Azərbaycan tarixi


Azərbaycan SSR-in ZSFSR və SSRİ-nin tərkibinə qatılması, Azər­bay­cana qarşı ərazi qəsdləri



Yüklə 0,62 Mb.
səhifə214/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   210   211   212   213   214   215   216   217   ...   269
Azərbaycan tarixi mühazirə

19.2.Azərbaycan SSR-in ZSFSR və SSRİ-nin tərkibinə qatılması, Azər­bay­cana qarşı ərazi qəsdləri.


Azərbaycanın ərazi bütövlüyünə qəsdlər. Erməni daşnakları ələ keçirmək istədik­ləri Azərbaycan ərazilərini «mübahisəli ərazilər» elan edərək Ermənistan ərazisinə qatmağa çalışırdılar. Onlar Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Şərur-Dərələyəz ərazi­lərini mübahisəli ərazilər elan etmişdilər. Erməni hərbi hissələri Zəngəzurda özbaşınalıq edirdi. 1920-ci ilin yayında Naxçıvan əhalisinin xahişi ilə Veysəl paşanın başçılığı ilə türk qoşunları Azərbaycan əhalisini müdafiə etmək üçün Naxçıvana daxil oldu. 1920-ci ilin iyulunda XI Qızıl Ordu da Naxçıvana girdi.
1920-ci ilin avqustunda Sovet Rusiyası və Ermənistan arasında bağlanan sazişə əsasən Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verildi. 1920-ci il oktyabrın əvvəlləri Naxçıvanda V.Vəlibəyovun başçılığı ilə Fövqəladə Komissarlıq yaradıldı və Naxçıvanın Ermənistanın idarəçi­liyinə verilməsi planlaşdırılırdı. 1920-ci il dekabrın 1-də Azərbaycan hökuməti bəyanatında Naxçıvanı Ermənistanın tərkib hissəsi elan etdi. Bu Naxçıvan əhalisinin narazılığına səbəb oldu və Naxçıvan əhalisinin 90 faizi bunun əleyhinə çıxdı.
Sovet ordusu Dro və Njdenin daşnak dəstələrini nıəğlub etdi. 1920-ci il noyabrın 30-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Ermənistanın ərazi iddiaları yeni mərhələyə qədəm qoydu. Ermənistan Naxçıvan, Zəngəzur və Qarabağa iddia etməyə baş­ladı. AK(b) P MK siyasi və təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qərarına uyğun olaraq, həmin ilin dekabrn 1-də N.Nərimanovun aşağıdakı bəyanatı verildi: «... Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasmda heç bir sərhəd mövcud deyildir... Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddaratını təyin etmək hüququ verilir». Bundan sonra ermənilər Zəngəzuru ələ keçirmək üçün fəaliyyətini genişləndirdilər.1920-ci il dekabrın 2-də Daşnak höku­məti Sovet Ermənistanını tanımayaraq Türkiyə ilə Gümrü (Alek­sandropol) sülhünü imzaladı. Müqaviləyə görə, Ararat vadisi və Göyçə hövzəsi Ermənis­tanın ərazisi kimi təyin edildi, qalan ərazilər Türkiyəyə qayta­rıldı. Ermənistanın ərəzisi 10 min kv.km. hüdudunda müəyyən­ləşdirildi. Lakin Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Sovet Rusiyası Gümrü müqaviləsini tanımadı. 1920-ci il dekabrın 25-də daş­naklar «Azad Sünik hökuməti» yaratdılar, Zəngəzurun yuxarı və şərq hissəsi Ermə­nistana birləşdirildi və Naxçıvan ərazisi tərkib hissəsi olduğu Azərbaycandan təcrid edildi. Sovet Ermənistanı 1921-ci ilin yazında bolşeviklərin Əlahiddə Qafqaz Ordusunun hücumu nəticəsində Yuxarı Zəngəzuru özünə birləşdirdi, daşnakların “Azad Sünik hökuməti” ləğv edildi.
Beləliklə, sovetləşmə Ermənistanı bir dövlət kimi yox olmaqdan xilas etdi. Sovet Ermənistanı Şərur-Dərələyəzi və Yuxarı Zəngəzuru ələ keçirdikdən sonra Naxçıvanı və Dağlıq Qarabağı işğal etmək planları qururdu.
Zəngəzuru ələ keçirib şirnikləşmiş ermənilər Dağlıq Qarabağ ərazisinə iddialar irəli sürürdülər. 1921-ci ilin iyununda Ermənistan SSR Xalq Komissarları Sovetinin sədri A.Myasnikov Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi elan etdi. A.Mravyan Ermənistan SSR-in Dağlıq Qarabağda fövqəladə nümayəndəsi təyin olundu, lakin iyunun 27-də N.Nərimanovun etirazlarına görə geri çağrıldı. 04 iyul 1921-ci il tarixdə Qarabağ məsələsi Rusiya Kommunist (bolşevik) Partiyasının (qısaca-RK(b)P) Qafqaz bürosunun plenumunda müzakirə edildi. Plenumda iki fikir irəli sürüldü: birincisi, Qarabağ Azər­baycanın tərkibində saxlanılsın, bütün əhali arasında rəy sörğusu keçirilsin; ikinci, Qara­bağın dağlıq hissəsi Ermənistanın tərkibinə qatılsın, rəy sorğusu yalnız ermənilər arasında keçirilsin. Plenumda əksəriyyət ikinci təklifə səs verdi və Azərbaycan nüma­yəndələrinin çoxunun dəvət olunmadığı bu plenumda ədalətsiz olaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul olundu.
N.Nərimanov bu ədalətsiz qərara etiraz etdi və məsələyə RK(b)P-nin Mərkəzi Komitəsində baxılmasını tələb etdi. 05 iyul 1921-ci il tarixdə RK(b)P-nın Qafqaz bürosu yenə plenum keçirdi. Plenum Mərkəzin rəyini nəzərə alaraq, aşağıdakı qərar qəbul etdi: «Müsəlmanlar və ermənilər arasında milli sülhə, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqəsinin zəruriliyinə, onun Azərbaycanla daim əlaqəsinə əsaslanaraq, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində saxlanılsın, Mərkəzi Şuşa şəhəri olmaqla ona geniş vilayət muxtariyyəti statusu verilsin». N.Nərimanov başda olmaqla Azərbaycan rəhbərliyi bu qərarın əleyhinə oldu. Qarabağın ətrafında olan qəzaların məsul işçiləri Dağlıq Qarabağa ayrıca muxtar vilayət verilməsini məqsədəuyğun hesab etmədilər.
27 iyun 1923-cü il tarixdə RK(b) P-nin Zaqafqaziya Ölkə Komi­təsi plenumunda Dağlıq Qarabağa muxtariyyət verilməsini təsdiqlədi. 07 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vila­yətinin (DQMV) yarandığını elan etdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin