Azərbaycan tarixi


Azərbaycan nefti beynəlxalq münasi­bətlərdə



Yüklə 0,62 Mb.
səhifə187/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   183   184   185   186   187   188   189   190   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycan nefti beynəlxalq münasi­bətlərdə. 1917-ci ilin ortalarından etibarən Azərbaycan neftinin beynəlxalq münasi­bətlərdə tutduğu yerdə yeni dövr başlayır. Bakı nefti uğrunda mübarizənin kəskinləşməsinə təsir edən amillərdən biri hərbi əməliyyatların aparıl­ma­sında yana­cağa olan tələbatın artması ilə bağlı idi. Hərbi texnika istehsalı artsa da, neft və neft məhsulları çatışmırdı. Belə şəraitdə Bakı neftinin əhəmiyyəti döyüşən dövlətlər üçün xeyli artırdı.
1917-ci ildən başlayaraq xarici dövlətlərin Azərbaycan nefti uğrunda mübari­zəsinin güclənməsinin əsasını başlıca olaraq bu amil­lər təşkil edirdi: Xəzər dəni­zini və Bakını tutmaq, orada hər­bi-siyasi, iqtisadi və dəniz bazasını yaratmaq, Bakı neftini nəza­rət­də saxlamaq, bolşeviklərin əleyhinə olan element­lərlə əmək­daş­lıq etmək, Mərkəzi Asiya və Hind okeanına gedən yollara sa­hib olmaq və s. Bu isti­qamətdə Antanta ölkələri daha ciddi prak­tik addımlar atmağa başladılar.
1917-ci ildə Bakıda ümumi tətil. Fevral burjua - demokratik inqilabının qələbə­sindən və Rusiyanın respublika elan olunmasından sonra siyasi partiya və ictimai təşkilatlar azad fəaliyyət göstərməyə başladılar. 1917-ci ilin yazından başlayaraq Azərbaycan fəhlə sinfinin mübarizəsində əsas hədəf kapitalistlərlə müştərək müqavilələrin bağlan­masına nail olmaq idi. Fəhlə hərəkatına ideya cəhətdən rəhbərlik edən Bakı Soveti komissiya yaratdı və bu komissiya müştərək müqa­vilənin layihəsini hazırladı. Layihəyə görə fəhlələr 8 saatlıq iş günü, istirahət günü, əmək haqqının artırılması kimi əsas tələblərini irəli sürdülər. Sahib­karlarla aparılan danışıqlar nəticəsiz qaldı. Sahibkarlar müştərək müqavilədə göstərilən şərtləri qəbul etmədilər. 1917-ci ilin sentyabrın 27-də Bakı fəhlələri ümumi tətilə başladılar. Tətilə Tətil Komissiyası rəhbərlik edirdi. Tətildə təqribən 65 min nəfər iştirak edirdi. Tətilçilər öz məqsədlərinə çatdılar. Oktyabrın 2-də sahibkarlar müştərək müqaviləni imzaladılar və oktyabrın 3-də tətil dayandırıldı.


17.4.Bakı Soveti və onun anti-Azər­baycan siyasəti. Azərbaycanlılara qarşı 1918-ci ilin 31 Mart soyqırımı



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin