Azərbaycan tarixi


Xarəzmşah Cəlaləddinin Azər­bay­canı işğal etməsi



Yüklə 0,62 Mb.
səhifə84/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   80   81   82   83   84   85   86   87   ...   269
Azərbaycan tarixi mühazirə

Xarəzmşah Cəlaləddinin Azər­bay­canı işğal etməsi. 1222-ci ildə monqollar Azərbaycanı tərk etdikdən dərhal sonra gürcü qoşunları xaincəsinə Arana soxuldular və monqolların törətdiyi dağıntılardan özünə gəlməmiş Beyləqana hücum etdilər. İbn əl-Əsirinin təbirincə desək, bu yerlərin müsəlmanları “gürcü­lərə alışmışdılar” və onları dost hesab edir­dilər. Ona görə də şəhər əhalisi gürcülərə nə müqavimət göstərdi, nə də qaçdı. Gürcülər isə xaincəsinə şəhərə soxulub qadınları, uşaqları, qocaları qabaqlarına çıxan hər kəsi qılıncla doğradılar, İbn əl-Əsirinin yazdığı kimi “tatarlar kimi qırğın və soyğunçuluq törətdilər”.
1225-ci ildə Azərbaycana daha bir işğalçı qoşun – Xarəzmşah Cəlaləddinin qoşunu daxil oldu. Monqollar Xarəzm dövlətini ləğv etsələr də, Xarəzmşah Məhəmmədin oğulları Cəlaləddin və Qiyasəddin qaçıb canlarını qurtara bilmişdilər. Mon­qollar onları uzun müddət təqib etsələr də, ələ keçirə bilməmişdilər. Müəyyən dövr Şimali Hindistanda, Əfqanıstanda gizlənən Cəlaləddin monqollar İranı və Azərbaycanı tərk etdikdən sonra bu ölkələrin müdafiəsizliyindən istifadə edib onları ələ keçirdi.
1225-ci ildə Azərbaycana hücum edən Cəlaləddin Marağanı tutaraq əhalini öz tərəfinə çəkmək üçün bir sıra abadlıq işləri gördü. O, Təbrizə doğru hərəkət etdi, Atabəy Özbək ailəsini şəhərdə qoyaraq Gəncəyə, oradan isə Əlincəqalaya getdi və orada öldü (1225), Eldənizlər sülaləsinin hakimiyyəti başa çatdı. Təbrizin müdafiəsinə yenə şəhər hakimi Şəmsəddin Tuğray başçılıq edirdi. Təbriz Cəlaləddinə yeddi gün müqavimət göstərsə də, 1225-ci il iyunun 25-də təslim oldu. Xəyanət nəticəsində şəhəri tutan Cəla­ləddin əhaliyə aman verdi və Şəmsəddin Tuğrayı bağışladı. O, Təbrizdən sonra qoşun­larını Gürcüstana yeritdi. Tiflisi tutduqdan sonra qalalarını dağıdıb Dvin şəhərini onlardan aldı. Gürcü qoşunlarının başçısı İvane basıldı. Bu zaman Şəmsəddin Tuğrayi Təbrizdə xalqı Cəlaləddinə qarşı üsyana qaldırdı. Gürcüstandan qayıdan Cəlaləddin üsyanı amansızlıqla yatırdı. Tuğrayi öldürüldü, tərəfdarları zindana salındı. Sonra Cəlaləddin Gən­cə şəhərinə qoşun göndərdi. Gəncə hakimi Cəma­ləddin Qumi şəhəri Cəlaləddinin sərkərdəsi Urxana müqavimətsiz təslim etdi. Digər Aran şəhərləri də Cəlaləddinin hakimiy­yətini qəbul etdilər.
Gürcüstana yürüşdən qayıtdıqdan sonra Cəlaləddin Gən­cəni iqamətgah seçdi və Azərbaycanın idarə edilməsini vəziri Şərəf əl-Mülkə tapşırdı. Cəlaləddinin məqsədi tutduğu ərazidən qüvvə toplamaq və monqollara qarşı mübarizəni davam etdirmək, ata-baba mülkünü geri qaytarmaq idi.Lakin onun yeritdiyi siyasət, apardığı müharibələr ona əhalini öz tərəfinə çəkməsinə imkan vermədi. Vəzirlə vilayət hakimləri arasında çəkiş­mələr kəskin­ləşdi. Əhali Cəlaləddinin yeritdiyi siyasətdən narazı qalıb ondan üz dön­dərdi. 1225-1231-ci illərdə Azərbay­canın müxtəlif yerlərində baş vermiş çıxış və üsyanların səbəbi Cəlaləddinin qurduğu idarə orqanlarının əhalinin üzərinə ağır vergi qoyması oldu. Cəlaləddin İraqda olarkən Təbriz əhalisi üsyan etdi. Bunun səbəbi vəzirin vergiləri artırması idi. Təbrizə gələn Cəlaləddin üsyanı çətinliklə yatırdı.
Cəlaləddinin hakimiyyəti altı il sürdü. Xərac vergisi əhalidə iki-üç qat artıq yığılırdı. Bu açıq soyğunçuluq siyasəti Şirvan dövlətinə qarşı da yeridilirdi. Şirvanşah xəzinəsindən Cəlaləddinə göndərilən bac bəzi illər yüz min dinara çatırdı. Azərbaycan Atabəylər dövləti məhz bu işğaldan sonra süquta uğrayıb yox oldu. Xarəzmşah qoşunlarının basqını xalqı ayağa qaldırdı. 1231-ci ildə Gəncədə Cəlaləddinə qarşı böyük üsyan baş verdi. Sənətkar Bəndərin başçılıq etdiyi üsyançılar şəhəri ələ keçirib şəhər hakiminin iqamətgahını dağıtdılar. Cəlaləddinin üsyan­çılarla danışıqları bir nəticə vermədi. Şəhər ətrafında baş verən döyüşdə üsyançılar məğlub oldu, onlardan 30 nəfəri edam edildi, Bəndər tikə-tikə doğranıldı. Bu zaman monqollar ikinci dəfə Azərbaycana soxuldular. Monqolların gəlişini eşidən Cəlaləddin Azərbaycanı təcili tərk etdi və Diyarbəkirə qaçdı. Diyarbəkirdə hegemonluq iddiasına düşən Cəlləddin Səlcuqlar tərəfindən öldürüldü.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin