1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin iclası kecirildi. İclasda cıxış edən Sereteli Gürcüstanın Cənubi Qafqaz Federasiyasından cıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi. Mayın 26-da Gürcü milli şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu. Gürcü Milli Şurasının Cənubi Qafqaz Seymini tərk etməsi siyasi vəziyyəti dəyişdirdi və Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas kecirdi. Yaranmış vəziyyətin cətinliyini nəzərə alaraq, yekdilliklə Seymin Azərbaycan fraksiyası Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə bu zaman Batum danışıqlarında iştirak etdiyindən qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri secildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski secildi. Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə kecirilən birinci iclasında Cənubi Qafqaz Seyminin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar Azərbaycandakı vəziyyət müzakirə edildi. Şuranın uzvi X.Xasməmmədov məruzə edərək təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. Şuranın üzvlərindən Nəsibbəy Yusifbəyli, Şeyxülislamov, Seyidov və başqaları bu fikrə tərəfdar cıxdılar. Azərbaycan Milli Şurası tərəfindən 28 may 1918-ci il tarixdə Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin məramı 28 may 1918-ci il tarixdə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən“İstiqlal Bəyannaməsi”ndə əks olunmuşdu.Bundan sonra Milli Şura F.X. Xoyskiyə hökumətin yaradılmasını tapşırdı və Azərbaycanın ilk müvəqqəti hökuməti yaradıldı.
AXC-nin yaradılması bütün türk – müsəlman dünyasında çox mühüm tarixi hadisə idi. Azərbaycan Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. AXC – nin yaradılması ilə X1X əsrin əvvəllərində itirilmiş dövlətcilik ənənələri bərpa edildi.
İstiqlaliyyət elan edildikdən sonra yaranmış dövlətin sərhədlərini müəyyən etmək lazım idi. Siyasi formasına görə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentli Respublika idi. Dövlət dili Azərbaycan (türk) dili elan olundu.
1918-ci ilin baharında baş vermiş hadisələr-azərbaycanlıların soyqırıma məruz qalması, Zaqafqaziya Seyminin Osmanlı imperiyasına müharibə elan etməsi və 1918-ci il 26 may tarixdə Cənubi Qafqaz Seyminin özünü buraxmış elan etməsi AXC-ni zəruri edən şərtlər idi.
28 may 1918-ci il tarixində Tiflisdə Erməni Milli Şurası Ararat respublikasını elan etdikdə onların heç paytaxt olacaq şəhəri də yox idi və Ermənistan nümayəndələri Azərbaycan hökumətinə müraciət edərək qədim Azərbaycan şəhəri İrəvanın Ararat respublikasının paytaxtı olmasına icazə istədilər. Mayın 29-da erməni Milli Şurası ilə danışıqlar barədə F.X.Xoyski Milli Şuraya məlumat verdi. Milli Şuranın iclasında ermənilərin Dağlıq Qarabağa olan iddialarından imtina etmək şərti ilə İrəvanın Ararat respublikasına güzəştə gedilməsi barədə qərar qəbul edildi. İrəvan Milli Şurasının üzvləri M.Seyidov, B.Rzayev, N.Nərimanbəyov buna özlərinin qəti etirazlarını bildirdilər. Lakin Milli Şura etirazı qəbul etmədi. Bu güzəştdə AXC-nin məqsədi erməniləri başqa ərazi iddialarından çəkindirmək olmuşdur.