Azərbaycan tibb universiteti MÜALİCƏ-profilaktika fakultəSİNİn təDRİs proqrami (I –vi kurs)


Müalicə-profilaktika fakültəsinin V və VI kurs tələbələri üçün



Yüklə 2,45 Mb.
səhifə90/96
tarix03.01.2022
ölçüsü2,45 Mb.
#51477
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   96
Müalicə-profilaktika fakültəsinin V və VI kurs tələbələri üçün

Ailə təbabəti” fənnindən təcrübi məşğələlərin



MÖVZU PLANI


N

Mövzular

Saat

1

Ailə həkiminin təcrübəsində kəskin respirator virus infeksiyaları, qrip: etiologiya, klinika, diaqnostika, müalicə, profilaktika, müalicə-sağlamlaşdırıcı tədbirlər. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Tələbələrə KRVİ-nin klinikası, diaqnostika, müalicə və profilaktik üsulları açıqlanır. Xüsusi diqqət profilaktikaya verilir. Dispanserizasiya vaxtı KRVİ-nin ağırlaşmaları (bronxit, pnevmoniya) ilə olan xəstələr qeydiyyata alınır. Epidemiya vaxtı tələbələrin sanitariya-maarif işində və sahə həkimləri ilə çağırışlarda iştirakı ATU-nun Ailə təbabəti kafedrası müəllimi tərəfindən yoxlanılır. Ən müasir müalicə kursları (virus əleyhinə və s.) öyrədilir



7

2

Ailə həkiminin təcrübəsində ekoloci problemlər, kəskin və xroniki bronxitlər, pnevmoniyalar, allergik xəstəliklər, bronxoektaziya xəstəliyi, plevritlərin müalicə-sağlamlaşdırıcı tədbirləri. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Bu xəstəliklərin etiologiyası və patogenezi ilə yanaşı klinik gediş xüsusiyyətləri öyrənilir. Zərərli amillərin insan orqanizminə mənfi təsiri açıqlanır. Qəbulda iştirak edən tələbələr xəstəliyin differensasiysında hansı məqamlarda daha diqqətli olmaları və müalicənin əsas prinsiplərini müəllim ilə işləyirlər. Dispanserizasiya vaxtı fərdi seçilmiş müalicə proqramları remissiya dövrünün uzanmasına gətirib çıxarır. Pnevmoniya xəstəliyinin yeni klassifikasiyasına uyğun olaraq tələbələrə klinik gediş xüsusiyyətləri müəllim tərəfindən öyrədilir. Plevritlərin etioloci amilləri tələbələr ilə araşdırılır, bu gün çox önəmli olan vərəm mənşəli plevritlərin gediş xüsusiyyətləri diqqətlə öyrədilir. Tələbələr poliklnikaların pulmonoloci kabinetlərində həkimlərlə bir yerdə qəbulda iştirak edir, differensasiya məqsədilə digər xəstəliklər də açıqlanır. Laboratoriya və yardımçı müaynə kabinetlərinin diaqnozun təsdiqlənməsində rolu qeyd olunur. Müəllim dispanserizasiya vaxtı müalicəvi proqramların işlənməsinə tələbələri də cəlb edir. Poliklinika işində sanitariya maarifinin rolu, habelə bərpa müalicəsinin əhəmiyyəti haqqında tələbələrə informasiya verilir



7

3

Ailə həkiminin təcrübəsində bronxial astma, ağciyər ürəyi pnevmotoraksı: etiologiya, diaqnostika, müalicə, profilaktika və müalicə-sağlamlaşdırıcı tədbrlər. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Klassifikasiyaya uyğun olaraq tələbələr xəstələrin anamnezində xəstəliyə səbəb ola biləcək faktorları arayır, klinikanın gediş xüsusiyyətləri öyrənilmiş, boğulma tutmasının digər tutmalardan (ürək və s.) fərdi xüsusiyyətləri müəllim tərəfindən başa salınır. Tələbələr poliklinika şəraitində mümkün ola biləcək laborator və funksional müayinə üsulları ilə tanış olur, xəstə qəbulunda iştirak edirlər. Müasir müalicə üsulları ilə bərabər, remissiyanı uzada biləcək qeyri-ənənvi müalicə (iynəbatırma, itkilər və s.) də araşdırılır. Dispanserizasiyada xəstələr dinamik işlənməklə bəraər profilaktik müalicə kursları, sanitar gigiyenik tövsiyələr öyrədilir



7

4

Ailə həkiminin təcrübəsində hipertoniya xəstəliyi, simptomatik hipertenziyalar: etiologiya, klinika, diaqnostika, müalicə və müalicə sağlamlaşdırıcı tədbirlər. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Stadiyaların ayırd edilməsində dar ixtisaslı həkimlərin (kardioloq, oftalmoloq, nefroloq və s.) rolu, habelə yardımçı müayinə kabinetlərinin nəticələrinin əhəmiyyəti tələbələrə açıqlanır. Müalicədə klinik faktorlardan asılı olaraq preparat seçimi, onların optimal kombinasiya sxemləri, eləcə də xalq təbabəti üsulları, onların poliklinika şəraitində təyin olunma qaydaları başa salınır. Tələbələr müəllimlə bərabər dispanserizasiya vaxtı hər müraciət edən xəstə üçün fərdi müalicə-sağlamlaşdırıcı tədbirlər hazırlayır. Krizlər zamanı təcili və təxirəsalınmaz yardımın təşkili prinsiplərini öyrənirlər



7

5

Ailə həkiminin təcrübəsində ürəyin işemiya xəstəliyi (ÜİX) ateroskleroz, ağciyər arteriyasının tromboemboliyası, kəskin və xroniki ürək çatışmamazlığı. Ritm və keçiricilik pozğunluqları (aritmiya, blokadalar).Elektrokardioqrafik (EKQ) göstəricilər: etiologiya, klinika, diaqnostika, müalicə-profilaktika və müalicə-sağlamlaşdırıcı tədbirlər, əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Tələbələrə ÜİX-nin klassifikasiyası, klinik gediş xüsusiyyətləri açıqlanır. Aktual problemi olan ÜİX-ə səbəb ola biləcək risk faktorları tələbələr ilə öyrənilir. Ərazidə yaşayan əhali arasında xəstəlik önü hallar aranır, profilaktik məsləhətlər verilir. Stenokardiyanın klassifikasiyasına uyğun funksional siniflərə seçim qaydası tələbələrə öyrədilir. Funksional müayinənin rolu qeyd olunur. Böyük diqqət poliklinika şəraitində miokard infarktı və aritmiya diaqnozunun qoyulmasında klinikanın gediş xüsusiyyətlərinə və EKQ-nin oxunmasına yönəldir. Tələbələlrin xroniki ürək çatışmamazlığını öyrənməsi klassifikasiyadan başlayır. Tələbələrə ürək çatışmamazlığının erkən diaqnostika və müalicəsinin əsas vəzifə olduğu açıqlanır. Kəskin ürək çatmamazlığı təcili və təxirəsalınmaz tibbi yardım dərslərində açıqlanır



7

6

Ailə həkiminin təcrübəsində anadangəlmə və qazanılma ürək qüsurları, kardiomiopatiyalar, neyrosirkulyator distoniya (NSD): etiologiya, klinika, diaqnostika, müalicə, profilaktika və müalicə-sağlamlaşdırıcı tədbirlər. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Xəstəliyin klassifiksiyaına uyğun olaraq etioloci faktorlar araşdırılır. Sahədə olan əhalinin xəstəlik önü halları aranır. Şərait (meyl) yaradıcı və səbəb olan faktorlar ayrı-ayrılıqda öyrənilib, klinik tip, ağırlıq dərəcəsi təyin edilir.

Tələbələrə dərman və xalq təbabəti üsulları ilə müalicə, habelə profilaktika məqsədi ilə MBT, fizioterapiya, su prosedurları və s. üsulları açıqlanır


7

7

Ailə həkiminin təcrübəsində kəskin və xroniki qastritlər, mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri, xroniki enterit, xroniki kolit, Kron xəstəliyi, qaraciyər və öd yollarının xəstəlikləri: etiologiya, klinika, diaqnostika, müalicə, profilaktika və müalicə-sağlamlaşdırıcı tədbirlər, situasion məsələlər (ixtisas testi).

Əsas diqqəti anamnez toplayarkən xəstəlik önü halların araşdırılmasına yönəldib, tələbələrə klassifikasiyaya uyğun diaqnoz qoya bilməyi öyrətməkdir



7

8

Ailə həkiminin təcrübəsində sidik sistemi xəstəlikləri (qlomerulonefritlər, böyrək daşı xəstəliyi, pielonefritlər, amioloidoz): etiologiya, klinika, diaqnostika, müalicə, profilaktika və müalicə-sağlamlaşdırıcı tədbirlər. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Qəbulda iştirak edən tələbələr xəstəliklərin müxtəlif klinik formaları ilə tanış olmaqla bərabər, onlara differensasiyaya kömək ola biləcək əlavə kriterilər ilə, habelə laborator və funksional müayinə üsulları öyrədilir. Pəhrizin, eləcə də qeyri-ənənəvi müalicənin rolu göstərilir



7

9

Ailə həkiminin təcrübəsində endokrin sistemin xəstəlikləri və maddələr mübadiləsinin pozğunluqları (şəkərli diabet, diffuz-toksiki ur, feuxromositoma, İtsenko-Kuşinq sindromu xəstəliyi): etiologiya, klinika, diaqnostika, müalicə, profilaktika və müalicə-sağlamlaşdırıcı tədbirlər. əmək qabiliyyətinin itirilməsinin tibbi ekspetizası. Situasion məsələlər (ixtisas testi).

Xəstəliyin tipinin təyin olunması, etioloci amillərin tanınması, kinikanın gediş xüsusiyyətləri tələbələrə öyrədilməklə bərabər, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müalicə kursunun təyin olunma qaydaları başa salınır. Xəstəliyin ən qorxulu ağırlaşması şəkərli diabetdə komaların differensasiyası, habelə ilk yardım tədbirləri öyrədilir. Poliklinikada bərpa müalicəsinin rolu, sanator-kurort müalicəsinin əhəmiyyəti tələbələrə başa salınır. Tələbələr dərman preparatları ilə yanaşı, qeyri-ənənvi müalicə kursları ilə də tanış olurlar (iynəbatırma, massac və s.)



7

10

Ailə həkiminin təcrübəsində birləşdirici toxuma və oynaq xəstəlikləri (revmatizm, artrit, Behcet, Bexterev xəstəliyi, deformasiyaedici osteoartroz, onurğa sümüyünün osteoxondrozu, sistemli qırmızı qurdeşənəyi (SQQ), sistem sklerodermiya, düyünlü poliartrit, dermatomiozit): etiologiya, klinika, diaqnostika, müalicə, profilaktika və müalicə-sağlamlaşdırıcı tədbirlər. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Xəstəliklərin klinikası dərindən tələbələrə öyrədilməklə bərabər diaqnozun qoyulmasında kriterilərin vacibliyi qeyd olunur. Qəbulda iştirak edən tələbələr sərbəst diaqnoz qoyulmasında, müalicə taktikasını seçməkdə iştirak edir. Müəllimlə bərabər dispanser qeydiyyatda olan xəstələrdə mövsümi və il boyu aparılan profilaktika qaydalarını öyrənir, sənədlərin doldurulmasında iştirak edirlər. Müalicədə ən müasir preparatların tətbiqi sxemi ilə tanış olurlar. Digər xəstəliklərlə differensasiyaya da diqqət edilərək onları müəllim başa salır



7

11

Ailə həkiminin təcrübəsində qanyaradıcı sistemin xəstəlikləri (anemiyalar, hemorragik diatezlər, leykozlar, limfaqranulomatoz, mielom xəstəliyi): etiologiya, klinika, diaqnostika, müalicə-profilaktika və müalicə-sağlamlaşdırıcı tədbirlər. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Yalnız anemiya xəstəliyinin konsultasiyasından sonra poliklinikanın həkim hematoloqunun nəzarətinə yollanırlar. Əsas diqqət differensasiya zamanı diqqət ediləcək kriterilərə verilir



7

12

Peşə xəstəlikləri: peşə xəstəliklərində pasientə ilkin tibbi-sanitar köməyin göstərilməsində ailə həkiminin rolu, klinika, diaqnostika, müalicə və müalicə-sağlamlaşdırıcı tədbirlər. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).

Tələbələrlə peşə xəstəlikləri haqqında kafedranın müəllmiprofpatoloq məşğul olur. Peşə xəstəlikləri fəhlə və qulluqçunun sağlamlığına təsir edilməsi tibbi-sanitar hissə tərəfindən hər il təşkil olunmuş periodik tibbi baxışlar zamanı aşkar olunur. Peşə xəstəliklərinin diaqnozunu dəqiqləşdirmək məqsədi ilə xəstə Peşə Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna yollanır. Burada diaqnozu dəqiqləşdirəndən sonra xəstə tibbi sosial ekspert komissiyasına (TSEK) yollanır. Peşə xəstəliyini təsdiq etmək üçün əlillik qrupu təyin olunur. Xəstə peşə xəstəliyi ilə dispanserə alınır və onlar arasında periodik olaraq müalicə-sağlamlaşdırıcı tədbirlərin aparılması tələbələrə açıqlanır



7

13

Ailə həkiminin təcrübəsində ilk həkim yardımı həcmində tibbi yardım göstərilməsi, təxirəsalınmaz təcili tibbi yardımı göstərənin bilik səviyyəsi, bacarığı və praktiki vərdişləri. Situasion məsələlər (ixtisas testi).

Tələbələrlə xəstəyə təcili və təxirəsalınmaz tibbi yardım göstərək üçün kafedranın müəllimi məşğul olur. Əsas diqqət poliklinika şəraitində və təcili təxirəsalınmaz tibbi yardım stansiya çağırışlarında rast gələ bilinəcək hipertonik kriz, miokard infarktı zamanı ilk yardım, komaların differensasiyası və yardım, kəskin qarın, gün və istilik vurma zamanı yardım, zəhərlənmələr və s. halların araşdırılmasına verilir. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının imkan dairəsi öyrənilir. Tələbələr çağırışlarda iştirak edir, ilk təcili və təxirəsalınmaz tibbi yardım qaydaları ilə tanışdırlar. Müəllim test şəklində suallara konkret hallarda hansı tibbi yardım vasitələrinin və medikamentlərin istifadəsini tələbələrə açıqlayır



7

14

Ailə həkiminin təcrübəsində QİDS-in diaqnostika, müalicə və profilaktikkası. Xalq təbabəti və bəzi ənənəvi və qeyri-ənənvi müalicə üsulları, laborator diaqnostikanın əsas prinsipləri.

Tələbələrlə xəstəyə QİDS-in diaqnostikası, müalicə, profilaktika ilə, xalq təbabəti və bəzi ənənəvi müalicə üsulları ilə kafedrada saat hesabına işləyən mütəxəssislər məşğul olurlar. Laborator diaqnostikanın əsas prinsipləri ilə kafedranın həkim-laborantı məşğul olur. xəstəliyin tarixi, klinikasfı, profilaktikası mühazirə şəklində təqdim olunur. QİDS isə «əsrin bəlası» sayılan xəstəlik üçün risk qrupları ətraflı açıqlanır. Xəstəliyin differensasiyası zamanı əsas diqqət edilməli kriterilər və profilaktik tədbir qaydaları müəllim tərəfindən başa salınır



7

15

Ümumi ixtisas həkimlərinin təşkilatı, diaqnostik və müalicə fəaliyyətində tibbi kibernetika (kompüter texnikasının istifadə edilməsinin ümumi prinsipləri) və kompüterləşdirmənin konkret imkanları. Ailə həkiminin təcrübəsində funksional, endoskopik, elektrofizioloci diaqnostika üsulları. Situasion məsələlr (ixtisas testi).

Tələbələrə reproduktiv sağlamlıq anlayışının mahiyyəti açıqlanır; qadın və kişilərin cinsi həyatının təhlükəsiz olması, dünyaya planlaşdırılmış və sağlam uşaq gətirmək, əlverişli ailə planlaşdırılması üsulları haqqında məlumat verilir. Ailə planlaşdırılmasının – istənilən vaxt və istənilən sayda uşaq sahibi olmaq, körpə və uşaq ölümü səviyyəsini azaltmaq üçün doğuşdan sonra 2 il fasilə gözləinlməsi, ana südü ilə qidalanmanın körpə sağlamlığına və inkişafına müsbət rolu göstərilir



7



Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin