Azərbaycan tarixi


İkinci Dünya müharibəsindən sonrakı dövrdə Azərbaycan mədəniy­yəti (1945-1980-ci illər)



Yüklə 0,62 Mb.
səhifə247/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   243   244   245   246   247   248   249   250   ...   269
Azərbaycan tarixi mühazirə

21.7. İkinci Dünya müharibəsindən sonrakı dövrdə Azərbaycan mədəniy­yəti (1945-1980-ci illər).


Azərbaycan SSR-in mədəniyyəti 1945-1980-ci illərdə. Təhsil. Sovet İttifaqında oldugu kimi, Azərbaycanda da təhsil sovet ideolo­giyasına tabe idi. SSRİ-də cəmiyyətin mədəni-mənəvi sahələrini əhatə edən bütün fəaliyyətlər, o cümlədən təhsil və elm sosialist ideologiyası ilə pərdələnmiş sovet müstəm­ləkəçiliynə xidmət edirdi. Sovet müstəm­ləkəçilərinə manqurtlaşmış savadlı kölə­lər lazım idi. Bunun üçün maarif və təhsil sahəsindən bir işlək mexanizm kimi istifadə edərək, dünyada anoloqu olmayan bu siyasəti daim inkişaf etdirirdi. 1949-cu ildə icbari yeddiillik, 1959-cu ildə icbari səkkizillik təhsil müəyyən edildi. 1966-cı ildə isə məcburi onillik təhsilə keçildi.
1945-ci ildə Bakıda Teatr İnstitutu, 1948-ci ildə Pedaqoji Xarici Dillər İnstitutu, 1950-ci ildə Politexnik İnstitut, 1952-ci ildə Rus dili və ədəbiyyatı İnstitutu açıldı. 1971-ci ildə C.Naxçıvanski adına respublika ixtisaslaşdırılmış orta hərbi internat-məktəbi açıldı və zabit kadrların hazırlanmasında böyük rol oynadı.
Artıq 1990-cı illərin əvvəllərində Azərbaycan SSR-də 17 ali məktəb, 77 orta ixtisas məktəbi, 4500 ümumtəhsil məktəbi, 182 texniki-peşə məktəbi var idi. 1970-1982-ci illərdə 17 min gənc azərbaycanlı Sovet İttifaqının ali məktəblərini bitirimişdir.
Bu dövrdə Bakıda Ü.Hacıbəyov və S.Vurğunun (1975), Naxçıvanda H.Cavidin (1981), 1982-ci ildə Bakıda C.Cabbarlının və Bülbülün ev muzeyi açıldı.
Elm.1945-ci il yanvarın 23-də Azərbaycan SSR Elmlər Aka­demiyası yara­dıldı. Aka­demiyanın ilk prezidenti M. Mirqasımov oldu. İctimai elmlər sahə­sində müəyyən nailiy­yətlər qazanılmışdı. Ə.Dəmir­çizadə «Azərbaycan dilinin tarixi», «Kitabi-Dədə Qorqud dastanlarının dili», F.Qasımzadə «XIX əsr Azər­baycan ədəbiyyatı tarixinin oçerkləri», H.Araslı «XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi» əsərlərini yazdılar. Müharibədən sonrakı illərdə Qobustan qaya təsvirlərinin və Azıx mağarasının aşkarlanıb və tədqiq edilməsi milli tarixi xeyli zənginləşdirdi.
Görkəmli alimlərdən Xudu Məmmədov kimya, Zahid Xəlilov, Əşrəf Hüseynov, İbiş İbrahimov, Məcid Rəsulov, Qoşqar Əhmədov riyaziyyat, Tofıq İsmayılov kosmik cihaz­qayırma, Həsən Abdullayev, Cingiz Cuvarlı fizika, Mirəsədulla Mirqasımov, Mirməmməd Cavadzadə urologiya, Həsən Əliyev torpaqşünaslıq, Validə Tutayuq Qafqaz florası sahəsində tədqiqatlar aparmışlar. Neftçıxarma texnologiyası sahəsində Azad Mirzəcanzadə və onun yaratdığı məktəbin böyük xidməti oldu. 1987-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elmi - istehsalat Birliyi fəaliyyətə başladı.
Qərbi Sibirdə neft və qaz yataqlarının öyrənilməsində Azərbaycan neftçiləri böyük rol oynadılar. Geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanov burada 20-dən çox neft yatağı kəşf etmişdi. Görkəmli alim Mirkazım Məmmədov “Neft daşları”, “Bahar”, “Qarabağ” və digər neft yataqlarının, Azərbaycan geofizikləri İranın Xəzər bölgəsində İran hökumətinin xahişi ilə 44 neft-qaz strukturu aşkar etdilər.
Ədəbiyyatımız Anarın «Ağ liman», «Şəhərin yay günləri», Elçinin «Ağ dəvə», T.Əfəndiyevin «Büllur sarayda», Y.Səmədoğlunun «Qətl günü» və digər əsərlərlə zəngin­ləşdi. 1970-ci ildə Bakıda «Sovet türkologiyası» jurnalı nəşr edilməyə başladı. 1976-1987-ci illərdə oncildlik «Azərbaycan Sovet Ensiklo­pediyası» çap edildi.
1990-cı ildə respublikada 125 elmi müəssisə, 23 min nəfər elmi işçi, o cümlədən 10 min nəfərə qədər elmlər doktoru və elmlər namizədi, professor və dosent var idi.
Musiqi.Müharibədən sonra Ü.Hacıbəyov «Nizami» kantatasını, Q.Qarayev «Yeddi gözəl», «İldrımlı yollarla» baletlərini, Fikrət Əmirov «Sevil» operasını, A.Məlikov «Məhəbbət əfsanəsi» baletini yazdılar.
Cənubi Azərbaycan mövzusu Şimali Azərbaycan musiqisində də öz əksini tapmışdı. Cahangir Cahangirov - Demokratik Azərbaycan himni (şair Etimadın söz­lərinə), "Təb­rizim" valsı, "Arazın o tayında" vokal-simfonik poeması, "Səttar­xan" poeması, "Azad (opera)" operası, Niyazi - Mənim Təbrizim (1941, Süley­man Rüstəmin sözlərinə), Səid Rüstəmov - Təbriz, Əşrəf Abbasov - Gələcək gün, İsmayıl Məhəmmədəlizadə - "Yaşa Azərbaycan", "Şanlı Vətən", "Və­tənim", "Qızılbaş marşı", "Bu gün", "Azərbaycan" əsər­lərini yaratdılar.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin