Azərbaycan tarixi


Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibin­də



Yüklə 0,62 Mb.
səhifə25/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   21   22   23   24   25   26   27   28   ...   269
Azərbaycan tarixi mühazirə

    Bu səhifədəki naviqasiya:
  • Kiaksar
2.4.Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibin­də
Mannanın süqutu və Azərbaycan ərazilərinin Midiya tərəfin­dən işğal olun­ması.Mannadan şərqdə və cənub-şərqdə İranın mərkə­zində Midiya tayfaları yaşamış və burada Midiya dövlətini yarat­mışdılar. Aşşur mixi yazılarında və yunan tarixçisi Herodotun “Tarix” əsərində onlar haqqında məlumat var. Mixi yazılarında Midyanın adı Maday, Amaday, Matay kimi çəkilir. Midiyanın adı ilk dəfə e.ə. 834-cü ildə Aşşur hökmdarı III Salmanasarın kitabələrində göstərilir. Midiya yaranışından e.ə. 709- cu ilə qədər Aşşur dövlətindən asılı olmuşdur. Hera­dotun yazdığına görə, e.ə. 709-cu ildə Deyok adlı şəxs Midiyada yaşayan 6 tayfanı (maqlar, buslar, arızantlar, struxatlar, budilər, pareta­genlər) birləşdirərək vahid dövlət yaratdı. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri olmuşdur. E.ə. 672-ci ilədək Midiya Aşşurdan asılı olmuşdur.Hökmdar Fraorta Kaştaritinin döründə (e.ə. 672- e.ə.653-cü illər) Midiya Aşşurun tabeçiliyindən çıxdı. E.ə. 653-cü ildə Kaştaritinin ordusu birləşmiş Aşşur – İskit ordusu tərəfindən məğlub edildi və Midiya İskit padşah­llığından asılı vəziyyətə düşdü. E.ə. 653- e.ə.625-ci illərdə (28 il) Midiya İskit padşahlığının hakimiyyəti altında olmuşdur. E.ə. 625-ci ildə Midiya hökmdarı Kiaksar oldu və o, iskitlərin 28 illik hakimiy­yətinə son qoyaraq ölkənin müstəqilliyini bərpa etdi. Midiya tarixində ən görkəmli padşah olan Kiaksar qısa vaxt ərzində mərkəzi hakimiyyəti gücləndirdi, daxili separatizmin qarşısını aldı və hərbi islahat keçirib ordunu gücləndirdi. Yeni Babil padşahlığı ilə ittifaqa girən Midiya 616-cı ildə Aşşura qarşı müharibəyə başlamış, e.ə.612-ci ildə Aşşurun paytaxtı Nineviya şəhərini tutaraq dağıtmış və e.ə. 605-ci ildə isə onu tarixin səhnəsindən silmiş, torpaqlarını Yeni Babil pad­şahlığı ilə bölüşdür­müşdür. E.ə. 593-cü ildə İskit padşahlığını, 590-cı ildə Mannanı, e.ə. 585-ci ildə Urartunu işğal edib ərazilərini Midiyaya birləşdirdi. Manna adı ləğv edildi, onun əraziləri “Şimali Midiya” kimi adlandırılmağa başlandı. Beləliklə, Mərkəzi Asiyadan Kiçik Asiyayadək geniş bir ərazidə Midiya imperiyası yarandı. Kiaksar Egey dənizinə çıxmaq üçün Lidiya dövləti ilə 5 il (e.ə. 590-585-ci illər) müharibə apardı və müharibədə uğur qazanmayan Kiaksar Lidiya ilə sülh bağla­maqla kifayətlənməli oldu.
Kiaksarın ölümündən sonra hakimiyyətə oğlu Astiaq gəldi. Onun dövründə (e.ə.585-550-ci illər) Midiyada zadəganların hüquqları məhdudlaşdırıldı, dövlətlə əyanların ziddiyyətləri artdı, dövlətin həm daxili, həm xarici vəziyyəti mürəkkəbləşdi, dövlət zəiflədi. Bundan istifadə edən farsmeyilli qüvvələr hökmdar sarayında xeyli fəallaş­dılar.Onların başında Əhəmənilər nəslindən olan Fars (Parsua) vilayə­tinin hakimi və Asti­aqın nəvəsi II Kir dururdu. O, e.ə. 553-cü ildə babasına qarşı üsyan qaldırdı. Asti­aqdan narazı olan midiyalı saray məmurları da II Kiri dəstəklədilər. Nəticədə, e.ə. 550-ci ildə Astiaq hakimiyyət­dən salındı və Midiya dövlətinin varlığına son qoyuldu. Farsmənşəli Əhəmənilər sülaləsi hakimiyyəti ələ keçirdi. Yeni yaranan Əhəmənilər impe­riyası Midiya imperiyasının ərazilərinin varisi oldu.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin