Azərbaycan tarixi


-ci illərin ortalarında Azər­baycan SSR-də milli oyanış, İ.D.Mus­tafayevin fəaliyyəti



Yüklə 0,62 Mb.
səhifə236/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   232   233   234   235   236   237   238   239   ...   269
Azərbaycan tarixi mühazirə

21.3.1950-ci illərin ortalarında Azər­baycan SSR-də milli oyanış, İ.D.Mus­tafayevin fəaliyyəti.

1953-cü il martın 5-də totalitar sovet sistemini yaradan İ.V.Stalin vəfat etdi. Stalinin ölümündən sonra rəhbərlikdə hakimiyyət uğrunda mübarizə başlandı.SSRİ DTK-nın və DİN rəhbəri L.P.Beriya ölkədə siyasi çevriliş etmək və bütün hakimiyyəti öz əlində cəmləşdirmək istəyirdi.Lakin onun plan­larının həyata keçirilməsinə yol verilmədi, ali hərbi rəhbərlərin yaxından köməyi ilə hakimiyyəti əlinə keçirməyə cəhd edən siyasi avantürist L.P.Beriya və onun əlaltıları aradan götürüldü, stalinizm tərəfdarları hakimiy­yətdən uzaqlaşdırıldı. 1953-cü ilin sentya­brında Sov.İKP MK-nın birinci katibi vəzifəsinə L.P.Beriyanın ifşa olunmasında fəal rol oynayan N.S.Xruşşov seçildi.


Hələ 1953-cü ilin iyulunda Azərbaycan MK-nın birinci katibi M.C.Bağırov ziyan­karlıqda, qüsurlu rəhbərlik metod­larında, kadrlara səmərəli fəaliyyət üçün şərait yarat­ma­maqda və başqa əməllərdə təqsirkar bilinib vəzifəsindən kənar edilmişdi. M.C.­Bağı­rov bir müddət Kuybışev( indiki – Rusiyanın Tolyatti şəhəri ) Neft Birliyinin rəis müavini vəzifəsində çalışdı, lakin 1954-cü ildə həbsə alındı. 1954-cü il fevralın 14-16-da Azər­baycan KP-nin XX qurultayı keçirildi və akademik İmam Daş­dəmir oğlu Mustafayev MK-nın birinci katibi seçildi. Sadıx Rəhimov Azərbaycan SSR Nazirlər Sovetinin sədri, yazıçı Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin sədri təyin olundular.
1956-cı ildə Sov. İKP-nin XX qurultayında demokratiyanın dərinləşməsi üçün təd­birlər müəyyən edildi. N.S.Xruşşov Stalinin yaxın adamlarını vəzifədən uzaqlaşdırdı. İslah Əmək Düşərgələri Baş İdarəsi (QULAQ) ləğv edildi.M.C.Bağırov xalq düşməni kimi 1956-cı ilin aprelində güllələndi. Məhkəmədə M.C.Bağırov Azərbaycan xalqı qarşı­sında öz günahlarını etiraf edərək demişdi: "Mənim əsas səhvim odur ki, Sumbatov, Borşov, Qriqoryan, Markaryan və başqalarına göz yum­muşam, onların iç üzünü tanımamışam. Mən onlara inanaraq Xalq Daxili İşlər Nazirliyi orqanlarını onlara etibar etmişəm. Bu işdə xalqım qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək azdır, asmaq azdır, məni şaqqalamaq, parça-parça etmək lazım­dır".Onun əlal­tı­ları Sumbatov, Qriqoryan, Mar­karyan da güllələnməyə məhkum olundular. Günahsız repressiya qurban­larına bəraət verildi. Minlərlə azərbaycanlının üzərindən "xalq düşməni"damğası götürüldü. Onların ailələrinin, övladlarının məruz qaldığı təqiblərə son qoyuldu, hüquqları bərpa edildi. 1956-cı ilin ortalarından yüzlərlə dövlət, ədəbiyyat və incəsənət xadiminə, o cümlədən S.M.Əfəndiyev, Q.Musa­bəyov, D.Bün­yad­zadə, R.Axundov, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminliyə və başqalarına bəraət verildi. Azərbaycan xalqının tarixi, dili, folkloru və etnoqrafiyası baxımından çox qiymətli monumental dastanı "Kitabi- Dədə Qorqud, A.A.Bakı­xanovun əsərləri və sair onlarla yazılı abidələrə qoyulan qadağalar götürüldü, bəraət almış şair və yazıçıların əsərləri yenidən çap olundu. Bununla belə, minlərlə siyasi mübarizə, günahsız qurbana, habelə 1920-1930-cu illərdə apardığı istiqlal mübarizəsi üstə təqib olunaraq xaricə getməyə məcbur olmuş mühacirlərə bəraət verilmədi. Tarixi keçmişi­mizdən, türk xalqları birliyindən bəhs edən bir çox əsərlər üzərindən qadağalar götürülmədi. Hüseyn Cavidin "Topal Tey­mur", "Peyğəmbər" pyesləri yenə də qəsdən "unuduldu". Azər­baycan tarixinin obyektiv şəkildə öyrənilməsinə cəhdlər mərkəz tərəfindən qısqanclıqla qarşılanırdı.
İ.D.Mustafayev, M.İbrahimov, S.Rəhimov və həmkarları yeni şəraitdə respubli­kanın, xalqın vəziyyətini yaxşılaşdırmağa, milli, mənəvi dəyərlərin, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsinə, xalq təsərrüfatının tərəqqisinə nail olmağa cəhdlər göstər­dilər. Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin açılması, kəndli gənclərin Bakıya axını nəticəsində paytaxtın iqtisadi-ictimai həyatında azərbaycanlı kadrların rolu artdı, sosial-siyasi sahədə vəziyyət yeniliyə doğru dəyişməyə başladı. Beynəlmiləl şəhər kimi məşhur­laşmış Bakı azərbaycan­lılaşmağa doğru tərəqqi yoluna düşdü. Sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların sayı xeyli artdı, demoqrafik şərait dəyişdi. Bu isə mərkəzin (N.S.Xruşşovun) Bakını müstəqil inzibati vahid kimi Moskvaya tabe etmək planını pozdu.
Respublikada kənd təsərrüfatına göstərilən diqqət nəticəsində ərzaq məhsulları istehsalı artmağa başladı. İctimai-siyasi ab-havanın mülayimləşməsi şəraitində respubli­kada Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunmasına təşəbbüs edildi. Bu məsələnin mətbuatda açıq müzakirəsi keçi­rildi. 21 avqust 1956-cı il tarixdə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə etdi. Res­publi­kada kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün tədbirlər görülməyə başlanıldı.1956-cı ildə məhkəmə quruculuğu, mülki cinayət və məhkəmə məcəllələrinin qəbulu Azərbaycanın ixtiyarına verildi.Azərbaycan xalqının milli şüurunun, özünü dərindən dərketmə ruhunun oyanması, ədəbiyyatda da, incəsənət aləmində də yara­dıcılıq, əsl insan azadlığı iqliminin təşəkkülü görünürdü. İctimai hadisələri tənqidi təhlilə çağıran cəsarətli mövzular meydana çıxırdı. Bəxtiyar Vahabzadənin "Gülüstan", Rəsul Rzanın "Qızılgül olmayaydı" poemaları bu illərin məhsulu idi.
Bu dövrdə elmi işçilərin, aspirantların sayı xeyli çoxaldı. 1957-1959-cu illərdə "İncə­sənət" almanaxı, 1958-ci ildən Azərbaycan və rus dillərində "Bakı" axşam qəzeti, uşaqlar üçün "Göyərçin" jurnalı çap olunmağa başlandı. 1956-cı ildə Bakı telestudiyası işə düşdü.
1950-ci illərin ortalarında siyasi ab-havanın nisbətən yumşalması ilə əlaqədar müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də milli dirçəliş meyilləri mər­kəzdə kök salmış şovinizmi narahat etməyə başladı və bu narahatlıq 1956-cı ilin oktyabr-noyabr aylarında Macarıstanda baş vermiş antisovet qiyamından sonra daha da artdı. Hakimiyyətdə möhkəmlənən N.S.Xruşşov 1957-ci ilin iyun plenu­mundan sonra siyasi rəqib­lərinə qarşı amansız hücuma keçdi və onları məğlub edib partiyadan, rəhbər vəzifələrdən uzaqlaş­dır­dı.Getdikcə partiya və cəmiyyət üzərində Xruşşovun şəxsi amirliyi gücləndi və Xruşşovun "volyuntarizmi" dövrü başlandı. Milli oyanış əlamətləri hiss edilən respublikaların, o cümlədən Azərbaycanın rəhbərliyinə qarşı təqiblər başlandı. Mərkəz Azərbaycan xalqını qorxutmaq, özünə tabe saxlamaq üçün növbəti dəfə Dağlıq Qarabağ məsələsini ortaya atdı. Ermənistan SSR-də və Azərbaycan SSR-in DQMV-də yaşayan erməni əhalisi Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə başladı. Moskva Azərbaycanı təzyiq altında saxlamaq üçün A.Mikoyan və M.Suslovun təşəbbüsü ilə Dağlıq Qarabağ məsələsini yenidən qaldırdı və Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi gündəmə gətirildi. Ermənistanda anti-türk təbliğatı qızışdırıldı. Ermənistanda Azərbaycan dilində çıxan rayon qəzetləri, texni­kumlar, institutlarda Azərbaycan şöbələri bağlandı. İrəvandakı Azərbaycan Pedaqoji Texnikumu Azərbay­canın Xanlar (indiki – Göygöl) rayonuna köçürüldü. Erməni Pedaqoji İnstitutunda Azərbaycan şöbəsi və C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı bağlandı.Ermənistanda "Qarabağ hərəkatı" xeyli leqallaş­dırıldı. 1958-ci ildə erməni katolikosu II Vazgen Bakıya səfəri zamanı respublika Nazirlər Sove­tinin Sədrinə Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani semina­riyasının açılmasını, hər səhər şəhərin mərkəzində yerləşən erməni kilsəsinin zəng vurmasına icazə verilməsini təklif etmiş, lakin rədd cavabı almışdı. Ermənilərin Moskvada güclü arxası olduğunu bilən, özlərinin təkləndiyini hiss edən azərbaycanlılar həyəcan için­də idi. Lakin mərkəz sərhəd dəyişiklik­lərinin mübahisəli ərazilər olan digər respubli­kalarda arzuedilməz reaksiyalar doğuracağından çəkinərək, Azərbaycanda məkrli siyasə­tindən çəkindi.
Bununla belə, Moskva Azərbaycan SSR rəhbərliyini millətçilik siyasəti həyata keçirməkdə təqsirləndirdi. 1959-cu ilin baharında Sov.İKP MK Azərbaycanda partiya təşkilatının işini yoxlamaq üçün Bakıya 26 nəfərdən ibarət komissiya göndərdi. Sov.İKP MK-nın 1959-cu il iyunun 24-29-da keçirilən plenumu heç bir əsas olmadan, qondarma ittihamlarla Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevi millətçilikdə günahlandıraraq onu vəzifəsindən kənar­laşdırdı və əvəzinə Vəli Yusif oğlu Axundovu (1959-1969) təyin etdi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin