İşgüzar danışıqlar maraqlı tərəflərin ünsiyyəti prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir.
İşgüzar müşavirə problemlərin mütəxəssislər qrupu tərəfindən kollektiv müzakirə üsuludur.
İşgüzar məktublaşma mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adıdır.
İstənilən ünsiyyət üsulundan istifadə edərkən unutmamalıyıq ki, işgüzar ünsiyyət hər şeydən əvvəl əməkdaşlıq, qarşılıqlı məsləhətləşmə, rəy və təkliflərin, maraq və tələbatların nəzərə alınmasını, işgüzar etikaya, nəzakət qaydalarına ciddi surətdə əməl olunmasını nəzərdə tutur.
Ünsiyyət problemi ünsiyyət prosesi zamanı yaranan müəyyən çətinliklər - kommunikativ maneələrdir.
Dostları ilə paylaş: |