Azərbaycan tibb universiteti stomatologiya fakultəSİNİn təDRİs proqrami (I – V kurs)



Yüklə 2,23 Mb.
səhifə1/121
tarix03.01.2022
ölçüsü2,23 Mb.
#51485
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   121





AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

STOMATOLOGİYA FAKULTƏSİNİN
TƏDRİS PROQRAMI
(I – V kurs)

______ / ______ tədris ili




Stomatologiya fakültəsinin I kurs tələbələri üçün

Tibbi biologiya və genetika” fənnindən mühazirələrin



MÖVZU PLANI


N

Mövzular

Saat

1.

Həyatın sitoloji əsasları. Canlıların quruluş səviyyələri. Çoxalma.

2

2.

Gen,genom,xromosom mutasiyaları.

2

3.

Cinsiyyətin biologiyası və genetikası.

2

4.

Parazitizmin bioloji əsasları.

2

5.

Regenerasiya , transplantasiya , və eksplantasiyası.

2




Cəmi

10


Stomatologiya fakültəsinin I kurs tələbələri üçün

Tibbi biologiya və genetika” fənnindən təcrübi məşğələlərin



MÖVZU PLANI


N

Mövzular

Saat

1.

Mikroskopdan istifadə. Bitki və heyvan hüceyrələrinin mikroskopik quruluşu.

2

2.

Orqanellər və hüceyrədaxili törəmələr. Onların quruluşu və əhəmiyyəti.

2

3.

Mitoz, amitoz.

2

4.

Xromosomun quruluşu.

2

5.

Meyoz. Cinsi hüceyrələrin quruluşu. İnsanda qametogenez. Mayalanma.

2

6.

İrsən keçmənin tipləri: Allel və qeyri-allel genlərin sərbəst paylanması.

2

7.

Genlərin ilişikliyi və krossinqover. Xromosom xəritələri.

2

8.

Cinsiyyətlə ilişiklik.

2

9.

İnsan irsiyyətinin əsas öyrənilmə üsulları.

2

10.

İnsan kariotipi.

2

11.

Seminar: “İnsanın irsi xəstəlikləri”.

2

12.

Onurğalı heyvanların fərdi inkişaf qanunauyğunluqları.

2

13.

Sarkodinlər və qamçılılar. Sporlular və infuzorlar.

2

14.

Sorucu qurdlar.

2

15.

Lentşəkilli qurdlar.

2

16.

Əsl yumru qurdlar.

2

17.

Seminar: “İnsanın qocalması və herontologiyanın problemləri”.

2

18.

Buğumayaqlıların tibbi-bioloji əhəmiyyəti.

1




Cəmi

35


Stomatologiya fakültəsinin I kurs tələbələri üçün

Anatomiya - 1” fənnindən payız semestri üzrə mühazirələrin



MÖVZU PLANI


N

Mövzular

Saat

1

İnsan anatomiyası fənninə giriş. Anatomiyanın məqsədi və məzmunu. Anatomiyanın tədqiqatının müasir üsulları. Anatomiyanın tarixindən qısa məlumat. Azərbaycanda anatomiyanın inkişafı

2

2

İnsan embriogenezi haqqında qısa məlumat. Toxumalar. Orqanlar sistemi və aparatı. Skeletin ümumi anatomiyası. Sümüklərin quruluşu, forması və rəngi. Sümüklərin fiziki və kimyəvi xassəsi. Sümüküstlüyü və sümük iliyi. Sümüklərin inkişafı. Sümüyün böyüməsi

2

3

Birləşmələrin funksional anatomiyası. Birləşmələrin növləri. Adi oynağın quruluşu, əsas və köməkçi elementləri, təsnifatı. Oynaqların inkişafı və anatomiyaları. Tam kəllə. Kəllənin inkişafı, böyüməsi, yaş və fərdi xüsusiyyətləri. Gicgah-çənə oynağının funksional anatomiyası

2

4

Əzələlərin funksional anatomiyası. Əzələ bir orqan kimi, onun quruluşu, təsnifatı və inkişafı. Əzələnin qüvvəsi və işi. Baş və boyun əzələlərinin funksional anatomiyası, topoqrafiyası, inkişafı. Çeynəmə aparatının formalaşmasında əzələlərin rolu

2

5

Splanxnologiya haqqında ümumi məlumat. Daxili orqanların funksional anatomiyası və inkişafı. Mədə-bağırsaq sistemi orqanlarının funksional anatomiyası

2

6

Üzün inkişafı və anomaliyaları. Qəlsəmə aparatının differensiasiyası. Ağız boşluğu orqanlarının inkişafı. Dişlər: quruluşu, forması, çıxma müddəti. Dişləm. Dişlərin və dişləmin anomaliyaları

2

7

Tənəffüs sistemi orqanlarının funksional anatomiyası, onların quruluşu, inkişafı və anomaliyaları. Cinsiyyət və endokrin orqanları, onların funksional anatomiyası

2

8

Sinir sisteminin inkişafı və ümumi anatomiyası. Onurğa beyninin quruluşu, topoqrafiyası və vəzifəsi. Onurğa beyni və beyin qişaları. Beyin-onurğa beyni mayesinin əmələ gəlməsi və cərəyanı

4

9



Baş beynin hissələri. Beyin yarımkürələrinin quruluşu. Beyin kötüyü. Beyin qabığının sito-mieloarxitektonikası. Beyin qabığında vəzifələrin dinamik lokalizasiyası. Beyinin ağ və boz maddəsinin funksional anatomiyası. Aparıcı yolların təsnifatı. Assosiativ, komissural və proyeksion yollar

4

10

Duyğu orqanlarının ümumi icmalı. İ.P.Pavlovun analizator haqqında təlimi. Reseptorlar və onların təsnifatı. Görmə və dəhliz-ilbiz orqanlarının funksional anatomiyası. Qoxu və dad orqanı. Dəri duyğu orqanı. Duyğu orqanlarının ontogenezdə inkişafı. Periferik sinir sistemi. Kəllə sinirləri

4

11

Ürək-damar sisteminin ümumi icmalı. Damar sisteminin inkişafı. Qan dövranları. Damarların quruluşu, şaxələnmə növləri. Anastomozları. Mikrosirkulyasiya haqqında anlayış. Kollateral qan dövranı. Kələf, tor və venoz ciblər

2

12

Ürək: inkişafı, quruluşu, topoqrafiyası, funksional anatomiyası. İnnervasiya və qidalanma xüsusiyyətləri. Gövdə və ətrafın arteriya və venalarının funksional anatomiyası. Venoz anastomozlar

4

13

Limfa sisteminin anatomiyası. Limfa sisteminin quruluş elementləri. Limfa axacaqları, onların topoqrafiyası. Baş, boyun, döş qəfəsi və ətrafların limfa düyünləri, damarları

4

14

Vegetativ sinir sisteminin anatomiyası. Vegetativ sinir sisteminin mərkəzləri. Simpatik və parasimpatik sinir sistemlərinin xüsusiyyətləri. Qarın və çanaq boşluğunun simpatik kələfləri

4




Cəmi

40



Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin