Azərbaycan tarixi


AXC-nin İkinci Hökumətinin Bakı dövründə həyata keçirdiyi ən mühüm tədbirlər



Yüklə 0,62 Mb.
səhifə201/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   197   198   199   200   201   202   203   204   ...   269
Azərbaycan tarixi mühazirə

AXC-nin İkinci Hökumətinin Bakı dövründə həyata keçirdiyi ən mühüm tədbirlər. 1918-ci il 5 oktyabrda Bakı XKS-nin milliləş­dirmə ilə bağlı verdiyi dekretlər ləğv edildi. 1 noyabr 1918-ci il tarixdə Hərbi Nazirlik yarandı. Hərbi Nazir F.Xoyski, onun müavini S.Mehmandarov təyin edildi. Gəncədə Hərbi məktəb, Şuşada isə Hərbi Feldşer məktəbi açıldı. Noyabrın 9-da AXC-nin qırmızı rəngli dövlət bayrağı göy, qırmızı, yaşıl rəngli bayraqla əvəz edildi. 1918-ci ilin 10 noyabrında Mudros müqaviləsinə əsasən Osmanlı qoşunları Azərbaycanı tərk etdi. Azərbaycan hökuməti ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı.
14 sentyabr 1918-ci il tarixdə Müəssislər Məclisinin çağrılması ilə bağlı komissiya yaradıldı.F.X.Xoyski hökuməti Müəssislər Məclisinin cağrılması ücün hazırlıq işləri aparırdı. Onun təklifi ilə 16 noyabr 1918-ci il tarixdə Milli Şura fəaliyyətini bərpa etdi və Məclisin cağrılmasını öz üzərinə götürdu. Azərbaycan Milli Şurası 1918-ci il noyabrın 20-də “Azərbaycan Parlamentinin yaradılması haqqında” qanun qəbul etdi. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi - 80 yer Azərbaycan türkləri üçün (sayı 1,9 mln), 40 yer isə qeyri-azərbaycanlılar (sayı-850 min) üçün nəzərdə tutulmuşdu. Qanuna görə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verildi.
Qeyri-azərbaycanlılara gəldikdə, Azərbaycan parlamentində ermə­nilərə 21 yer, Rus Milli Şurasına 10 yer, almanlara, yəhudilərə, gürcü və polyaklara – hərəsinə 1 yer, Bakı həmkarlar təşkilatına 3, Bakı neft sənayeciləri şurası və Ticarət-sənaye ittifaqına – 2 yer ayrılmışdı. Milli azlıqlardan nümayəndələr birbaşa və qapalı secilə bilərdilər. Bolşeviklər parlamenti boykot elan etdilər. Rus Milli Şurasının bir qrup üzvü onun tərkibindən cıxıb, Rus-Slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seckilər başa catdırılmamışdı. Naxcıvan və Borcalının gələcəyi məsələsi qaranlıq qaldığından oradan nümayəndələr gəlməmişdi. Odur ki, qanunda nəzərdə tutulduğu 120 deputatın yalnız 97-si seçildi və əksəriyyətin seçilməsi parlamentin işə başlamasına imkan verdi. 07 dekabr 1918-ci il tarixdə Azərbaycan Parlamenti işə başladı. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədrin birinci müavini Məmməd Yüsif Cəfərov, sədrin müavini Sultan Məcid Qənizadə (Qəniyev), Parlamentin baş katibi Bağır bəy Rzayev və katiblər Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı təyin edildilər. Azərbaycan Parlamentində 11 fraksiya təmsil olunmuşdu. Müsavat və Birtərəflər fraksiyası- 37, İttihad fraksiyası-13, Əhrar fraksiyası-5, Sosialistlər fraksiyası- 13, Bitərəflər-3, Müstə­qillər-4, Sol müstəqil-1, Slavyan – Rus İttifaqı fraksiyası-4, Milli azlıqlar fraksiyası-4, Erməni fraksiyası-5, Daşnaksütyun fraksiyası 6 deputatla təmsil olunmuşdular.
Parlamentin təsis iclasını Milli Şuranın sədri M.Ə.Rəsulzadə acdı. İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Cermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, Araz-Türk respublikasının nümayəndəsi P.Əliyev iştirak edirdilər. Parlamentin sədri Ə.Topçubaşov, parlamentin sədr müavini Həsən bəy Ağayev, katibi isə R.Vəkilov seçildilər. Nazirlər Şurasının sədri F.X.Xoyski Müvəqqəti Hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfindən istefa qəbul edildi. “İttihad” partiyasının üzvü Q.Qarabəylinin parlamentin acılışı münasibəti ilə siyasi məhbuslara ümumi-əfv verilməsi təklifi qəbul edildi. Daha sonra mandat, təsərrufat, reqlament komissiyaları üzvlərinin secilməsi ilə təsis iclası bağlandı. Sonrakı iclaslarda maliyyə – büdcə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi işlər və s. komissiyalar yaradıldı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin