№
|
Mövzular
|
Saat
|
1.
|
Məhlulların qatılığının ifadə üsulları.Həcmi analiz. Alkalimetriya, asidimetriya və onların kliniki analizlərdə tətbiqi.
Lab təcrübəsi: Titri məlum olan natrium tetraborat (bura) məhlulunun hazırlanması və hidrogen –xloridin qatılığının təyin edilməsi.
|
4
|
2.
|
Oksidimetriya üsulu. Permanqanatometriya və yodometriya, onların kliniki analizində tətbiqi.
Lab təcrübəsi: Titri məlum olan kalium bixromat məhlulunun hazırlanması və natrium tiosulfatın qatılığının təyin edilməsi.
|
2
|
3.
|
Orqanogen və biogen elementlər. Makro-, mikro- və ultramikroelementlər. Kompleks birləşmələr, əmələ gəlmə prinsipləri, adlandırılması, davamlılıgı və dissosiasiyası.Комплексонометрийа.
Mənimsəmənin yoxlanılması.
|
2
|
4.
|
Termodinamikanın birinci qanunu. Daxili enerji, entalpiya və onun bioloji sistemlərə tətbiqi. Tənəffüs əmsalı və oksigenin kalorik ekvivalenti. Termokimyanın əsas qanunları.
Reaksiyaların istilik effektinin hesablanmasına aid məsələ həlli.
|
2
|
5.
|
Kollokvium (kimyəvi elementlərin təbiətdə paylanması; atomun quruluşu; kompleks birləşmələr; kimyəvi termodinamika və onun bioloji sistemlərə tətbiqi).
|
4
|
6.
|
Məhlullar. Suyun canlı orqanizmlərdə rolu. Həllolmanın mexanizmi və termodinamikası. Qazların mayelərdə və mayelərin bir-birində həll olması. Paylanma qanunu və ekstraksiya.
Mənimsəmənin yoxlanılması.
|
2
|
7.
|
Məhlulların kolliqativ xassələri. Raul qanunu. Krioskopiya və ebulioskopiya. Elektrolit məhlulları. Hidrogen göstəricisi. Bufer sistemlər və onların təsir mexanizmi. Qanın bufer sistemləri.
Krioskopiya və ebulioskopiya vasitəsilə molekul kütləsinin hesablanması
|
2
|
8.
|
Məhlulların elektrik keçiriciliyi. Konduktometriya. Elektrokimyəvi elementlər. Membran potensialı. Elektrokimyəvi analiz üsulları (potensiometriya və polyaroqrafiya.
Mənimsəmənin yoxlanılması.
|
2
|
9.
|
Kimyəvi reaksiyaların sürəti, molekulyarlığı və tərtibi. Temperaturun reaksiya sürətinə təsiri. Arrenius tənliyi. Radiasion reaksiyalar.
Reaksiya tərtibinin və aktivləşmə enerjisinin qrafiki yolla hesablanması.
|
2
|
10.
|
Kollokvium (məhlullar, onların kolliqativ xassələri və elektrik keçiriciliyi; bioloji sistemlərin elektrokimyası; kimyəvi kinetika və fermentativ reaksiyalar.)
|
4
|
11.
|
Səth hadisələri. Səthi gərilmə. Qaz və məhlul ilə bərk səth sərhəddində adsorbsiya. Xromatoqrafiya.
Lab təcrübəsi: Kağız xromatoqrafiyası üsulu ilə aminturşuları qarışığının vəsfi analizi.
|
2
|
12.
|
Dispers sistemlərin təsnifatı, alınması, tənzimlənməsi və elektrik xassələri. Kolloid hissəciklərin quruluşu. Elektrofarez və onun tibbdə tətbiqi.
Zolların müxtəlif üsullarla alınmasına aid təcrübələr.
|
2
|
13.
|
Dispers sistemlərin davamlılıq amilləri və koaqulyasiyası. Yüksək molekul kütləli birləşmələrin (YMB) məhlullarının özlülüyünün və molekul kütləsinin təyini.
Mənimsəmənin yoxlanılması.
|
2
|
14.
|
Kollokvium (səth hadisələri, adsorbsiya və xromatoqrafiya; dispers sistemlər; YMB- in məhlulları)
|
4
|
15.
|
Yekun məşgələ.
|
4
|