N
|
Mövzular
|
Saat
|
1
|
Müalicə-profilaktika müəssisələri layihələrinin gigiyenik ekspertizasının əhəmiyyəti. Layihə sənədlərinin (situasiya, baş plan və daxili planlaşdırma) gigiyenik qiymətləndirilməsi
|
2
|
2
|
Səmərəli qidalanmanın əhalinin sağlamlığında rolu və onun əsas kəmiyyət və keyfiyyət göstəriciləri. Qidalanmanın səmərəliliyi üzərində həkim nəzarətinin təşkili. Sutkalıq enerji sərfinin təyini üsulları və prinsipləri. Xronometraj – cədvəl üsulu ilə Tibb Universiteti tələbələrinin sutkalıq enerji sərfinin hesablanması
|
2
|
3
|
Qida payının kimyəvi tərkibinin və kaloriliyinin əhalinin sağlamlığının qorunmasında və müqavimətinin artırılmasında rolu. Sutkalıq qida payının bölgü-menyusunun tərtibi prinsipləri. Nümunəvi bölgü-menyusuna əsasən qida rasionunun kimyəvi tərkibinin və kaloriliyinin təyini. Tələbənin sutkalıq qida payının bölgü-menyusuna əsasən payın kimyəvi tərkibinin və kaloriliyinin təyini
|
4
|
4
|
Un və çörək-bulka məhsullarının keyfiyyətinin və qida dəyərinin təyini üsulları
|
2
|
5
|
Süd və süd məhsullarının keyfiyyətinin və qida dəyərinin qiymətləndirilməsi üsulları. Ətin, konserv və konsentratların keyfiyyətinin və qida dəyərinin gigiyenik cəhətdən qiymətləndirilməsi, hazır xörəklərin laborator üsulu ilə kaloriliyinin təyini
|
4
|
6
|
“C” vitaminin orqanizm və sağlamlıq üçün əhəmiyyəti. Ərzaqlarda, tərəvəzlərdə və göyərtidə “C” vitamininin təyini və gigiyenik qiymətləndirilməsi
|
2
|
7
|
Qida zəhərlənmələrinin qeydiyyatı, uçotu və təhqiqatı qaydaları və profilaktikası
|
2
|
8
|
Qidalanma gigiyenası üzrə seminar
|
2
|
9
|
İş zamanı orqanizmdə baş verən fizioloji dəyişikliklərin müayinə üsulları və bu müayinələrin sağlamlığın qorunmasında əhəmiyyəti (əzələ, MSS, ürək-damar, tənəffüs sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi)
|
4
|
10
|
Səs-küy və vibrasiya əsas peşə zərəri kimi, onların orqanizmə, sağlamlığa təsiri və gigiyenik müayinə üsulları
|
2
|
11
|
Zəhərli kimyəvi maddələrin – peşə zəhərlərinin orqanizmə, sağlamlığa təsiri və onların toksikliyinin təyini üsulları
|
2
|
12
|
Peşə xəstəlikləri və peşə zəhərlənmələrinin əsas xüsusiyyətləri, onların qeydiyyatı, uçotu və təhqiqi qaydaları
|
2
|
13
|
Fəhlə və qulluqçuların profilaktik tibbi müayinələri, onların sağlamlığının qorunmasında rolu və bu müayinələrin keçirilmə qaydaları
|
4
|
14
|
Uşaq və yeniyetmələrin fiziki sağlamlıq və fiziki inkişaf vəziyyətinin müayinəsi və qiymətləndirilməsi üsulları (antropometriya və variasion statistika)
|
4
|
15
|
Yekun seminar
|
2
|