Azərbaycan tibb universiteti pediatriya fakultəSİ TƏDRİs plani / “Anatomiya ” fənnindən mühazirələrin mövzu planı



Yüklə 1,99 Mb.
səhifə20/63
tarix03.01.2022
ölçüsü1,99 Mb.
#50913
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   63
Mövzuların adı

Saat

1.

Tam orqanizmin həyat proseslərinin dinamikasında fiziologiya bir elm kimi. Fiziologiyanın inkişaf tarixi. Canlı orqanizmin ümumi xüsusiyyətləri. Tənzim prinsipləri. Oyanıcılıq. Bioelektrik hadisələri. Qıcıqlanma və oyanma qanunları. Qyanmanın tormozlanması. Orqanizmin quruluşunun ümumi fizioloji prinsipləri: korrelyasiya, tənzim, reflektor reaksiya, özünütəşkil, özünütənzim, funksional sistem

2


2.

Əzələlərin morfofizioloji xüsusiyyətləri, təqəllüs. Təqəllüsün mexanizmi, növləri. əzələnin yorulması. Sinir-əzələ əlaqələri-sinapslar. Saya əzələlərin spesifik morfofizioloji xüsusiyyətləri. Sinir-epitel əlaqəsi. sekresiya

2


3.

Reseptorlar, onların təsnifatı. Sinir sisteminin morfofizioloji xüsusiyyətləri. Sinir liflərində oyanmanın nəqlolunma xüsusiyyətləri. Fəaliyyət potensialının tərkib hissələri və sinir liflərinin təsnifatı. Sinirdə maddələr mübadiləsi. sinirin yorulmazlığı. Parabioz. Reflektor proseslərin koordinasıyası. Konvergensiya və okkulyuziya. MSS-də oyanmanın irradiasiyası. Resiprok innervasiya. Dominantlıq prinsipi. MSS-nin tədqiqat üsulları

2


4.

Onurğa beyninin fiziologiyası. Spinal şok. Uzunsov və orta beyin. Deserebrasion qıcıq. Retikulyar formasiyanın fiziologiyası. Ara beyin. Spesifik və qeyri-spesifik nüvələr. vegetativ sinir sisteminin morfofizioloji xüsusiyyətləri. Simpatik və parasimpatikşöbələrin fərqləri. Sinerqizm və nisbi antoqonizm, onun təsiri. Hipotalamusun funksiyaları. Limbik sistemi. Qabıqaltı nüvələr. Beyinciyin fiziologiyası

2


5.

Qanın fiziologiyası. Qanın həcmini, hematokrit göstəricisini, pH-ı, osmotik təzyiqini, tərkibindəki homeostatik göstəriciləri və s.tənzim edən funksional sistemlər. Qanın müdafiə funksiyaları. Orqanizm üçün qan dövranının əhəmiyyəti. Ürəyin qapaq aparatı. Ürək döyünməsinin fazaları. Ürəyin sistolik və dəqiqəlik həcmi. Ürək əzələsinin fizioloji xüsusiyyətləri. Ürək fəaliyyətinin neyro-humoral tənzimi. Ürək fəaliyyətinin tənzimində refleksogen zonalarının və beyin yarımkürələri qabığının rolu

2


6.

Ürək fəaliyyətinin xarici əlamətləri, tədqiqat üsulları. Elektrokardioqrafiya, ürək tonları, fonokardioqrafiya. Hemodinamikanın əsas qanunları. Qanın hərəkət sürəti və unun təyini üsulları. Qanın dövretmə müddəti. İnsanda və heyvanda arterial qan təzyiqinin qeydi. Arterial nəbz və onun əsas parametrləri. Hərəki damar mərkəzləri. Damar mənfəzinin sinir- humoral tənzimi. Damar fəaliyyətinin tənzimində refleksogen zonaların və beyin yarımkürələri qabığının rolu. Limfa dövranı və onun tənzim mexanizmləri

2


7.

Daxili sekresiya vəzləri, hormonların ümumi xassələri. Qalxanvari və qalxanvari ətraf vəzlərinin fizioloji, hipo və hiper funksiyaları.Daxili sekresiya vəzlərinin tədqiqat üsulları, klinikada əhəmiyyəti. Timus vəzi, mədəaltı vəzin sekresiyası, hipo və hiper funksiyaları, klinikada əhəmiyyəti. Böyrək üstü vəzin beyin və qabıq maddələrinin funksiyası Hipofiz və epifiz vəzlərinin daxili sekresiyası. Fizioloji funksiyaların tənzimində hipotalamo-hipofizar böyrək üstü vəzin sisteminin rolu, histohormonlar cinsi funksiyaların ümumi xüsusiyyətləri. Cinsi hormonlar, qadın və kişi orqanizminin hormonal funksiyaları, cini həvədin yaranmasının sistemmexanizmlər, cinsi funksional sistemin icraçı mexanizmləri. Mayalanma

2




Cəmi :

14

Normal fiziologiya” fənnindən praktik məşğələlərin mövzu planı








Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin