Azərbaycan tarixi


Eramızdan əvvəl II minillikdə qədim Azərbaycan torpaq­ları­nın siyasi vəziyyəti



Yüklə 0,62 Mb.
səhifə19/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   15   16   17   18   19   20   21   22   ...   269
Azərbaycan tarixi mühazirə

Eramızdan əvvəl II minillikdə qədim Azərbaycan torpaq­ları­nın siyasi vəziyyəti. Kuti dövlətinin tənəzzülündən sonra İkiçayarasında III Ur sülaləsinin hökmranlığı (e.ə.2112-2003-cü illər) başladı. Bu dövrə aid tarixi mənbələrdə artıq Lullubi və Kuti dövlətləri haqqında çox az məlumat verilir. Mənbələrdən görünür ki, III Ur süla­ləsinə aid hökm­darların Lullubum ölkəsinə tez-tez basqınlar etmə­sinə baxmayaraq, onlar müstə­qilliyini saxlaya bilirdilər. Lullubi­lərdən fərqli olaraq Kutilər müstəqilliyini itirmiş və Ur canişini tərəfindən idarə olunurdu.
Yeni tayfa ittifaqları. E.ə. II minlliyin əvvəllərində Ur­miya gölü hövzəsində yaşayan turukki (turuki) və su tayfalarının siyasi fəallığı artdı. Əvvəllər bu iki tayfa Lullubi, Aratta və Kuti dövlətlərinin tərki­bində olmuşdular və bu dövlətlər dağıdıldıqdan sonra onlar sərbəst fəaliyyətə başladılar. Onların əsas müdaxilə obyekti İkiçayarası ərazilər idi. Turukkilər İkiçayarasının şimalına, Raniyə düzənliyinə qədər gələrək hürrilərlə ittifaq qurur, eyni zamanda qonşu Aşşur dövləti üçün təhlükə yara­dırdılar. Aşşur hökmdarlarının səylərinə baxmayaraq, e.ə. XVIII əsrdə turukkilər aşşurların nəzaətində olan Şuşarra (in­diki Şemşara) vilayətində yerləşdilər. Bu əraziyə kutilər də iddia edirdilər.Qədim mənbələrdən göründüyü kimi, turukki, lullubi və Aşşur hökmdarları arasında qızğın mübarizə getmiş, vilayət dəfələrlə əldən ələ keçmişdir. Kutilər başda Enduşşe olmaqla Aşşurla ittifaq qurmağa, məsələni sülh yolu ilə həll etməyə çalışırdılar. Ümumiyyətlə, turukkilərin, kutilərin və lullubilərin düşərgəsində birlik yox idi. Şuşarra məsələsinin həllində onların bir qismi sülh yoluna, bir qismi isə hərbi mübarizəyə üstünlük verirdilər.
Mənbələrdən aydın olur ki, e.ə. II minillyin əvvəllərində Azər­baycanda mövcud olan tayfa ittifaqlarının vahid başçısı yox idi. Tayfalara ayrı-ayrı xırda hökmdarlar başçılıq edirdilər. Lullubi, su, turukki, kuti və sair tayfa ittifaqlarının Aşşura hərbi təzyiqləri onun zəif­lənməsinə və Babilistan hökmdarı Hammu­rapinin (e.ə.1792-1750-ci illər) İkiçayarasına müdaxilə etməsinə şərait yaratdı. Hammurapi e.ə. 1762-ci ildə Subartu və Kutium ölkə­lərinin ordularına qalib gəldi. E.ə.1760-cı ildə o ikinci dəfə Kutium ordusunu məğlub etdi. E.ə.1755-ci ildə Subartu, Hakmum və Turukkum birləşərək ittifaq yaratdılar və Ham­murapi bu ittifaqın də müdaxiləsinin qarşısını aldı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin