Sosial xarakter daşıyan səbəblər: Müxtəlif sosial qruplara mənsub olan adamlar arasında sosial, siyasi, dini, peşə fərqləri və s. kəskin şəkildə özünü göstərdikdə aşağıdakı ünsiyyət problemləri yaranır:
Baş vermiş hadisələrə müxtəlif baxımdan yanaşılır və fərqli mövqelər ifadə edilir.
Şübhəsiz ki, belə maneələr olduqda da ünsiyyət prosesi həyata keçirilir. Hətta hərbi düşmənlər belə danışıqlar aparırlar. Lakin belə halda ünsiyyət xeyli mürəkkəbləşir, çətinləşir.