Azərbaycan tarixi


QƏDİM ATROPATENA VƏ ALBANİYA DÖVLƏTLƏRİ (ERAMIZDAN ƏVVƏL IV ƏSRİN SONU – ERAMIZIN III ƏSRİ)



Yüklə 0,62 Mb.
səhifə28/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   24   25   26   27   28   29   30   31   ...   269
Azərbaycan tarixi mühazirə

QƏDİM ATROPATENA VƏ ALBANİYA DÖVLƏTLƏRİ (ERAMIZDAN ƏVVƏL IV ƏSRİN SONU – ERAMIZIN III ƏSRİ)


Plan



  1. Azərbaycanın cənub ərazilərində müstəqil Atropatena döv­lətinin yaranması.

  2. Atropatenanın ərazi-inzibati quruluşu, əhalisi, sosial-iqtisadi həyatı.

  3. Azərbaycanın şimal ərazilərində Albaniya dövlətinin yaran­ması, onun inzibati quruluşu, əhalisi və xarici siyasəti.

  4. Albaniyanın təsərrüfat həyatı.

  5. Qədim Atropatena və Albaniyanın mədəniyyəti

3.1.Azərbaycanın cənub ərazilərində müstəqil Atropatena dövlətinin yaranması və onun qonşu dövlətlərlə münasibətləri.


Azərbaycanın cənub torpaqlarında müstəqil Atropatena (Adər­­bayqan) dövlə­tinin yaranması. Makedoniyalı İskəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərki­bində olan və Kiçik Midiya (əvvəlki Manna əraziləri) adlandırılan satraplıq iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Əhəmənilər dövründə bu əyalətə Atropat adlı canişin başçılıq edirdi.
Mənbələrdə bu ad ilk dəfə e.ə. 331-ci ildə baş vermiş Qavqamel döyüşü ilə əlaqəli çəkilmişdir.. Makedoniyalı İskəndər e.ə. 334-cü ildə Qranik çayı yaxınlığında, e.ə. 333-cü ildə Suriyanın İss şəhərində əhə­məniləri məğlubiyyətə uğratdı, İss vuruşmasından sonra Kiçik Asiya, Suriya, Finikiya, Fələstin və digər əraziləri işğal etdi. Bu məğlubiy­yətdən sonra III Dara yenidən ordu toplayaraq İskəndərin qarşısını almağa səy göstərdi. Lakin İskəndər Dəclə və Fərat çaylarını keçərək e.ə. 331-ci il 01 oktyabr tarixdə qədim Aşşur şəhəri Ərbil ətrafında yerləşən Qavqamel kəndi yaxınlığında III Daranın ordusuna sonuncu və həlledici zərbə endirib onu məğlub etdi. İstər Qranik, istərsə də İss savaşı zamanı Atropatın Kiçik Midiya ordusuna başçılıq etməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, digər satraplıqların satrapları kimi Atropat da İskəndərlə olan hər üç savaşda iştirak etmişdir. Mənbələrdə Atropatın Şimali Midiya ordusuna, ancaq Qavqamel sava­şında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var.
E.ə. 331-ci ildə İran ordusu ilə Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel vuruşmasında Azərbay­canda yaşayan albanlar, saklar və digər tayfaların hərbi dəstələri də Əhəməni ordusunun tərkibində vuruşurdu. Makedoniyalı İskəndərin zəfər yürüşlərini qələmə alan Arrianın yazdığına görə, Qavqamel döyüşündə III Daranın süvari kəşfiyyat dəstəsinə başçılıq edən Atropatın bölməsində yarımmüstəqil kadusilər, Qafqaz albanları və sisaklar da iştirak edirdi.
E.ə. 331-ci ildə Qavqamel döyüşündə məğlub olan yaralı III Dara e.ə. 330-cu ildə öz sərkərdəsi Bess tərəfindən öldürüldü. Bu Əhəmənilər imperiyasının sonu demək idi. Onun əraziləri İsgəndər imperiyasına qatıldı.
Strabonun verdiyi məlumata görə, Atropat e.ə. 331-ci ildə Qavqamel döyüşündə midiyalılardan, sakasenlərdən, albanlardan və kaspilərdən ibarət qoşunun komandanı kimi III Daranın tərəfində İsgən­dərə qarşı vuruşmuşdur. Döyüşdə yunanlara əsir düşən Atropat İskəndər tərəfindən əfv olunmuş və e.ə. 328-ci ildə yenidən Şimali Midiyanın satrapı təyin edilmişdir. Arrian maraqlı bir məlumatla da bizi tanış edir. İskəndər Hindistanda olarkən İran və Midiyada Bariaks adlı bir nəfər İskəndərə qarşı üsyan qaldırmış, hakimiyyəti ələ keçirmiş və özünü Parsua və Midiya hökmdarı elan etmişdi. Atropat onu məğlub edib, əsir alaraq İskəndərə təhvil verdi və bu hərəkəti ilə İsgəndərin inamını qazan­dı. Bu fakt Atropatın uzaqgörən siyasətçi olduğunu sübut edir. Atropat yaxşı başa düşürdü ki, artıq Əhəmənilər imperiya­sını dirçəltmək mümkün deyil. Ona görə də o, İskəndərlə loyal mövqedə dayandı. O, e.ə. 324-cü ildə qızını İskəndərin görkəmli sərkərdəsi Per­dik­kiyə ərə verdi və mövqeyini daha da möhkəm­ləndirdi. E.ə. 223-cü ildə Makedoniyalı İskəndər vəfat etdi. İskəndər öləndən sonra hakimiyyət Perdikkiyə tapşırıldı. E.ə. 321-ci ildə Perdikki öləndən sonra Atropat Şimali Midiyanı müstəqil elan etdi və bu dövlətin adı tarixə Strabonun “Coğ­rafiya” əsərindən götürülərək “Atropatena “kimi düş­müşdür. Bu dövlət 350 il müstəqilliyini saxlamış və eramızın 20-ci ilinədək Atropatın varisləri, sonrakı illərdə isə (20-227) arşakilər tərə­findən idarə olun­mişdur.Şərq mənbələrində VII əsrin ortalarına kimi Adərbayqan və yaxud Adurbadağan kimi, sonra isə Azərbaycan for­masında adlanan Atropatenanın ərazisi Cənubi Azərbaycanı və indiki Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə etmişdi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin