AXC - İran münasibətləri. İran AXC-yə qısqanclıqla yanaşır, onu tanımaq istəmirdi. 1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti buradakı İran konsulluğuna AXC-nin yaranması haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirmişdi.İran tərəfi hesab edirdi ki, Azərbaycan bir məmləkət kimi İranın tərkibindədir və buna görə Xalq Cümhuriyyətinin Azərbaycan adlandırılmasından narahatlıq keçirirdi. İranın narahatlığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il sentyabr ayında İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını nəzərdə tutan sənəd də qəbul edildi. Azərbycan hökuməti qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaranmasına calışır və mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış edirdi. İranla münasibət qaydaya salındı - 21 mart 1920-ci il tarixdə İranla – AXC arasında “Dostluq haqqında” müqavilə imzalandı. Tehranda Azərbaycan səfirliyi, Təbrizdə Azərbaycanın Baş Konsulluğu açıldı.
Sovet Rusiyası imperiyalist mövqeyindən əl çəkmirdi və AXC ilə münasibət yaratmaq istəmirdi. AXC-nin Dağlı respublikası ilə çox sıx əlaqələri vardı.1918-ci il noyabrın 17-dən sonra AXC Böyük Britaniya ilə də yaxın münasibətlər qurmağa çalışırdı.
18. 5. XI Qızıl Ordunun Azərbaycana təcavüzü, AXC-nin süqutu və Azərbaycan tarixində yeri. 1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf yollarına dair baxışların, mövqelərin barışmazlığı, o biri tərəfdən də iqtisadi və maliyyə böhranın üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.
1919 –cu il 24 dekabrda Beşinci hökumət təşkil edildi. Hökumətin sədri Nəsibbəy Yusifbəyli seçildi və onun rəhbərliyi ilə bu hökumət 1920-ci ilin martın sonunadək fəaliyyət göstərdi. Beşinci hökumət çox çətin şəraitdə fəaliyyət göstərirdi.
Parlamentdə və hökumətdə parcalanma baş vermişdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.Bütün çətinliklərə baxmayaraq Nəsibbəy Yusifbəylinin başçılığı ilə hökumət bir sıra nailiyyətlərə imza atdı.