Müalicə-profilaktika fakultəsinin III kurs tələbələri üçün
“Operativ cərrahlıq və topoqrafik anatomiya” fənnindən təcrübi məşğələlərin
M Ö V Z U P L A N I
№
|
Mövzular
|
Saat
|
1
|
Döşün topoqrafik anatomiyası: ümumi xarakteristikası, döş qəfəsi divarlarının, süd vəzilərinin və diafraqmanın topoqrafik anatomiyası. Döş qəfəsi: quruluşu, döş qəfəsi boşluğu, ölçüləri, formaları, yaş xüsusiyyətləri, inkişaf qüsurları.
|
2
|
2
|
Döş boşluğu, plevra boşluğu və orta divar məfhumları haqqında anlayış. Döş boşluğu orqanlarının topoqrafiyası:plevranın, ağciyərlərin, ağciyər qapısının və kökünün topoqrafiyası. Yuxarı və aşağı (ön, orta, arxa) orta divar topoqrafiyası. Ürəyin, aortanın hissələrinin və aorta qövsünün şaxələrinin topoqrafiyası. Döşün və döş boşluğu orqanlarının anadangəlmə inkişaf qüsurları.
|
2
|
3
|
Döşün divarlarında (süd vəziləri, abses və fleqmonalar, yaralanmalar, pnevmotorakslar, qabırğaların rezeksiyası), və döş boşluğu orqanlarında cərrahi əməliyyatların əsasları, onların uşaqlarda xüsusiyyətləri. Plevra və perikardin punksiyası. Ürəyin anadangəlmə inkişaf qüsurları.
|
2
|
4
|
Qarının topoqrafik anatomiyası: ümumi xarakteristikası. Qarının ön- yan divarının topoqrafiyası. Qarın və periton boşluqları məfhumu. Qasıq və bud kanalının,ağ xəttin, göbək halqasının, düz əzələ yatağının topoqrafiyası. Qarının ön divarının daxili səthinin topoqrafiyası. Xəyanın enmə prosesi. Kriptorxizm. Porto- kaval və kava-kaval anastomozlar və onların əhəmiyyəti.
|
2
|
5
|
Qarın yırtıqları: təsnifatı və əmələ gəlmə səbəbləri. Qasıq, bud, ağ xətt və göbək yırtıqları. Qarın divarının anadangəlmə inkişaf qüsurları: göbək ciyəsinin yırtığı, göbəyin fistulları, yaş xüsusiyyətləri. Bu yırtıqlar zamanı cərahı əməliyyatların üsulları.
|
2
|
6
|
eriton boşluğu: peritonun gedişi və periton boşluğunun mərtəbələri. Periton boşluğunun yuxarı mərtəbəsindəki orqanların və törəmələrinin topoqrafiyası: mədə, 12- barmaq bağırsaq, qaraciyər, öd kisəsi, dalaq, öd yolları, mədəaltı vəz. Piylik kisəsi, kiçik piylik, qapı venası, aşağı boş vena.
|
2
|
7
|
Periton boşluğunun aşağı mərtəbəsindəki orqanların ( nazik və yoğun bağırsaqlar, soxulcanabənzər çıxıntı) və periton törəmələrinin (böyük piylik, müsariqələr, müsariqə cibləri, yan kanallar, müsariqənin kökü) topoqrafiyası. Peritonboşluğu orqanlarının anadangəlmə inkişaf qüsurları. Orqanların vaskulyarizasiyası, innervasiyası, venoz qanın və limfanın daşıyıcı yolları.
|
2
|
8
|
Periton boşluğu orqanlarda cərrahi əməliyyatlar: Laparatomiyanın növləri, onların uşaqlarda xüsusiyyətləri. cərrahi kəsiklər və onların müqayisəli qiymətləndirilməsi, periton boşluğu orqanlarının təftişi. Bağırsaq tikişlərinin növləri, onlara qarşı qoyulan ümumi tələblər.
|
2
|
9
|
Mədədə cərrahi əməliyyatlar: göstərişlər, mədə yaralarının və deşilmələrinin tikilməsi. Süni qidalandırma fistulaları. Mədənin Bilrot - I və Bilrot - II üsulları ilə rezeksiyası, onlara Qabrer, Polia - Reyxel, Hofməyster Finsterer modifikasiyaları. Mikuliç və Finney üsulları ilə piloroplastika. Mədə – bağırsaq anastomozu.
|
2
|
10
|
Qara ciyərdə, öd kisəsində, qaraciyər xarici öd yollarında cərrahi əməliyyatlar. Bilyodigestiv anamostomozlar anlayışı. 12 - barmaq bağırsaq, mədəaltı vəzidə və dalaqda cərrahi əməliyyatlar.
|
2
|
11
|
Nazik və yoğun bağırsaqda cərrahi əməliyyatlar: bəğırsaqların rezeksiyası, bağırsaqlararası anastomozların növləri, onlara cərrahi tələblər. Bağırsaqlararası dolayı anstomozlar. Bağırsaq fistulları. Süni anusun yaradılması. Mekkel divertikulunun cərrahi müalicəsi. Appendektomiya, onun uşaqlarda xüsusiyyətləri.
|
2
|
12
|
Bel nahiyəsinin topoqrafiyası. Onun hüdudları, təbəqələri, zəif yerləri, sinir -damar elementləri, toxuma sahələri və sümük - bağ aparatı. Peritonarxası sahənin topoqrafiyası: divarları, fassiyaları, toxuma sahələri. Böyrəklərin, sidik ləyəninin, sidik axarlarının, böyrəküstü vəzinin topoqrafiyası. Böyrəklərin fiksasiya aparatı, inkişaf qüsurları. Peritonarxası sahənin magistral damarları və sinir kələfləri (qarın aortası, aşağı boş vena, böyrək venaları, vegetativ sinir kələfləri, bel kələfi, qarınaltı kələf, limfa düyünləri). Döş qəfəsi axacağı, tək və yarımtək venaların əmələ gəlməsi.
|
2
|
13
|
Böyrəklərdə, böyrək ləyənidə, sidik axarlarında cərrahi əməliyyatlar: peritonxarici operativ yollar (lyumbotomiyalar). Böyrəkyanı novokain blokadası (paranefral blokada), onun uşaqlarda xüsusiyyətləri. Süni böyrək haqqında anlayış. Böyrəklər və sidik axarlarının inkişaf qüsurlarında cərrahi əməliyyatlar
|
2
|
14
|
Kiçik çanaq: hüdudları, divarları, sümük-bağ aparatı, çanağın dibi, çanaq və sidik cinsiyyət diafraqması, çanağın fassiaları,mərtəbələri, peritonun kiçik çanaqda gedişi və onunu törəmələri, damar -sinir elementləri, limfa düyünləri. Toxuma sahələri, venoz kələfləri.
|
2
|
15
|
Kişi və qadın kiçik çanaq boşluğu orqanlarının topoqrafiyası.
|
2
|
16
|
Aralıq nahiyəsini topoqrafiyası. Kişi və qadın xarici cinsiyyət orqanlarının anadangəlmə qüsurları.
|
2
|
17
|
Kiçik çanaq orqanlarında, aralıqda və xarici cinsiyyət orqanlarında cərrahi əməliyyatlar
|
2
|
18
|
Yekun dərs
|
1
|
Dostları ilə paylaş: |