Azərbaycan tibb universiteti stomatologiya fakultəSİNİn təDRİs proqrami (I – V kurs)


Stomatologiya fakültəsinin III kurs tələbələri üçün



Yüklə 2,23 Mb.
səhifə93/121
tarix03.01.2022
ölçüsü2,23 Mb.
#51485
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   121
Stomatologiya fakültəsinin III kurs tələbələri üçün

Uşaq stomatologiyası” fənnindən yaz semestri üzrə təcrübi məşğələlərin



MÖVZU PLANI


N

Mövzular

Saat

1

Uşağın davranışının korreksiyası. Uşaqları dişlərin müalicəsinə hazırlaşdır-ma; uşaqların psixofizioloji yaş xüsusiyyətləri; dişlərin müalicəsi zamanı uşaqların emosional vəziyyəti: gərginlik, yorulma, həyəcan və qorxu. Valideynlərlə uşaqların münasibəti; uşaqların davranışının və həkimin hərəkətinin müxtəlif variantları; stomatoloji kabinetə ilk gəlişi zamanı uşaqla həkimin arasında emosional əlaqənin yaradılması; dişlərin müalicəsi zamanı davranışın korreksiyasının əsas mərhələləri. Dişlərin müalicəsi ilə əlaqədar həyəcan keçirdən uşaqların davranışının korreksiyası

2

2

Yerli anesteziya. Yerli anesteziyanın növləri: applikasion, inyeksion. Yerli ağrısızlaşdırmanın təchizatı (karpulalar, iynələr). Yerli anestetiklərin dozaları

2

3

Ümumi ağrısızlaşdırma şəraitində stomatoloji yardımın göstərilməsi. Ümumi ağrısızlaşdırma altında ağız boşluğunun sanasiyası olunan xəstələrin kateqoriyaları

2

4

Uşaqlarda süd dişlərinin kariyesi. Kiçik yaşlı uşaqlarda kariyesin klinik gedişatı, məktəbəqədər yaşlı uşaqlarda kariyesin klinikası, məktəb yaşlı uşaqlarda süd dişlərində kariyesin klinik mənzərəsi. Diaqnostika və differensial diaqnostika. Süd dişlərinin kariyesinin müalicəsi. Uşaqlarda süd dişlərinin kariyesinin müalicəsində bəzi xüsusi üsullar

2

5

Daimi dişlərin kariyesi. Etiologiya, patogenez, klinika (kompensə olunmuş, aktivliyin orta dərəcəsi, aktivliyin yüksək dərəcəsi), diaqnostika və differensial diaqnostika. Minanın kariyesinin, səthi kariyesin, dentin kariyesinin müalicəsi. Karioz boşluqların preparasiyası: mexaniki, hava-abraziv, lazer, ultrasəs üsulları. Adekvat plomb materialının seçilməsi, adqeziv texnologiyanın seçilməsi. Buraxılmış səhvlər və fəsadlar

2

6

Dişin sərt toxumalarının irsi inkişaf qüsurları: irsi natamam amelogenez; irsi natamam dentinogenez; irsi natamam osteogenez. Epidemiologiya, etiolo-giya, patogenez, klinika, diaqnostika, dişin sərt toxumalarının irsi inkişaf qüsurlarının müalicəsi. Dişin sərt toxumalarının irsi inkişaf qüsurlarının ümumi əlamətləri

2

7

Dişin sərt toxumalarının qazanılmış inkişaf qüsurları. Minanın hipoplaziyası. Epidemiologiya, klinik mənzərə (sistemli və yerli), diaqnostika, müalicə və profilaktika. Dişlərin flüorozu. Epidemiologiya, profilaktika, skrininq. Flüorozun təsnifatı. Etiologiya, patogenez, klinik mənzərə, diaqnostika, müalicə (medikamentoz, qeyri-medikamentoz, cərrahi)

2

8

Süd dişlərinin kəskin pulpiti. Təsnifat, etiologiya, patogenez, klinik mənzərə, gedişatın xüsusiyyətləri, diaqnostika (klinik, instrumental). Müalicə: pulpotomiya, hissəvi pulpektomiya, devital amputasiya, qeyri-medikamentoz müalicə, cərrahi müalicə

2

9

Süd dişlərinin xroniki pulpiti. Etiologiya, patogenez, klinika, diaqnostika və müalicə

2

10

Uşaqlarda daimi dişlərin pulpitlərinin kəskin formaları. Təsnifat, diaqnostika və müalicə

2

11

Uşaqlarda daimi dişlərdə xroniki pulpitlər və xroniki pulpitin kəskinləşməsi. Təsnifat, klinika və müalicə

2

12

Süd dişlərinin periodontiti. Uşaqlarda periodontun quruluşunun xüsusiyyət-ləri. Diaqnostika, klinika, müalicə.Daimi dişlərin kəskin periodontiti. Kökləri formalaşmamış daimi dişlərin anatomik xüsusiyyətləri. Diaqnostika (anamnez, baxış, laborator və instrumental müayinə), differensial diaqnostika, klinika, müalicə

2

13

Uşaqlarda daimi dişlərin xroniki periodontiti: xroniki fibroz periodontit, xroniki qranulyaedici periodontit, xroniki qranulyamotoz periodontit. Müali-cə üsulları

2

14

Dişlərin travması. Epidemiologiya, təsnifat. Çat, sınıq, çıxıq (qaxılmış, tam)

2

15

Kök kanalının işlənməsi. Medikamentoz işlənmə. Endodontik alətlər. Kanal girişinin genişləndirilməsi üçün alətlər. Pulpanın ekstraksiyası üçün alətlər. Kök kanalının manual işlənməsi üçün istifadə olunan alətlər. Kök kanallarının mexaniki işlənməsinin üsulları. Endodontik ucluqlar və mikro-motorlar. Kök kanallarının doldurulması üçün istifadə olunan alətlər

2




Cəmi

30



Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin