Müalicə-profilaktika fakultəsinin III kurs tələbələri üçün
“Operativ cərrahlıq və topoqrafik anatomiya” fənnindən mühazirələrin
M Ö V Z U P L A N I
№
Mövzular
saat
1
Döş nahiyəsinin cərrahi anatomiyası. Döş boşluğunun divarları, süd vəziləri, diafraqma. Döş boşluğunun topoqrafiyası. Orta divararalığı, divararalığı orqanlar, plevra və ağ ciyərlərin cərrahi anatomiyası. Döş divarlarında, süd vəzilərində və döş boşluğu orqanları üzərində aparılan əməliyyatların əsasları.
2
2
Qarın nahiyəsinin cərrahi anatomiyası; ümumi xarakteristika, qarının ön-yan divarı. Ön-yan divarın daxili səthi, xayaların enməsi, ön-yan divarın inkişaf qüsurları (sidik və sarılıq fistulları) və ventral yırtıqlar. Yırtıqlar və qarının ön-yan divarının inkişaf qüsurları zamanı aparılan cərrahi əməliyyatların əsasları.
2
3
Periton boşluğu;periton boşduğunun mərtəbələrə bölünməsi, periton törəmələri, periton boşluğu orqanlarının cərrahi anatomiyası. Laparatomiya və onun növləri. Periton boşluğu orqanları üzərində aparılan cərrahi əməliyyatların əsasları.
2
4
Bel nahiyəsi və peritonarxası sahənin cərrahi anatomiyası. Peritonarxası sahənin açılması zamanı istifadə olunan cərrahi kəsiklərin topoqrafo - anatomik əsaslandırılması və peritonarxası boşluqda yerləşən orqanlar üzərində aparılan cərrahi əməliyyatlar.
2
5
Kiçik çanaq və aralığın cərrahi anatomiyası. Kiçik çanaq və aralıq orqanlararı üzərində aparılan əməliyyatların əsasları.