Azərbaycan tibb universiteti stomatologiya fakultəSİNİn təDRİs proqrami (I – V kurs)


Stomatologiya fakültəsinin V kurs tələbələri üçün “Ağız və üz-çənə cərrahiyyəsi” fənnindən yaz semestri üzrə təcrübi məşğələlərin



Yüklə 2,23 Mb.
səhifə88/121
tarix03.01.2022
ölçüsü2,23 Mb.
#51485
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   121
Stomatologiya fakültəsinin V kurs tələbələri üçün “Ağız və üz-çənə cərrahiyyəsi” fənnindən yaz semestri üzrə təcrübi məşğələlərin

MÖVZU PLANI


N

Mövzular

Saat

1

Üz-çənə nahiyəsinin travmatik zədələnmələri, təsnifatı, epidemiologiyası. Travmatizmin anlayışı, statistika. Sülh və müharibə şəraitində xüsusiyyətləri. Sülh zamanı tibbi yardımın təşkili: həkimə qədər, ilkin tibb, ixtisaslaşdırılmış və xüsusiləşdirilmiş yardım. Ümumi ağırlaşmalar ( asfiksiya, qanaxma, şok). Təxirəsalınmaz tədbirlərin aparılması. Müayinə metodları

7

2

Üz-çənə nahiyəsinin yumşaq toxumalarının travmatik zədələnmələri. Təsnifat, klinika, diaqnostika. Yaraların birincili cərrahi işlənməsinin xüsusiyyətləri. Dişlərin çıxıqları və siniqları. Alveol çıxıntısının sınıqları, klinika, diaqnostika və müalicə taktikası

7

3

Üz skeleti sümüklərinin sınıqları. Üz skeleti sümüklərinin kliniki anatomiyası. Epidemiologiya. Kliniki müayinə üsulları, anatomik və funksional göstəricilər. Üz skeleti sümüklərinin sınıqlarının şüa diaqnostikası.Sınıq növləri və yerləşməsi. Sınıq paylarının yerdəyişməsinin biomexanizmi

7

4

Çənə sınıqları. Epidemiologiya, klinikası, diaqnostikası,müalicəsi. İlk tibbi yardımın göstərilməsi.Müvəqqəti və daimi immobilizasiya metodları. Cərrahi müalicə üsulları-osteosintez. AO (Beynəlxalq osteointeqrasiya təşkilatının) tövsiyələri. Sınıq xəttində olan dişə münasibət. Sınıq fraqmentlərinin ağızxarici fiksasiyası, göstəriş və istifadə olunan qurğular

7

5

Əng sınıqları. Epidemiologiya, təsnifat, klinika, diaqnostika. Müvəqqəti və daimi immobilizasiya metodları. Cərrahi müalicə -osteosintez metodları. AO (Beynəlxalq osteointeqrasiya təşkilatının) tövsiyələri. Sınıq xəttində olan dişə münasibət. Sınıq fraqmentlərinin ağızxarici fiksasiyası, göstəriş və istifadə olunan qurğular

7

6

Almacıq sümüyünün və qövsünün sınıqları. Almacıq- orbital kompleksinin sınığı. Burun sümüklərinin sınıqları. Klinika, diaqnostika və müalicə üsulları. Üz-çənə nahiyəsinin müştərək travmaları, klinika, diaqnostika. Xəstələrə göstərilən tibbi yardımın xüsusiyyətləri. Üz-çənə zədələnmələrində ağız boşluğuna qulluq. Xəstələrin qidalanma xüsusiyyətləri

7

7

Reparativ osteogenez prosesi və onun pozulması. Müalicə prinsipləri. Müalicəvi bədən tərbiyəsi və fizioterapiya. Köhnəlmiş və qeyri-düzgün bitişən sınıqlar, səbəbləri, klinika, diaqnostika, müalicə. Travmatik osteomielit. Travmatik haymorit. Üz-çənə nahiyəsinin travmatik zədələnmələrində əmək qabiliyyətinin itirilməsi dərəcələrinin müəyyənləşdirilməsi

7

8

Hərbi üz-çənə cərrahiyyəsi və travmatologoya. Üz-çənə nahiyəsinin odlu silahla zədələnmələrinin xüsusiyyətləri.Törədici amillər. Güllə ballistikası.Yaraların 1-cili və 2-cili cərrahi işlənilməsi xüsusiyyətləri. Fəsadlar və profilaktik tədbirlər. Sifətin yanıqları: ağırlığı və zədələnmənin dərinliyi, fəsadlar, müalicə taktikası. Elektrotravmalar və donmalar

7

9

Kimyəvi, radiasion və kombinəolunmuş zədələnmələr. Şüa xəstəliyinin mərhələsindən asılı olaraq qüllə yaralarının sağalma xüsusiyyətləri. Qarşılıqlı ağırlaşma sindromu. Kombinəolunmuş zədələnmələr vaxtı cərrahi müdaxilənin xüsusiyyətləri. Azərbaycan Ordusunda cərrahi stomatoloji yardımın təşkili

7

10

Üz-çənə nahiyəsində rekonstruktiv-bərpaedici cərrahiyyənin məqsəd və vəzifələri. Üzdə defekt və deformasiyaların növləri, onların yaranma səbəbləri. Defektin təhlili: anatomik, funksional və kosmetik pozğunluğun qeydiyyatı. Müalicə taktikası, cərrahi əməliyyatların planlaşdırılması. Periodontal plastik cərrahiyyə. Diş köklərinin örtülmısi. Diş tacının uzadılması. Ayaqcıqda , dilim formalı və sərbəst diş əti tranplantatları ilə əməliyyatlar. Biomateriallar və membranların istifadəsi

7

11

Üz-çənə nahiyəsində rekonstruktiv-bərpaedici əməliyyatlar. Üzün plastik cərrahiyyəsi. Yerli toxumalarla plastika. Əməliyyatların planlaşdırılmasının riyazi ( A.A.Limberq) və bioloji əsaslandırılması. Ayaqcıqda olan dilimlər. Çubuk dilimlərlə ( Filatov üsulu ) plastik əməliyyatlar

7

12

Sərbəst dəri plastikası. Bioloji əsaslandırma. Dəri transplantatlarının növü( nazik, parçalanmış və bütün qatlı).Üz-çənə nahiyəsində istifadəsi. Dəri plastikasında auto-, allo- və ksenotransplantasiyanın imkanları. Eksplantasiya. Üzdə və boyunda çapıqların təsnifatı, morfologiyası və patogenezi.Üzdə olan çapıqların profilaktikası və müalicəsi. Kelloid çapıqların müalicəsi

7

13

Kəllə-üz və boyun nahiyələrinin anadangəlmə qüsurları. Embriologiya. Etioloji faktorlar. Anadangəlmə üz yarıqlarında müxtəlif orqan və sistemlərin pozulması.Diş inkişafının pozulması. Okklyuziya problemi. Burun deformasiyası. Qida qəbulu, eşitmə aparatı problemi, nitq pozulması.Yanaşı gedən anomaliyalar

7

14

Anadangəlmə dodaq və damaq yarıqlarının müalicəsi. Cərrahi prinsiplər, xeyloplastika. Stafilo- və uranoplastika. Transplantatla alveoloplastika.Xəstələrə reabilitasiya xidmətinin təşkili. Bərpaedici tədbirlərdə prtodontun, pediatrın, loqopedin və psixiatrın məqsəd və vəzifələri. Tam bərpaolma krieriyaları

7

15

Üz-çənə nahiyəsində rekonstruktiv-bərpaedici əməliyyatlar.Sərt toxumaların defekti. Xəstələrin müayinə xüsusiyyətləri. Əməliyyatların planlaşdırılması və ona hazırlıq. Cərrahi əməliyyatların məqsəd və vəzifələri.Sümüyün tamlığının bərpası. Çənənin alveol çıxıntısının hündürlüyünün bərpası. Sinusliftinq əməliyyatı. Sümük rekonstruksiyasının bioloji əsaslandırılması

7

16

İstifadə olunan sümük transplantatlarının növləri: allogen, ksenogen və kombinəolunmuş. Onların köçürülən yerlərdə fiksasiya üsulları. Damar ayaqcıqda sümük transplantatlarının istifadəsi. Donor sahələrinin kliniki anatomiyası. Mikrocərrahiyyə texnikası. Şişlərin çıxarılmasından və güllə yaralarından sonra ilkin sümük plastikası əməliyyatı. Xəstələrə qulluq. Osteogenez nəzəriyyəsi. Transplantatların monitoringi. Bərpaedici müalicə- ortopedik və müalicəvi fiziki tərbiyə. Üz-çənə protezləməsində implantların kliniki istifadəsi

7

17

Ortoqnatik cərrahiyyənin məqsəd və vəzifələri. Xəstələrin əməliyyatönü və ortodontik hazırlığı. Çənədə və əngdə aparılan ortoqnatik cərrahiyyə əməliyyatları. Xəstələrə əməliyyatdan sonrakı qulluq və onların reabilitasiyası. Ağırlaşmaların profilaktikası. Hemifasial mikrosomiya. Təsnifat. Müalicı prinsipləri. Distraksion müalicə üsulu, tarixi aspektlər. Teoretik əsaslandırma. Distraktorların növləri, istifadə texnikası. Ağırlaşmalar

7




Cəmi

119



Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin