Memarlıq və İncəsənət. IX-XII əsrlərdə Azərbaycanda memarlıq sənəti özünün ən yüksək zirvəsinə yüksəldi, bir sıra sənət əsərləri yaradıldı. Bu sahədə intibah baş verdi. Bərdə, Naxçıvan, Şamaxı, Təbriz, Bakı, Gəncə və başqa şəhərlərdə gözəl memarlıq abidələri tikildi.
İntibah dövrünün ən görkəmli nümayəndəsi XII əsrdə yaşamış Əcəmi Əbu Bəkr oğlu Naxçıvani idi. O, Naxçıvanda Yusif ibn Küseyr türbəsi (1162), Mömünə xatun türbəsi (1186), Qoşaminarə (1187), Cümə məscidi, Darül-mülk (Eldənizlərin sarayı) və başqa memarlıq nümunələri yaratmışdır. Onların bir neçəsi (Yusif ibn Küseyir türbəsi və Mömünə xatun türbəsi) dövrümüzə qədər gəlib çıxmışdır. Əcəmi özündən əvvəlki memarlıq ənənələrini daha da zənginləşdirmiş, ona bir sıra yeniliklər gətirmişdir. Əcəmi hələ sağlığında “mühəndislər şeyxi” titulunu qazanmışdı. Onun sənəti bütün Şərq memarlıq sənətinə təsir etmişdir. Naxçıvan memarlıq məktəbi üçün səciyyəvi olan üslubda XII əsrin sonunda Marağada “Göykümbəz”, Urmiyada “Üçkümbəz”, Culfa yaxınlığında sərdabələr kimi sənət abidələri tikilmişdi.
XI-XII əsrlərin abidələri içərisində qala, qüllə, müxtəlif sədlərin inşası mühüm yer tutur. Bunlar içərisində “Qız qalası” (Bakı), Gülüstan və Qaleyibuğurd qalaları (Şamaxı), Mərdəkan qalası (Abşeron) və s. diqqəti daha çox cəlb edir. “Qız qalası” XII əsrdə memar Məsud Davud oğlu tərəfindən tikilmişdir.
Bəhs edilən dövrdə şəhərsalma sahəsində xeyli irəliləyiş var idi. Şəhərlər qala divarları və başqa müdafiə qurğuları ilə əhatə olunmuşdu. Şəhərlərin saxsı tünglər vasitəsilə təchiz olunmuş su və kanalizasiya sistemləri var idi.Bədii sənətkarlıq sahəsində bir sıra uğurlar qazanılmışdı. Daş üzərində oyma, naxışlama və s. intibah incəsənətinin gözəl nümunələri idi. Bədii sənət nümunəsi kimi İbrahim Osman oğlunun hazırladığı Gəncə darvazalarının (1063) naxışlarını göstərə bilərik. Azərbaycanda həkkaklıq, zərbetmə, divar bəzəyi, oyma sənəti geniş yayılmışdı. Azərbaycanda toxunan xalçalar və parçalar yüksək bədii sənət nümunəsi kimi də qiymətli idi.
təmin etmək idi.
Dini islahat. Qazan xanın mühüm tədbirlərindən biri şamanizmdən imtina və islamı dövlət dini elan etməsi oldu. Xan özü islam dinini qəbul etdi və Mahmud adını götürdü, İslam ayinlərinin azad, sərbəst yerinə yetirilməsini təmin etdi. Burada əsas məqsəd
yerli əhalini öz tərəfinə çəkmək idi. Dini islahat nəticəsində monqolların əksəriyyəti islam dinini qəbul etdi, müsəlman dünyasına qarşı yönələn monqol-erməni birliyinə zərbə endirildi. Sadə Azərbaycan əhalisi və yerli feodallar Qazan xanı dəstəklədi, onun siyasətindən narazı zəngin monqol