Azərbaycan tarixi


Çarizmin Şimali Azərbaycanda məskunlaşdırılma siyasəti



Yüklə 0,62 Mb.
səhifə157/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   153   154   155   156   157   158   159   160   ...   269
Azərbaycan tarixi mühazirə

15.2. Çarizmin Şimali Azərbaycanda məskunlaşdırılma siyasəti


Almanların Azərbaycana köçürülməsi. Almanların Cə­nu­bi Qaf­qaza köçürülməsi 1817-ci ildə başlayıb.Belə ki, hökumət dairələrinin uzun yazışmalarından sonra 1817-ci ildə general Yermolov almanların ilk dəstəsinin Cənubi Qafqaza gəlməsinə razı oldu. İlk koloniya Gür­cüstanda azərbay­canlıların Sartiçala kəndi yaxınlığında yaradıldı və Marienfeld adlandırıldı. 1817-1818-ci illərdə Gürcüstanda ümumilikdə 6 alman koloniyasının əsası qoyuldu. 1819 –cu ilin baharında Azərbay­canda 2 koloniya - Yelenendorf (indiki Göygöl) və Annenfeld (indiki Şəmkir) koloniyaları yaradıldı. Cənubi Qafqaza köçürülən almanların ümumi sayı 2265 nəfər idi ki, onların da 1100 nəfəri Şimali Azər­baycanın 2 koloniyasında məskun­laş­mışdılar. Hər alman ailəsinə 35 desyatin torpaq sahəsi verildi.
XIX əsrin birinci yarısında Qafqazda yaranan 13 alman kolo­niyasının slavyan və yaxud erməni məskunlaşması ilə müqa­yisədə demoqrafik proseslərə təsir etmə qabiliyyəti o qədər də əhəmiyyətli olmasa da, bu koloniyaların siyasi, mədəni, dini rolu yüksək qiymət­ləndirilirdi: onlar qarşısında Qafqazın qeyri-xristian xalqları ara­sında xristianlıq təlimi yaymaq, yerli əhali arasında Avropa mədə­niyyətinə xas mənəvi dəyərlər sisteminin, yeni təsərrüfatçılıq vərdiş­lərinin forma­laşmasında “kulturtre­gerlik” missiyasını yerinə yetirmək vəzifələri qoyulmuşdu.
Ermənilərin Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi. Azərbay­can torpaqlarında xristian-erməni dövləti yaratmaq Rusiya dövlətinin ənənəvi siyasi məqsədi idi. 1724-cü ilin noyabrın 10-da I Pyotrun verdiyi fərmandan sonra başlanan bu siyasət sonrakı illərdə də davam etdirilmişdir. İkinci Rusiya-İran (1826-1828) müharibəsi başa çatdıqdan sonra bağlanan Türk­mənçay müqaviləsinin 15-ci maddəsində xristianların İrandan Cənubi Qafqaza köçürülməsi nəzərdə tutulmuşdur. Beləliklə, I Pyotrun dövründən başlanan ermənilərin Azərbaycan torpaq­larında yerləşdirilməsi Türkmənçay müqavilə­sindən sonra praktiki olaraq həyata keçirilməyə başlandı. İkinci rus-türk (1828-1829) mühari­bəsinin nəticəsi kimi bağlanan 1829-cu il Ədirnə müqaviləsində də Osmanlı dövlə­tindən ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında maddə salınmışdır. Mühari­bələr bitdikdən sonra çar hökuməti köçürmə siyasətinin hüquqi cəhətdən təmin edilməsi üçün tədbirlər görməyə başladı. Katalikos Nerses Aştaraketsi ermənilərin köçürülmə­sini həyata keçirmək üçün layihə hazırladı. Ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Yegizar Lazaryan 1827-ci ildə Təbrizə göndərildi. Köçürmə işinə rəhbərlik İrəvan və Naxçıvan köçürmə komitələrindən həyata keçirilirdi. Hazırlıq işləri görüldükdən sonra köçürmə prosesi başladı. İran və Osmanlı ərazisindən köçürülən erməni əhalisi ən çox Naxçıvan, Qarabağ və İrəvan torpaqlarında yerləşdirildi. Təkcə 1828-1836-cı illərdə İrandan və Osmanlı dövlətindən 124 min erməni Şimali Azər­baycana köçürüldü.
1826-1828-ci illərin II Rusiya-İran müharibəsində azərbay­canlıların 420 kəndi dağıdıldı. 1828-1871-ci illərdə azərbaycan­lılar yaşa­yan daha 146 kənd ermənilər tərəfindən zəbt edilərək özünün­küləşdirildi. 1812-1826-cı illərdə Cənubi Qafqazda cəmi 51 min 530 erməni yaşayırdı ki, bu da regionun ümumi əhalisinin 9,4%-i demək idi. 1897-ci ilin siyahıyaalmaya görə ermənilərin sayı artıq 784 min 346 nəfərə çatmışdı. Rus müəllifi E.Şavrov 1911-ci ildə yazırdı:”1828-ci ildən 1830-cu ilədək biz (yəni - ruslar) 40000 İran və 84 600 Türkiyə ermənisini Zaqaf­qaziyaya köçürdük və onları İrəvan quberniyasının məhsuldar torpaq­larında yerləşdirdik”. Onun apardığı hesablamalarına görə, 1911-ci ildə Cənubi Qafqazda yaşayan 1,3 milyon erməni əhalisinin 1 milyonu çarizmin davamlı köçürmə siyasəti nəticə­sində buraya gətirilmişdi. Azərbaycanda yerləşdirilən erməni əhalisinə bəylərə məxsus ərazilərdən çoxlu torpaq sahələri verilmişdi. Erməni müəllifi Zaren Kardakyan «Население советской Армении в 1831-1931 годы» adlı kitabında yazır: “1820-ci ilə qədərki dövrdə bu günkü Ermənistan ərazisində mövcud olan 2300 yaşayış məntəqəsindən 2000 yaşayış məntəqəsində azərbaycanlılar yaşayırdılar”. Köçürmə nəticə­sində Şimali Azərbaycanın qərb rayonlarında, xüsusi ilə Qarabağ, Naxçıvan və İrəvanda əhalinin etnik tərkibində ciddi dəyişikliklər baş verdi, bu ərazilərdə ermənilərin sayı süni şəkildə artırılmağa başlandı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin