Azərbaycan tarixi


Sosialistcəsinə yenidən qurma: sənayeləşdirmə və onun sosial-iqtisadi nəticələri



Yüklə 0,62 Mb.
səhifə218/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   214   215   216   217   218   219   220   221   ...   269
Azərbaycan tarixi mühazirə

Sosialistcəsinə yenidən qurma: sənayeləşdirmə və onun sosial-iqtisadi nəticələri. Sosialistcəsinə yenidənqurma üç istiqamətdə həyata keçirilirdi: sənayeləşdirmə, kollek­tivləşdirmə və mədəni inqilab.
1925-ci ilin dekabrında ölkənin sənayeləşdirilməsi xətti irəli sürüldü, SSRİ-də sənayeləşdirmə prosesi ağır sənayedən başlanıldı və dünya təcrübəsi nəzərə alınmadı. Rusiyada sənayeləşdirmədə ağır sənaye, maşınqayırma və hərbi sənayeyə üstünlük verildi. Azərbaycanda isə sənayeləşmə birinci növbədə neft sənayesinin inkişafına və elektrik­ləşdirməyə yönəldildi. Neft sənayesində yeni texnika və texnologiyanın tətbiq edilməsinə başlandı. SSRİ-də sənayeləşdirmə daxili ehtiyatlar hesabına aparılırdı. Sənayeləşmə kəndlilərin amansız istismarı, ağır vergilər, «sənayeləşdirmə istiqrazları», qənaət əsasında həyata keçirilirdi. Kommunist təbliğatından ruhlanan fəhlələr böyük ruh yüksəkliyi ilə yeni-yeni iri müəssisələr tikirdilər. «Sosializm yarışı», iməciliklər, zərbəçilik və s. fəhlələrin sənayeləşdirmədə fəal iştirakını təmin edirdi.
SSRİ-nin yeganə neft bazası Bakı idi. Azərbaycan fəhlələri, birinci növbədə Bakı fəhlələri sənayeləşdirmədə fəal iştirak edirdilər. İlk beşilliklərdə (1928-1937) neft maşın­qayırma zavodları, sürtkü yağları, ağ neft, benzin, karbit zavodları, respublikanın rayon­larnda fabrik və zavodlar tikilmişdi. 1930-cu illərin ikinci yarısında Azərbaycanda istehsal olunan sənaye məhsulunun 95 faizdən çoxunu 1920-ci illərdə və sonra tikilmiş və yenidən qurulmuş müəssisələr verirdi.
1930-cu ildə uzunluğu 822 km. olan Bakı-Batumi neft kəməri, 400 km. uzunluğunda Ələt-Culfa dəmir yolu, 1926-cı ildə SSRİ-də ilk dəfə Bakı-Balaxanı-Sabunçu-Suraxanı neft-mədən rayonlarını bırləşdirən elektrik dəmir yolu işə salındı. 1926-cı ildə Azərbaycan SSR-də 47 min fəhlə vardısa, 1940-cı ildə onların sayı 456 min nəfərə çatdı.
Sənayeləşdirmə xəttinin həyata keçirilməsi nəticəsində Azərbay­can aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmiş, işsizliyə son qoyulmuşdu. 1937-ci ildə Azərbaycan SSRİ respublikaları arasında ərazisinə görə 9-cu, əhalisinə görə 7-ci yer tutmağına baxmayaraq, ümumi məhsul və enerji istehsalına görə 3-cü, pambıq istehsalına gorə 2-ci, neft istehsalına görə 1-ci yeri tuturdu.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin