Azərbaycan tarixi


Azərbaycan nefti uğrunda mübarizənin yeni mərhələsi



Yüklə 0,62 Mb.
səhifə197/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   193   194   195   196   197   198   199   200   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycan nefti uğrunda mübarizənin yeni mərhələsi. 1917-ci il noyabrın 2-də Bakıda hakimiyyət S.Şaumyan başda olmaqla bol­şevik-daşnak güruhu tərəfindən qəsb edildikdən sonra Azərbaycan nefti uğrunda mübarizənin mühüm mərhələsi başlandı. Bolşeviklərin Bakı neftinə sahib olmaları, sovet hökumə­tinin müharibə­dən çıxdığını bəyan etməsi Antanta ölkələrini hərə­kətə gətirdi. ABŞ, Böyük Brita­niya və Fransa hökumətlərinin maddi və mənəvi yar­dımları ilə Tiflisdə Cənubi Qafqaz millətçi­lərinin nümayəndələrindən ibarət seym və komissar­lıq yara­dıldı. Bu qurumlar Bakıda yaradılmış sovet hökumətinin əleyhinə idi.
Bakı neftini ələ keçirən bolşeviklər möhkəmlənib Tiflisə hücum etməyi planlaşdırırdılar. Bu məqsədlə Bakıda və Azərbay­ca­nın müxtəlif yerlərində türk və müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törədildi. Qırğınların törədilməsində baş­lı­ca məqsəd Azər­baycanın müstəqilliyinin elan edilməsinə yol verməmək, milli qüvvələri əzmək, Bakı neftini əldən verməmək idi. Qırğınların törədilməsində bolşevik Rusiyasının, Antanta ölkələrinin və digər antiazərbaycan, antiturk qüvvələrin məna­feləri üst-üstə düşürdü;
1917-ci ilin noyabrından 1918-ci ilin mayınadək Cə­nu­bi Qafqazda böyük dövlətlər arasında mübarizə əsasən Bakı nefti uğrunda get­mişdir. Bolşevik Rusiyası ilə Alma­niya bloku ölkələri arasında Brest-Litovskda danışıqlar başlayan kimi Antanta ölkələri Bakı neftinə yiyələnmək üçün tədbirlər həyata keçirdilər. İmzalanmış sənədlərə əsasən Cənubi Qafqaz Böyük Britaniyanın nüfuz dairəsinə elan edildi. Lakin bu zaman ingilislərin Bakı neftinə yiyələnmək üçün geniş imkanları mövcud deyildi. Onların hərbi hissələrini Mesopotamiyadan Bakıya gətir­məsi demək olar ki, müm­künsüz idi. Ona görə də müttəfiqlər antibolşevik ele­ment­lərlə əməkdaşlığa üstünlük verirdilər.
Brest-Litovsk və Ərzincan barışıqlarından sonra rus ordu­sunun Qafqaz cəbhə­sində geri çəkilməsi regionda Almaniya bloku ölkələrinin imkanlarını xeyli artırdı. Bu cəhətdən ən böyük şansı qazanmış ölkə Osmanlı imperiyası oldu. Cənu­bi Qafqaz əhali­sinin böyük əhəmiyyətinin türk və müsəlman olması Osmanlı impe­riyasının hərbi əməliyyatlar aparması imkanlarını artırırdı. Bununla belə, erməni silahlı dəstələri ona qarşı çıxaraq dinc türk və mü­səl­man əhaliyə qarşı kütləvi qırğınlar törədirdilər.
Osmanlı imperiyası ilə müttəfiq olmasına baxmayaraq, Almaniya türk­lərin Bakıya təkbaşına girməsinə və neftə sahib ol­ma­­sına mane olmağa çalışırdı. Keçiri­lən Trabzon və Batum kon­frans­larında bu xətt özünü aydın şəkildə göstərirdi. Konfrans­larda Bakı nefti haqqında açıq-aşkar bir şey deyilməsə də, dəmiryolu və s. məsələ­lər elə neftlə birbaşa bağlı idi.
Neftin Osmanlı imperiyasının əlinə keçəcəyini görən Antan­ta ölkələri ermə­ni silahlı dəstələrini maliyyələşdirirdilər. Bu dəs­tələr isə türklərə və müsəl­man­lara qarşı kütləvi qırğınlar törə­dir­dilər. Almaniya bloku ölkələrini Bakıya burax­mamaq məsələ­sində bolşevik Rusiyasının, Antanta ölkələrinin və erməni silahlı dəstələ­ri­nin mövqeyi üst-üstə düşürdü.
Nərbi əməliyyatların aparılmasında neft başlıca amilə çev­rildiyindən Bakı uğrunda mübarizədə böyük dövlətlərin siyasəti da­ha kəskin şəkildə toqquşmağa başladı. Bu isə Bakı neft səna­yesinin mövcud vəziyyətinə mənfi təsir edirdi. Quyular dayanır, neft və neft məh­sullarının daşınması aşağı düşürdü. Xəzər dənizi Rusi­yaya neft daşınma­sının baş­lıca yolu olduğu üçün onun üzərində nəzarət qazanmaq uğrunda mübarizə də kəskin­ləşdi.
Yaranmış şərait Zaqafqaziya seymində Azərbaycanın gürcü və erməni frak­siyaları ilə olan münasibətlərini kəskinləşdirdi. Belə vəziyyətdə Zaqafqaziya sey­mi­nin dağılacağı şəksiz idi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin