Azərbaycan texnologiya universiteti Tələbə-Eldarlı Özal



Yüklə 229,31 Kb.
səhifə2/6
tarix01.01.2022
ölçüsü229,31 Kb.
#106885
1   2   3   4   5   6
Sərbəst İş 3 (Ünsiyyət)

Mübahisə fikirlərin, mövqelərin kəsişməsidir. Mübahisə zamanı tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisə hər hansı bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışan insanlar arasında baş verir. Mübahisənin aşağıdakı növləri var:

Polemika hər hansı konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz fikirlərini və mövqelərini rəqibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz yunancadan “düşmənçilik” kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq, polemikada tərəflər arasında ziddiyyət təşkil edən tezis irəli sürülür və onun ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çixiş edib öz mövqelərini sübut, rəqibin dəlilləri isə təkzib etməyə çalışırlar.

Diskussiya (latinca baxılma, araşdırılma) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalniz dəlillərin ortaya qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən ictimai mübahisələri də diskussiya adlandırırlar. Diskussiyaların özəlliyi ondadır ki, orada hansısa bir konkret tezis irəli sürülür. Bu özəllik onu polemikadan fərqləndirir.

Disput elmi mövzular üzrə tamaşaçılar qarşısında açıq çəkişmələrdir.

Debat tərəflərin üçüncü tərəfi (tamaşaçıları, hakimləri) inandırmaq üçün apardıqları çəkişmələrdir. Bu, diskusiyanın bir növü kimi də təqdim olunur. Debatlar üçün müəyyən qaydalar tətbiq olunur. Udan və uduzan tərəflər üçüncü tərəfin rəyi, səsverməsi ilə təyin olunur.

İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar informasiya, yaxud fikir mübadiləsidir.


Yüklə 229,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin