Azərbaycan tarixi


Azərbaycan ərazisində rusların məskunlaşdırılması



Yüklə 0,62 Mb.
səhifə158/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   154   155   156   157   158   159   160   161   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycan ərazisində rusların məskunlaşdırılması. Birinci Rusiya-İran müharibəsindən (1804-1813) sonra işğal edilmiş Şimali Azərbaycan ərazi­lərində rusların da məskunlaşdırılması başlandı. 1821-ci il 03 yanvar fərmanı ilə ordu qərərgahı yanında təsərrüfatlar və hərbi məskənlər yaratmaq qərara alındı. Bu işlə hərbi xidməti başa vurmuş hərbi qulluqçular məşğul olmalı idi. Hərbi xidmətlərini başa vurmuş əsgərləri gərargahlar ətrafında təsərrüfat yaratmağa cəlb etdilər. Lakin qraf Arakçeyev tərəfindən hazırlanan bu plan baş tutmadı, çünki ordu­dan təxris olunanlar Qafqazda qalmaq istəmədilər. Ona görə də, 1830-cu il oktyabrın 20-də Rusiyadan Cənubi Qafqaza təriqətçi və bidətçi əhalinin köçürülməsi haqqında fərman verildi. XIX əsrin 30-40-cı illərində Cənubi Qafqaza köçürülən rusların sayı 12 minə çatırdı və salınmış 34 rus kəndinin 30-u Azərbaycanda idi. Rus kəndləri əsasən Qarabağ və qərb bölgələrində salınmışdı. Rusiya hökuməti onları çariz­min yerlərdə etno-mədəni, dini dayağı sayırdı.
Almanların köçürülməsi. Almanların Azərbaycana köçürülməsi Napoleon mühari­bələrinin Almaniya iqtisadiyyatına vurduğu ağır zərbə və alman torpaqlarında gedən dini toqquşmalarla bağlı idi. Vəziyyəti ağırlaşan əhali başqa yerlərə - ABŞ,Kanada, Latın Amerikası ölkələri və sair ərazilərə köçməyə məcbur olmuşdular. Alman köçkünlərinin böyük hissəsi Rusiya imperiyasına miqrasiya etmişdi. Qafqazda xristian əhali­nin sayını artırmaq məqsədilə çar hökuməti bura ermənilərlə, ruslarla yanaşı, almanların da köçürülməsinə önəm verirdi. Rusiya hakim dairələri belə hesab edirdilər ki, almanlar Qafqazın yerli əhalisinə əmək­sevərlikdə və əkinçilik mədəniyyətində nümunə olmalıdırlar.
Almanların Cənubi Qafqaza köçürülməsi 1817-ci ildə başla­yıb.Belə ki, hökumət dairələrinin uzun yazışmalarından sonra 1817-ci ildə general Yermolov almanların ilk dəstəsinin Cənubi Qafqaza gəlmə­sinə razı oldu. İlk koloniya Gürcüstanda azərbay­canlıların Sartiçala kəndi yaxınlığında yaradıldı və Marienfeld adlandırıldı. 1817-1818-ci illərdə Gürcüstanda ümumilikdə 6 alman koloniyasının əsası qoyuldu. 1819 –cu ilin baharında Azərbaycanda 2 koloniya - Yelenendorf (indiki Göygöl) və Annenfeld (indiki Şəmkir yaxınlığında) koloniyaları yara­dıldı. Cənubi Qafqaza köçürülən almanların ümumi sayı 2265 nəfər idi ki, onların da 1100 nəfəri Şimali Azərbaycanın 2 koloniyasında məs­kun­­laş­mışdılar. Çar hökuməti almanlar üçün evlər inşa etdirir, onlara uzunmüddətli kreditlər verirdi. Yerli Azərbaycb kəndliləri torpaqsız­lıqdan əziyyət çəkdiyi vaxt, çar hökuməti hər alman ailəsinə 35 desya­tin(38 ha) torpaq sahəsi ayırmışdı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin