QƏDİM DÖVLƏTLƏR.

Plan



  1. Eramızdan əvvəl IV-II minil­liklərdə Azər­baycan ərazi­sində tay­fa birləşmələri, ilk döv­lət qurumları.

  2. Manna dövləti.

  3. İskit (Skif) padşahlığının yaran­ması.

  4. Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibin­də.

  5. Şimali Azərbaycanda Massaget şah­lığı və Azərbaycanda yaşayan tay­­faların Əhəməni – yunan müha­ribə­lərində iştirakı.




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin