Azərbaycan tarixi


VII əsrin 30-cu illərində Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi



Yüklə 0,62 Mb.
səhifə43/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   39   40   41   42   43   44   45   46   ...   269
Azərbaycan tarixi mühazirə

4.4. VII əsrin 30-cu illərində Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi.


Girdiman knyazlığı, Albaniya Mehranilər sülaləsi dövründə. Girdiman dövləti. Albaniyanın Girdiman vilayəti Sakasenadan qərbdə (indiki Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Ağstafa, indiki Ermənistanın Dilican dərəsi) yerləşirdi. Girdiman vilayətinin adı indiki Gürcüstanın Qardabani rayonunun adında qorunub saxlanılmışdır.
571-591-ci illərin Bizans - Sasani müharibələri gedişində Bizans sabir türklərinin məskunlaşdığı Girdiman vilayətinə qədər əraziləri tutdu. Sasanilər sabir­lərlə birlikdə Bi­zan­sı bu ərazilərdən çıxardı. 591-ci il Sasani-Bizans müqa­viləsinə görə Albaniyanın Gir­di­man vilayəti, eyni zamanda, Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyətinə keçdi. Bu ərazidə türk tayfaları üstünlük təşkil edirdilər və onların ara­sın­da ən çox­saylısı hələ qədimlərdən Girdi­man vilayətində yaşa­yan sabir tayfaları idi.Sabir tayfa­ları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi.
Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi. Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək, mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə - VI əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdiman knyazlığı meydana gəldi.
Mehranilər sülaləsinin banisi Mehran əslən Sabir türklərindən olmuşdur. Musa Kalankatlının məlumatına görə, Mehran Sasani hökm­darları ilə qohumluqda olmuş və hökmdar IV Hörmüzün sarayın­da xid­mət etmişdir. 591-ci ildə IV Hörmüzün ölümündə iştirakda təqsir­ləndirilən Mehran 30 min tərəfdarı ilə Albaniyadan keçərək Xəzər xaqan­­­lığına getməyi qərara aldı.Mehran kimi dövlət məmurunun Xəzər xaqanlığına qaçması Sasani dövlətinin təhlükəsizliyini zəiflədə bilər­di.Bu səbəbdən, IV Hörmüzün yerinə hakimiyyətə gələn oğlu şah II Xosrov Mehranı saxlamaq üçün ona belə bir məktub yazdı: “Mənim əziz qardaşım! Sən məni kinlə tərk etmə. Əgər sən mənim yanımda yaşamaq istəmirsənsə, onda mənim məktubun sənə yetən yerdə ayaqla gedə bildiyin qədər mülk götür”. Mehran II Xosrovun məktubunu öz ata yurdu - Girdiman vilayətində aldı, elə oradaca məskən saldı və Mehrənavan qalasını tikdirdi. Tezliklə Girdiman vilayətinin 12 ən nüfuzlu əyanını öldürdən Mehran onların var-dövlətinı, torpaqlarını ələ keçirdi və bütün Girdiman vilayətinə sahib oldu. Girdiman vilayətini mehranilər idarə etməyə başladılar.
VII əsrin əvvəllərində Albaniyada Mehranilər sülaləsinin siyasi çəkisi getdikcə artırdı. Mehranın nəticəsi Cəsur Vardan (600-615) Girdiman qalasını tikdirmişdi. O, Aran nəslindən olan 60 əyani öldürdü, onların torpaqlarını ələ keçirdi və bütün Albaniyanın hakimi oldu.
602-ci ildə Sasani-Bizans müharibələri yenidən başladı. Albaniya xristianları başda katolikos Viro olmaqla Bizansı müdafiə etdi­lər. Sasa­nilər Vironu həbs etdilər və 25 il əsir saxladılar.Müharibənin ilk illəri sasanilər üçün uğurlu oldu.Onlar bütün Kiçik Asiyanı, Suriyanı, Fələs­tini, Misiri işğal etdilər.Lakin 622-ci ildən əks hücuma keçən Bizans qoşunları Dvini (Dəbili), Naxçıvanı, Atropatenanı ələ keçirdilər və atəşpərəstlərin müqəd­dəs yeri - Qazaka məbədini yandırdılar. 628-ci ildə Bizansın müttəfiqi Xəzər xaqanlığı hücum edib Tiflisə qədər bütün Albaniyanı ələ keçirdi.Bütün bu hadisələrdən Albaniya uduşla çıxdı.Belə ki, 629-cu ildə Bizans və Sasani imperiyaları arasında bağlanan sülhün şərtləriinə görə Albaniya müstəqil oldu. Albaniyanı Mehranilər sülaləsi idarə etməyə başladı.Cəsur Vardanın xristian dinini qəbul etmiş nəvəsi Varaz Qriqor 630-cu ildə müstəqil Albaniyanın ilk hökmdarı oldu. Varaz Qriqor (630-642) paytaxtı Bərdəyə köçürdü.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin