Azərbaycan tarixi


Cənubi Azərbaycan XIX əsrin birinci yarısında



Yüklə 0,62 Mb.
səhifə165/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   161   162   163   164   165   166   167   168   ...   269
Azərbaycan tarixi mühazirə

15.5. Cənubi Azərbaycan XIX əsrin birinci yarısında.


XIX əsrin birinci yarısında Cənubi Azərbaycanın iqtisadi vəziyyəti. Türk­­mən­çay müqaviləsinin şərtinə əsasən İranın hakimiyyəti altında qalmış Cənubi Azərbaycanın bu dövrdə iqtisadi həyatında elə bir dəyişiklik olmamışdı. O, aqrar ölkə olaraq qalmış, əhalinin məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Dənli bitkilərlə yanaşı, texniki bitki­lərin də becərilməsinə diqqət artırılmışdır. Xoyda becərilən pambıq İranda keyfiyyə­tinə görə ən yaxşı pambıq hesab edilirdi. Marağa və Urmiyada keyfiyyətli kişmiş hazır­lanırdı. Cənubi Azərbaycanın təbii - coğrafi şəraiti maldarlığın inkişafına müsbət təsir edirdi.
Sənətkarlıqda müəyyən inkişaf nəzərə çarpırdı. Lakin Avropadan gətirilən ucuz və keyfiyyətli toxuculuq malları bu sahənin inkişafına mənfi təsir edirdi. Bununla yanaşı, Təbriz və digər şəhərlərdə istehsal edilən parçalara Şimali Azərbaycanda böyük ehtiyac var idi. Xalça və keçə istehsalı xarici rəqabətə məruz qalsa da, bu sahə ölkənin bütün ərazisində geniş yayılmış, artıq manufaktura tipli müəssisələrin yara­dılmasına başlanıl­mışdı.
İkinci Rusiya-İran müharibəsi (1826-1828) qurtardıqdan sonra Rusiya ilə ticarət əlaqələri bərpa olundu və genişləndi. İrandan Rusiyaya ixrac edilən malların çoxu Şimali Azərbaycanda satılırdı. Şimali Azərbaycandan isə İrana ağ neft, ipək, az miqdarda mis və s. gətirilirdi.
İctimai-siyasi quruluş. XIX əsrin birinci yarısında Cənubi Azər­bay­canın feodal münasibətlərində elə bir dəyişiklik baş verməmişdi. Torpaq üzərində əvvəlki mülkiyyət formaları qalmaqda idi. Torpaq və kəndlilərin çoxu dövlətin ixtiyarında idi. Torpağın çox hissəsi dövlət və şahın sərəncamında olan xalisə torpaqları idi. Ayrı-ayrı şəxslərə xidməti müqabilində verilən torpaqlar tiyul adlanırdı. Xidməti müqabilində ayrı-ayrı qəbilə və tayfalara verilən torpaqlar elati adlanırdı. Mülk və vəqf torpaqları da var idi. Kəndlilərin cüzi miqdarda torpaq sahələri “xır­damalik” adlanırdı və Urmiya əyalətində geniş yayıl­mışdı. Kəndli­lərin əksəriyyəti torpaqsız idi, onlar ağır şərtlərlə feodalların torpaq­larını becərir, onalara məhsul rentası, dövlətə isə vergi verirdilər. Renta çox vaxt məhsulun yarısını təşkil edirdi.
Şəhər əhalisinin əksəriyyətini sənətkarlar təşkil edirdi. Şəhərin imtiyazlı təbəqəsi müxtəlif vəzifə və ali mənsəblərə məxsus olan əyan və əşrəflər idilər. Tacir ittifaqlarının başında məliküttüccar dururdu.
Gülüstan müqaviləsindən sonra İran hökuməti Cənubi Azərbay­canda Maku, Urmiya və s. xanlıqların daxili müstə­qilliyinə toxunmadı. Onlardan vergi və silahlı qüvvə tələb edilirdi. İran qoşununun əsasını Cənubi Azərbaycan əhalisi təşkil edirdi. Digər xanlıqlar ləğv edilmiş, həmin əyalətlərin idarə edilməsi şah tərəfindən təyin edilmiş şəxslərə tapşırılmışdı.
Fətəli şahdan başlayaraq, Qacarların daxili və xarici siyasətində Cənubi Azərbaycan mühüm yer tuturdu. Cənubi Azərbaycan İranın 4 əyalətindən biri idi və vəliəhdneşin (vəliəh­din oturduğu yer) hesab olunurdu və onun iqamətgahı Təbriz idi. Maku, Urmiya, Nəmin (Ərdə­bildən şimalda yerləşirdi), Çərgər (Mərənddən şimalda yerləşirdi) xanlıqları öz daxili idarəetmə sistemini saxlaya bilmişdi və dövlətin ordusunu atlı və piyada hissələrlə təmin edirdilər. Təbriz – ikinci paytaxt idi və burada diplomatik nümayəndəliklər yerləşirdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin